hacklink Adalet.az | UMAC MƏSƏLƏSİ... Adalet.az | UMAC MƏSƏLƏSİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

UMAC MƏSƏLƏSİ...

Ataların goruna qurban olum, hərdən az deyirlər, amma saz deyirlər

19793    |   2007-09-28 04:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazını yazmamışdan öncə tarixə babat bir qiyabi səyahət elədim, möhkəm baş vurdum, olanları, olmuşları, hətta olacaqları çözələdim. Olanlardan, olmuşlardan, hətta olacaqlardan iqtibaslar götürdüm, bir qismini ağ vərəqə yazdım, bir qismini qaralanmış, əzilib sıxılmış kağızlarla dolu zibil qutusuna atdığım vərəqlərə...
   
   Deyirlər ki, fələyin kəndiri uzundu... Deyirlər ki, dünya beş günlükdü, onun da geridə qalan ikisi şənbə-bazara düşür. Bilmirəm heç fələklə bu beş günlük dünyanın nə əlaqəsi, amma hardansa elə birdən ağlıma gəldi. Ağlıma gələn də ki, mütləq başıma gəlir, bunu çox sınamışam. İnanmırsınız nümunə də göstərə bilərəm. Düz 25 il bundan öncə "Fələstin qaçqınları" adlı bir şer yazmışdım. O vaxtı "Təşviqatçı" jurnalında, "Azərbaycan gəncləri"ndə, Universitetin "Lenin yolu uğrunda" qəzetlərində çap olundu, hətta onu radioda da oxudum. Onda 1982-ci il idi... Və heç ağlıma gəlmirdi ki, heç gəlməzdi də nə vaxtsa mən də qaçqın düşəcəm, sonra öz qaçqınlığım barədə şerlər yazacam. Amma onu, yəni öz qaçqınlığım barədə yazdığım şerləri, nə Fələstində, nə İsraildə çap etdirmək, oxumaq imkanım barədə düşünmək belə istəmirəm. Çünki burada "ağlıma gələn" məsələ yox, ayrı bir məsələ olardı, yəni "ac toyuq" məsələsi...
   
   Hə, kəndiri uzun olan fələk hərlədi, fırladı məni də saldı öz doğanağına... Bilirsiniz də doğanaq nədi? Bilmirsinizsə bilənlərdən soruşun, ya da heç soruşub başınızı ağrıtmayın, guya bildiniz nə dəyişəcək ki? özünüzün qabağında mən bilirəm, amma həyatımda heç nə dəyişməyib. Necə deyərlər, "səhər naxır, axşam axur" yəni səhər redaksiya, axşam ev (Ev ha! - ev, özü də Motodromda!!!). Bu minvanla uzun illərdi ki, gedib-gəlirəm, buna işləmək də demək olar, amma fələyin doğanağı o qədər bərk çəkilib ki, bu beş günlük dünyanın, özü də geridə qalan iki günü şənbə-bazar dünyanın işlərindən baş aça bilmirəm. Necə baş açım ki, 1988-ci ildən bu günə kimi iki fikrin bir-biri ilə uyğun gəlməsinə, üst-üstə düşməsinə nə illah edirəm şahid ola bilmirəm. Belə bir halda rəhmətlik Məmməd Araz demiş, tay mən belə dünyanın harasına, nəyinə nə deyim?..
   
   Əvvəldə dedim axı, ağlıma gələnlər başıma gəlib. Fələstin məsələsini deyirəm... O vaxtlar bilməzdim ki, qaçqın olacam, bilməyə-bilməyə qəzetlərdən oxuyub, Moskvanın "Vremya" ("Zaman") proqramından görüb öyrəndiyim Fələstin qaçqınının həyatı, günü-güzəranı, arzuları mənim ilham pərimi necə qanadlandırdısa, qələm-vərəqə sarıldım və onlara möhtəşəm bir şer ithaf etdim. Yazdım ki, ""Fələstin qaçqını" - bu da yenilik, dünyaya təzə bir söz öyrədilir"... Hə, yaman öyrətdilər bizi qaçqın, köçkün, didərgin sözünə... Bilmirəm öyrətdilər, yoxsa özümüz öyrəndik, bu bir az qaranlıq məsələdi, çünki bizim xislətimizdə bir az laqeydlik, bir az biganəlik, bir az dözümlülük və daha bir az, bir az, o qədər hallar var ki, onları fikirləşəndə öyrənməyə üzüyola olduğumuzu içimdə özüm üçün etiraf edirəm. Yalnız özüm üçün...
   
   Fələstin qaçqınları öz dərdləriylə az qala yarım əsrdir ki, baş-başadırlar. ah çadırlarını bombalayırlar, gah evlərini, gah arvad-uşaqlarını, gah orda partlayışdı, gah burda. Düzdür, fələstinlilər də dinc durmur. Onların da bir "Həmas"ı var, daha başqa təşkilatları var, bəziləri bu təşkilatları terrorçu sayır, bəziləri vətən mücahidləri... Olsun, fələstinlilər bilər, yəhudilər bilər, mənim bu işlərə qarışmağa nə səlahiyyətim, nə o boyda haqqım yoxdu. Necə deyərlər, keçəl dərman bilsə öz başına çəkər, amma...
   
   Hə, axır ki, gəldik ammanın üstünə. Qəzetlərdə bir "əmma" diqqətimi çəkdi. Öyrəndim ki, Azərbaycan Fələstin-İsrail problemini çözmək üçün vasitəçilik etmək istəyir. Elə sevindim... Elə sevindim ki, az qaldım otaq yoldaşım, dostum Oqtay Salamovun boynuna sarılım. Zarafat deyil, bu böyük bir ümiddi. Dünyanın qaynar nöqtələri var. Bu nöqtələr bir-bir söndürüldükcə, yəni problem çözüldükcə növbə bizə də gəlib çatar. Digər tərəfdən bizim sülhpərvərliyimizin şahidləri bir az da artar. örərlər ki, həqiqətən biz qan tökülməsinin əleyhinəyik. İstədiyimiz bircə şeydi. Ermənilər torpaqlarımızı necə işğal eləyiblərsə, o cür yox, sakit şəkildə çəkilib getsinlər öz xarabalarına, yəni evlərinə. Biz də qayıdaq öz dağıdılmış, yandırılmış, xaraba qalmış evlərimizə...
   
   Bir atalar sözü də var, deyir, şahın da nökərə işə düşər. Lətifəsi bizdən milyon ağac uzaq, indi bir balaca dərin düşünəndə görürəm ki, aha, deyəsən, dünyanın da bizə işi düşür, bizi də artıq məclis, mərəkə başına çəkirlər. Şükürlər olsun bu günə. Deməli, mən doğru sevinmişəm və doğrudan da yaxşı eləyib Oqtay Salamovu qucaqlamışam. Qoy indi düşmənlərin gözü çıxsın, bircə...
   
   Hardan gəldi, düşdü yadıma bu atalar sözü, rəhmətliklərin elə bir işi-güzü qurtarıbmış, oturub elə ancaq söz deyiblər, bilirsiniz nə deyiblər? Deyiblər ki, "Özünə umac ova bilmir, özgəyə əriştə kəsir"...
   
   
   
   P.S. Hər gün səhərin gözü açılanda iş otağımızda "mövzu müharibəsi" başlayır. Bu dəfə də mənim dadıma atalar çatdı. Allah onlara rəhmət eləsin. ə


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK