deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "BÜLBÜLLƏR" DAR QƏFƏSDƏ... Adalet.az | "BÜLBÜLLƏR" DAR QƏFƏSDƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"BÜLBÜLLƏR" DAR QƏFƏSDƏ...

Dadlarına yetən isə yoxdur

22596    |   2007-10-03 07:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir vaxtlar keçmiş Sovetlər Birliyində, eləcə də onun hüdudlarından kənarda əməlli-başlı sevgi qazanıb, fəxri fərmanlar, təşəkkürlər, alqışlar sahibi olan və hər kəsin də adını həqiqətən ürək dolusu çəkdiyi "Qarabağ bülbülləri" bu gün Bakıda gözdən, könüldən iraq bir dar guşədə özünə sığınacaq tapıb. Elə bu sığınacağın könül bulandıran və son dərəcə böyük təəssüf hissi doğuran, lakin həm də bülbül avazı ilə cilalanan qoynunda ansamblın yaradıcısı, Yaradıcılıq Birliyinin direktoru Murad Rzayevlə həmsöhbət oldum. Danışdıq, dərdləşdik və bir də gördüm ki, bütün bunların hamısı artıq qəzet səhifəsinə köçürülür. Həmin o söhbətin nəfəsini oxucu ilə üzbəüz buraxdım:
   
   - Murad müəllim, Azərbaycanda bir "Qarabağ bülbülləri" var idi - sözün həqiqi mənasnda bülbüllər... Necə oldu o bülbüllər?
   
   - Bu gün də o bülbüllər var. Cəh-cəh vurur, düz 37 ildi onun səsi, avazı eşidilir.
   
   - 37 yaşlı "Qarabağ bülbülləri" kimləri pərvazlandırıb, kimləri qanadlandırıb?
   
   - Çox-çox böyük sənətkarları, xalq artistlərini, əməkdar artistləri, incəsənət xadimlərini - məsələn, Aygün Bayramova, Nəzakət Teymurova, Feyruz Səxavət, Cabir Abdullayev, Teymur Əmrah, Tacir Şahmalıoğlu, İlhamiz Paşayev, rəhmətlik Sədi Məmmədovu, Sevil Sarıyevanı və daha bir çoxlarını. Kəsəsi, ekranda, efirdə görünənlərin böyük əksəriyyəti "Qarabağ bülbülləri" məktəbini keçibdir.
   
   - Yaxşı, bunları xatırladıq, bəs bunların ardınca kimlər gəlir?
   
   - Onların davamçıları da çox gözəl səs sahibləridi - məsələn Əsgər, Mənsur, Leyla, Humay, balaca Arzu, Pərviz. Maşallah, çoxdu. Bizim bülbüllərin avazı bitib tükənən deyil, bundan qorxumuz yoxdur...
   
   - Murad müəllim, bu dediyiniz və demədiyiniz səs sahiblərini Tanrı qorusun, amma bunlar harada məşq edirlər, bəlkə bu barədə də bir-iki kəlmə deyəsiniz?
   
   - Bax, bu gördüyünüz balaca bir otaqda. Bu otaq da Şuşa Əlillər və Veteranlar Birliyinə məxsusdu, onlar özləri də kirəkeş yaşayırlar, bina isə əslində balıqçılıq nazirliyinə məxsusdur. Bizə verilən bu otaq həm idarə otağıdır, yəni həm kabinetdi, həm də məşq otağıdı, hətta çörəyi də burada yeyirik.
   
   - Heç bu qapını döyən olub?
   
   - Nə barədə?
   
   - Yəni gəlib vəziyyətinizi görüb, halınızdan xəbərdar olmaq istəyənlər olub?
   
   - Heç kim. İnanın ki respublikada elə bir qəzet, televiziya qalmayıb ki, oraya üz tutmayım, gileyimi çatdırmayım. Bu "Qarabağ bülbülləri" qaçqın, şəhid, kasıb uşaqlardı. Əvvəllər Ağdam yerində olanda bizim rayonun uşaqları gəlirdilər bülbüllərin sırasına - məşq etməyə, amma indi bütün qaçqın rayonlardan - Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın... bir sözlə, hamısından uşaqlarımız var. Hətta Xocalıdan da uşaqlarımız var. Amma heç kim, inanın ki, Əbülfət müəllim, konsert məsələsi ortaya çıxanda məni fikir götürür. Fikirləşirəm ki, ay Allah, mən necə edim, bu uşaqları necə geyindirim ki, heç olmasa ikisinin geyimi bir-birinə uyğun gəlsin. Səhnəyə çıxanda gülüş doğurmasın, birinin köynəyi yamaqlı, birinin ayaqqabısı didilmiş, başqasının qara şalvarı ağ sapla tikilmiş və sairə... İndi özün təsəvvür elə də mənim vəziyyətimi. Bu qədər sponsorlara, iş adamlarına üz tutmuşam ki, o mini yupka geyinənlərə, göbəyini göstərənlərə xərclədiklərinizdən beşcə manat da bu uşaqların geyiminə xərcləyin. Amma səsimizə səs verən yoxdu.
   
   - Murad müəllim, mən əvvəldə sizin pərvazlandırdığınız tanınmış sənətkarların adlarını elə-belə soruşmadım. Siz də bəzilərinin adlarını çəkdiniz. Yaxşı, bəs onlar niyə bu qapını döymürlər. Axı, sağlıqlarına qismət hamısının yaxşı imkanları var, bura onların yuvası olub.
   
   - Yox. Bilirsən, təbiətdə də quşların etibarlısı, etibarsızı var. Elə ki qanadlandı çıxıb gedir, bir də yuvaya qayıtmır. Bir az pis məna verməsin, bizim həmin bülbüllər bir az sərçəyə bənzədilər. Bunu açıq deyirəm - uçdular və yuvalarını unutdular. Maşallah, lələk, qanad düzüblər. Düzdü, bəziləri üz-üzə gələndə axtarıb halımı soruşublar. Məsələn, Murad Aslanov - bizim ansamblda qarmon çalan olub. O cümlədən Bəhram Məmmədov, ancaq qalanları axtarmır.
   
   - Axı onların yaxşı imkanları var. Heç olmasa hərəsi bir uşağı himayəyə götürə bilər...
   
   - Çox gözəl fikirdi, onlar əgər gəlib bu uşaqları görsələr, inan Allaha elə öz uşaqlıqlarını görmüş olacaqlar, hətta mən bu uşaqları çox vaxtı onların uşaqlıqları ilə eyniləşdirirəm. Əksəriyyəti yaman oxşayır onların uşaqlıqlarına. Hərə öz oxşarını himayəyə götürsə, həm savab olar, həm də problemimiz ortadan qalxar. Uzağı 15-20 manatlıq bir kostyumdur da, nə bahalı, nə çətin şeydi bunu almaq. Bu gün bizim ansamblda olan istedadlar, ümumiyyətlə, belə bir ansambl ölkənin başqa heç bir yerində yoxdu. Digər tərəfdən respublikada elə bir ansambl yoxdur ki, onun 37 il ömrü olsun və bu gün də öz yolunu fasiləsiz davam etdirsin.
   
   - Murad müəllim, bir söz soruşum, amma xətrinizə dəyməsin. Bu gözəl bülbülləri niyə Bakıda, asfaltın üstündə "məhv edirsiniz", niyə aparmırsınız Ağdama?
   
   - Açıq deyəcəm, "Qarabağ bülbülləri"nin üzvləri ancaq Ağdam uşaqlarından ibarət olsaydı, bu dəqiqə yığışıb gedərdim Ağdama, özü də bu mənim ən böyük arzumdu. edərdik, çadır qurub orada yaşayardıq. Təəssüf ki, ansamblın 200 nəfərdən artıq üzvü var və əvvəldə dediyim kimi hərəsi də bir köçkün rayondan. Mən də çox istəyərəm ora gedək, ancaq uşaqların valideynləri var axı, onlar da bunu istəməlidirlər.
   
   - Yaxşı, bəs qaçqın rayonlarımızın icra sturkturları, mədəniyyət idarələri sizlə niyə maraqlanmır. Axı, onların da uşaqları sizin ansamblda çıxış edir, rayonlarının adını ucaldır?
   
   - Düz buyurursan, bu bir həqiqətdir. O uşaqlar televizorda, səhnədə öz rayonlarını təmsil edirlər və bunu da həmin dediyin məmurlar görürlər. Mənə də təəccüblü gələn budur ki, onlar niyə öz uşaqları ilə, onların başlarını ucaldan, üzlərini ağardan bu bülbüllərlə maraqlanmırlar. örünür, fikirləşirlər ki, ansambl Ağdamındır, bütün işləri də Ağdam rəhbərliyi görməlidir. Heç kim maraqlanmır.
   
   - Yaxşı, bəs Mədəniyyət və Turizm Nazirliyi necə?
   
   - Yox, onlar da bizlərlə maraqlanmır. Düşəndə də onların əməkdaşları bildirirlər ki, siz Təhsil Nazirliyinin tabeliyindəsiniz. Bəlkə də Əbülfəs Qarayevin heç bu işlərdən xəbəri yoxdu, çünki ona heç kim bunu məruzə eləmir. Mənim ona çox böyük hörmətim var, gözəl ziyalıdı, mədəniyyətimizin qayğıkeşidi, dəfələrlə alicənablığının şahidi olmuşam, lakin ona deyilməyəndən sonra o bizim problemləri hardan öyrənə bilər ki? Məni ona təqdim edən yoxdu ki, deyim "Qarabağ bülbülləri" hansı problemlərin içərisindədi. Və oda bilməlidir ki, Kremlin Qurultaylar Sarayında bir ayda üç dəfə çıxış edən "Qarabağ bülbülləri" bu gün ansamblın üzvlərinə bir dəst geyimin də problemini yaşayır. Biz bu balaca otaqda yayın istisində, ventilyatorların altında məşq edib səhnəyə çıxırıq.
   
   - Murad müəllim, sizcə bu gün bu dar otaqda, bu çətin vəziyyətdə məşq edən bülbüllər sabah pərvazlananda özlərindən əvvəlkilər kimi etibarsız olmayacaqlar ki?
   
   - Mən ona inanmıram. Çünki onlar özləri artıq nəyin necə olduğunu məndən də yaxşı görürlər, bilirlər. Bunlar özlərindən əvvəlkilərin mənə, ansambla qarşı laqeydliklərini, etibarsızlıqlarını görüblər və mənim dilimdən dəfələrlə eşidiblər, inanmıram ki, bu izsiz ötüşsün, hətta onlar özləri də bu barədə dəfələrlə məndən soruşublar və deyiblər ki, sizin yetirmələriniz bu qədər titullar qazanıb, amma siz heç bir adın sahibi olmamısınız. Xəlil Rza Ulutürk demişkən - mənim ən böyük mükafatım valideynlərimin verdiyi Murad adıdı. Balacaların bu cür sorğuları məni çox düşündürür. Öz-özümə deyirəm ki, bir adam mənə qarşı pis olsa, inciməzdim, əgər hamı mənə qarşı pisdirsə, deməli, belə çıxır ki, mən özüm pisəm. Amma mənim pis olmağımı nə özüm-özümə, nə də başqaları mənə sübut edə bilmir.
   
   - Sonda soruşmaq istədiyim bir fikir də var. Doğrudu, cavab təqribən mənə bəllidi, amma bülbüllər o vaxtı sevilirlər ki, avazları gəlir. Sizin bülbüllərin bu gün ən böyük arzusu, istəyi nədi?
   
   - Özünüz də bilirsiniz ki, bütün millətin, o cümlədən də yurd-yuvasını itirənlərin də ən böyük arzusu doğma ocağa qayıtmaq, orda öz həyatını, mən bunu açıq deyəcəm - əsl insan həyatını qurub yaşamaqdı. Hamımızın bir arzusu da var ki, ansamblın üzvləri müxtəlif rayonlardan, müxtəlif kəndlərdən olduğundan torpaqlarımız geri qaytarılandan sonra həmin kəndlərin, rayonların hamısında möhtəşəm konsertlər verək. Bir də onu deyim ki, mən bu gün məşqləri hətta telefon vasitəsi ilə də davam etdirirəm. Təsəvvür elə ki, ansamblın üzvü Ağdamda - Quzanlıdadı və yaxud başqa bir kənddədi, mən mobil telefonla burda etdiyimiz məşqi eyni zamanda onunla da aparıram. Bu, dünyada bəlkə də analoqu olmayan bir üsuldu və mən bunu o səslərin qorunması, o səslərin yaşanması üçün edirəm.
   
   - İşiniz avand olsun və bir də istərdim ki, sizi unudanların - uçub getmiş bülbüllərin könlünə insaf işığı düşsün və o işıqdan tutub yuvalarına baş çəkməyə gəlsinlər.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK