ANA SƏHİFƏ / YAZARLAR

"İLANA ZƏHƏRİ KİM VERƏ BİLƏR?"

TERRORÇULAR NÜVƏ SİLAHI ƏLDƏ ETMƏK İSTƏYİRLƏR?!

67811    |   2007-09-28 04:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiyanın Xarici İşlər Nazirliyi terrorçuların nüvə silahı əldə etməyə çalışmaları barədə məlumata malikdir. Bu barədə RF xarici işlər nazirinin müavini Anatoli Safonov bəyanat verib. "Bizdə artıq sübut olunmuş dəqiq məlumat var ki, beynəlxalq terror təşkilatları hər hansı formada olmasından asılı olmayaraq nüvə silahı və komponentləri əldə etməyi qarşılarına məqsəd qoyublar"- deyən Safonov Dövlət Dumasının "Nüvə və radioaktiv terrorçuluğa qarşı mübarizə" adlı keçirdiyi seminarda çıxış edərkən qeyd edib ki, "bu gün artıq tam aydındır ki, dünya cihadının yolları müəyyənləşdirilib. Hazırda iki cihad - silahlı və sözlə cihad mövcuddur".
   
   Diplomat hesab edir ki, dünya nüvə terrorizmi təhlükəsi qarşısındadır. Ona görə də göstərilən hər iki istiqamətdə aktiv mübarizə aparmaq lazımdır ki, kütləvi qırğın silahları heç bir halda terror təşkilatlarının əlinə düşməsin.
   
   XİN-in rəsmi nümayəndəsi daha sonra çıxışında bildirir ki, dünya liderləri və bir çox siyasilər hesab edirlər ki,nüvə terrorizmi problemi hələ "üzdə" deyil. "Onlar düşünmürlər ki, sabah bu problem üzə çıxarsa onda dünyanı nə gözləyə bilər". Daha sonra o məsləhət görür ki, adi terror aktlarının qarşısının alınmasında çətinliklər mövcud olduğu halda nüvə terrorizminin qarşısının alınması üçün çox işlər görmək olar. Kütləvi qırğın silahlarının terror təşkilatlarının əlinə keçməməsi üçün "sadəcə olaraq onları kütləvi qırğın silahları hazırlayan müəssisələrin "ətrafına" buraxmamaq lazımdır".
   
   Bizə elə gəlir ki, rusiyalı diplomat elə buradan başlasaydı daha yaxşı olardı. Bu gün kütləvi qırğın silahlarına malik olan və istehsal edən bir neçə dövlət var ki, onların da adı hamıya məlumdur. "Yeddi qıfıl" arxasında çox güclü nəzarət altında qorunan bu müəssisələrə nəinki terrorçu, heç quş da yaxın buraxılmır. Bu dövlətlərin özlərinin "marağı olmasa" nüvə silahlarının və yaxud komponentlərinin terrorçuların əlinə düşməsi qeyri-mümkündür.
   
   Beynəlxalq terror təşkilatlarının yaradılması, onların fəaliyyəti üçün maliyyə dəstəyinin verilməsi də məhz bu dövlətlər tərəfindən həyata keçirilir. Bu gün ən müasir rus və amerikan silahları ilə silahlanmış terrorçuların törətdikləri ağır faciələrə səbəb olan qanlı terror aktları zamanı istifadə etdikləri ən müasir texnologiyaya malik olan partlayıcı qurğular Rusiya və ABŞ istehsalıdır. örəsən, bu silahlar hansı yollarla terrorçuların əlinə keçir? Rusiyalı diplomat özü də bilməmiş deyil ki, məxfi qrift altında saxlanılan elə silahlar var ki, hələ öz ölkələrinin hərbi qüvvələrinə göstərilməyib. Lakin bu silahlar baxmayaraq ki, xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında xüsusi laboratoriyalarda hazırlanır, lakin hansısa yollarla terrorçuların əlinə düşür.
   
   Dövlət başçılarının tez-tez "sızma", "oğurlama" kimi terminlərdən istifadə etməklə guya bu silahların terrorçuların əlinə keçməsi arqumentlərinə heç özləri də inanmır. İndi Dövlət Dumasının keçirdiyi seminarda çıxış edən rusiyalı diplomatın yəqin ki, məlumatı var ki, artıq Rusiyanın Hərbi Kəşfiyyat İdarəsi və Hərbi Sənaye Kompleksi bununla bağlı terrorçularla danışıqlara başlayıb. Ya da belə bir halın əzəli rəqibləri ABŞ-ın eyni orqanları tərəfindən aparıldığı barədə məlumata malikdir.
   
   Dövlət Dumasının təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Anatoli Kulikov da dediklərimizi təsdiq edərək bildirir ki, "Rusiyada bu gün onlarla nazirlik, idarə və müəssisə nüvə materiallarının daşınması və saxlanması ilə məşğuldur". Onun sözlərinə görə, məhz buna görə bu sahəyə nəzarət çətinləşir, "sızmaların" qarşısının alınması mümkün olmur.
   
   Nəzərə alsaq ki, kütləvi insan qırğınına səbəb ola bilən nüvə materiallarının və kimyəvi məhsulların daşınması, saxlanılması qaydalarına görə nəzarət istənilən halda Hərbi Sənaye Kompleksinin xüsusi idarəsi tərəfindən tam məxfilik gözlənilməklə nəzarət altında saxlanılır, onda Anatoli Kulikovu da "başa düşmək olar". Nüvə silahı və yaxud komponentləri terrorçuların əlinə yalnız bir yolla, ya Rusiyanın, ya da ABŞ-ın hakim dairələrinin əli ilə keçə bilər.
   
   


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-03-29
2017-03-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK