ANA SƏHİFƏ / YAZARLAR

DİLƏNÇİ

21306    |   2014-07-19 02:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son zamanlar "dilənçi" ifadəsi sözün hər bir mənasında özünü göstərməkdədir. Nəyinsə uğrunda mübarizə aparmaq, əlləşib- vuruşmaq, bu yolda fədakarlıq etmək deyil, məhz dilənmək üstünlük təşkil edir. Maddiyatı da, mənsəbi də, münasibəti də, hətta sevgini də... dilənmək.
İllər öncə dilənçi sözünün anlamı birmənalı idi - imkansız, işləmək qabiliyyətini itirmiş, kimsəsiz, köməksiz insanlar dilənmək məcburiyyətində qalardılar və bunlar cəmiyyətdə azlıq təşkil edərdi. Və onları əhatə edən mühit, insanlar da mərhəmət hissindən, Allah qorxusundan, xeyirhaxlıq istəyindən bu insanların onlara tərəf uzanmış əllərini boş qaytarmazdılar...
Sonralar çox şeylərdə olduğu kimi insanların təfəkküründə, təsəvvüründə, baxışlarında erroziya başladı və bu mövzuya da münasibət dəyişdi. "Qürbətdə xan olunca, vətənində dilən gəz" bayatısının lap axırıncı misrasını qulaqlarında sırğa edənlərə - cəmiyyətin "dibindəki" bu təbəqəyə qarşı inamsızlıq, laqeydlik və hətta ikrah hissi formalaşmağa başladı. Çünki dilənçilər də o illərdəki kimi deyildilər. Artıq on qəpik verdiyin dilənçi fors eləyib o qəpiyi arxanca tullayır, nəşriyyatın qarşısındakı "ana-bala dilənçi" yalnız iki manat istəyir, ondan az qətiyyən olmaz, on il əvvəl də dilənçilərdə gördüyüm, eyni şəklin müxtəlif dilənçilərin əllərində gəzdirdiyi şikəst uşaq şəklini boynundan asaraq insanlarda mərhəmət hissi yaradıb pul qoparmaq istəyən fırıldaqçılar, "anam xəstədir, ey mərhəmətli insanlar, yardım edin, Allah da sizə yardım etsin" kimi ifadələrlə ürəkləri yumşaldıb, sonra bu insanları ələ salanlar, ticarət mərkəzləri, imtahan komissiyaları, xəstəxanalar, ocaqlar, pirlər kimi "strateji obyektləri" özləri üçün uyğun məkan seçən fürsətçilər insanları bezdirməkdədirlər. Addıma bir yaxınlaşıb "üzr istəyirəm, yanlış anlamayın, mən dilənçi deyiləm, pulum oğurlanıb, rayona bilet almağa yardım edə bilərsiniz?" kimi inandırıcı ifadələrlə insanların mərhəmətindən istifadə edənlərin sayı isə günü-gündən çoxalır. Ona yardım etdiyinə sevinən xeyirsevər insanın bir neçə gün sonra təkrar ordan keçərkən eyni mənzərə ilə rastlaşanda üz ifadələrini təsəvvür edin... Gecə vaxtı tək qadınlara yaxınlaşıb - xanım, türmədən çıxmışam, pulum-param yoxdu, evimizə getməliyəm, mənə taksi pulu kömək edə bilərsiniz? - kimi təhdid dolu "dilənçilik". Yəni, əks təqdirdə zorla da ala bilərəm.
Həmkarım Ə. Mədətoğlunun maşınını marketin qarşısında saxladıb, maşının pəncərə şüşəsini endirməyi rica edən qadının ərklə dediyi: Mənə qırx qəpik ver, un alacam! - əmri isə lap gülməli idi... O qədər arxayın istəyirdi ki, görünür o qadının gündəlik qida rejiminin başqa tələbatları da o biri sürücülərə ödəniləcəkdi, çörək payı həmkarımızın qismətinə düşmüşdü...
Bakı - Kürdəmir yolunda bir neçə ildir ki, dilənçi-fırıldaqçılar peyda olub. Bu dilənçi, fırıldaqçı sözünə bir artist kəlməsini də əlavə etmək istərdim, çünki elə inandırıcı rol oynayırlar ki, əlini cibinə atmaya bilmirsən. Özü də bu "tamaşa"da əməlli -başlı qrupla fəaliyyət göstərirlər. Biri bahalı maşını yolun kənarında saxlayır (əsasən Cip markalı), kədərli şəkildə gələn maşınlara baxaraq gözləriylə yardım istəyirlər. Yolda qalana kömək etməyi özünə borc bilən vicdanlı insanlar nə qədər desən... çünki maşında onun "ailə-uşağı" da olur. Bu ssenarinin başqa personajları, sükan arxasındakının "xanımı, uşaqları"... Nə kömək lazımdı, qardaş? - sualını eşidincə, - Vallah, utanıram da deməyə, ehtiyatsızığım üzümdən pulumu evdə unutmuşam, benzin də qurtarmaq üzrədir, nə edəcəyimi bilmirəm, ailə-uşaq yanında üzüqara qaldım. Mənə əlli manat verə bilərsinizmi? Alın bu da telefon nömrəm, sabah səhər Bakıda görüşüb qaytararam. Adam da maşına tərəf baxır, arvad-uşaq məzlim-məzlum ona baxırlar və düşünmədən əlliliyi çıxarıb verir. Və... sabah olur, o biri gün olur, bir ay keçir, puldan xəbər yox. Zəng edirsən, telefon bağlı. Yollarda ehtiyatlı olun!!!
Hüquq-mühafizə orqanları məmurlarının nəzərinə! Dəfələrlə ayrı-ayrı adamların üzləşdikləri bu fakt hələ də fəaliyyətdədir.
Bir dəfə bir uşaq mənə yaxınlaşıb: xala, mənə kömək elə - deyib əlini uzatdı. Boş qaytarmadım. Amma ürəyim ağrıdı, on üç yaşında gəncimizin qürurunu bu dərəcədə sındıran səbəb nədir?
Bir neçə gün əvvəl mənə normal geyimli, saçlarını kremlə səliqəyə salmış gənc bir oğlan yaxınlaşıb, müqəddəs din adamlarının və duaların təsviri olan bir kağız uzatdı. Kağızı gözümün qarşısına tutaraq, bu müqəddəs gündə əlini geri çevirməməmi, bu kağız üçün "nə verərsən, verərsən" deyərək təkidlə davam etdi. Istəmirəm dedim, məndə bunlrdan var. Amma yazı "Ayətəl-kürsü"dir - dedi. Olsun, mən onu əzbərdən bilirəm, dedim. İkinci varianta keçdi: Qardaşım xəstədi, müalicə etdirməliyəm, Allah xətrinə! Yenə o ifadəni xatırladım: Millətimin dilənçisinə də inanmıram... Ona həmişə dilənçilərə verdiyimdən artıq pul verib sözlərimi də dedim: ay oğul, mən sənə inanmadım, amma Allah xətirnə verirəm, əgər doğrudan qardaşın xəstədirsə, niyə gedib işləyib halallıqla, alnıaçıqlıqla qazanmırsan. Ayıb deyilmi. Yaraşıqlı oğlansan, geyinib-gecinib dilənirsən? Bu sözü çox eşitdiyi üzündən bəlli idi və ürəyində mənə gülürdü yəqin ki. Mənim peşmanlığım o xırdalıqlardan deyildi, sədəqə imandandır, yəqin ki, hər birinizin gündəlik rastlaşdığı hadisədir, amma millətin gənclərinin utanmadan, heysiyatını ayaqlar altına ataraq abır-həya etmədən bu səviyyəyə enməsi mənəvi aşınmamızdır. Hələ ki, bu problem ciddiyə alınmır, buna adi bir hadisə kimi baxılır. Amma məncə bir milləti - insanlığı məhv etmək üçün onun mənəviyyatını alçaltmaq yetərlidir.

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK