ANA SƏHİFƏ / YAZARLAR

Fərasətli qonşum

Azər Sarıyev

220854    |   2014-04-30 10:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atamın bibisi yenə üyüdüb tökürdü. Enli, lövbərə bənzəyən ağzından saniyəyə 3-4 kəlmə çıxırdı. Qeybətin biri bir qəpik idi. Anamı çənəsinin alıtna salmlşdı. Bu dəfəki hədəfi gəlini idi: - Deyirəm ki, ay qızım (tanımıyan da elə bilər ki, gəlininə elə müraciət edir), kənddə arvadlar soruşurlar ki, elə özüm də fikirləşirəm e, bu Əyyub nə əcəb televizora çıxmır? Cavab verir ki, az, sənin oğlun kimdir ki, onu televizorda da göstərələr. Adi institut laborantıdır də. Mən qapıdan girəndə sifətini büzüşdürüb, onsuz da iri olan 90 dərəcəlik yöndəmsiz çənəsini bir az qabağa verib gəlinini yamsılayırdı. Məni görəndə, "Bıy, azarın ürəyimə. Sən haçan gəldin, görmədim” deyib gücənə-gücənə yerindən qalxmaq istədi. Əziyyət verməyib özümü ona yetirib oturduğu divana doğru əyildim. İki əli ilə gicgahlarımdan tutaraq hər iki yanağımdan elə öpdü ki, marçıltısını bəlkə də mənzilin bayır qapısının qarşısından keçənlər eşitdi. - Əd-ədə, dediklərimi eşitdin? - Hansını deyirsən, ay bibi. Sən o qədər söz dedin ki... - Bax e, o Həzrət Abbas haqqı bir yerdə ağzından çıxa, səni dəftərimdən silərəm. Mən addı bibin olmaz. - Narahat olma, ay bibi, heç yerdə danışmaram. Vədim arvadı qane etmədi. Allaha, 124 min peyğəmbərə, 12 imam və beş kimsənəyə and verməklə ürəyi soyumadı. Saatlıdan iki, İmişlidən dörd, Biləsuvardan isə bir ən ağır seyidin cəddinə and içdirəndən sonra toxtadı. Mən də eşitdiklərimi heç yanda danışmayacağıma and içdim. Həqiqətən də bu günə kimi danışmamışam və kiməsə söyləmək fikrim də yoxdur. Ancaq yazmayacağıma and içməmişdim. Bibi kəndin ağbirçəyi sayılırdı. İlk evliliyi cəmi səkkiz ay çəkmişdi. Müharibədən yeni qayıtmış ilk əri vərəmdən ölmüşdü. Sonra yetim bacı-qardaşlarını saxlamaqdan ötrü yaşlı bir kolxoz sədrinə ərə getmişdi. İkinci evliliyin ilk vaxtları firavan keçsə də, kişinin pensiyaya çıxmasından sonra vəziyyət çətinləşmişdi. 

On uşağı demək olar ki, tək böyütmüşdü. Qoca kişiyə arvadlıq etmək və 10 uşağı həyətdə becəriliən kartof-soğanı bazarda satmaqla saxlamaq bibini arvadlıqdan çıxarmışdı. Əməlli-başlı erkəkləşmişdi. Kəndin ən söyüşcül adamı hesab olunurdu. Onun söyüşlərini ən biədəb danışan kişi belə ərki çatan dostunun yanında işlətməyə ar edərdi. Arvad söyüş söyməkdə xüsusi istedad sahibi idi. Kəndin uşaqları onun zəngin yaradıcılığından bəhrələnməkdən ötrü qəsdən bibimə icəşir, tez-tez hövsələdən çıxarırdılar. O da həmin uşaqların hər iki dünyada olanlarını boy sırasına düzürdü. Ancaq nə qədər əsəbi olsa da, bir o qədər qəlbi yuxa idi. Onun üçün dünyanın ən fərsiz adamıydım. Mənə yazığı gəlir, başıma ağıl qoymağa çalışırdı. Bu dəfə də andiçmə başa çatandan sonra həmişəki kimi söyüşə və danlağa keçmişdi: -Anandan soruşdum səni. Nə görmüsən e, o qəzetdə. O vaxt Natiqə qoşulub "Təzə bazar”da meyvə satsaydın, indi kirayədə qalmazdın. Altında maşının, cibində pulun olardı. Nə hökumət qəzeti e. Nə vəzifə e. Dolanışıq lazımdır kişiyə. Utanmırsan, o yazıq gəlini kirayələrdə çürüdürsən? Sənin qəzetinin... Arvad elə bir 12 mərtəbə söyüş söydü ki, anam utandığından qulağına qədər qızardı. Amma bibinin məsləhətləri xoşuna gəlmişdi. Dərdi açılmışdı: - Elə mən də sən deyəni deyirəm. Qonşuda bir gəlin var, o da qəzet redaktorudur. Evi, maşını, hər şeyi... Qonşu arvadlar deyir ki, yəqin sənin oğlun elə-belə qəzetin böyüyüdür. Yoxsa, onun da evi, maşını, filanı olardı... " Açıq koma” qəzetinin baş redaktoru olan qonşu xanım barədə bu gün bizdə ikinci söhbət idi ki, açılırdı. Kirayədə qaldığım mənzildən bir qat aşağıda, binanın birinci mərtəbəsində yaşayırdı. Hər gün səhər saat 10-a qalmış sürücüsü blokun qarşısında "Nissan maxima” avtomibilində onu gözləyirdi. O zaman hər adamın bu markadan olan maşını yox idi. "Nissan Maxima”ya biznesmenlər, nazirlər, bir də müxalif partiyalardan birinin sədr müavini minirdi. Həmin partiya sədrinin müavininə də "Nissan”ı səhiyyə nazirinin xahişi ilə bir holdinq rəhbəri bağışlamışdı.

Baş redaktor xanımın isə belə bahalı maşını necə, yaxud hansı pulla alması barədə qonşu arvadların qeybət-müzakirələri hələ yekunlaşmadığından bu barədə qəti qənaətim yox idi. Qulağından topuğuna kimi iri, dana zəncirinə bənzəyən qızıllara bürünmüş baş redaktor xanım hər səhər bahalı mobil telefonu ilə danışa-danışa evdən çıxır, maşına əyləşəndə də telefonda nəsə eşidir, ucadan şaqqanaq çəkirdi. Güləndə də gözaltı pəncərələrdən və balkonlardan onu oğru pişik kimi onu pusan qadınlara baxırdı. Bilirdi ki, ənənəvi hərəkəti yenə gecə həmin arvadların azı yarsının evində dolanışıq, telefon, fransız ətri, maşın, mənzil, qır-qızıl davası salacaq. Mən də hər gün qonşu redaktor xanım evdən çıxandan təxminən 5 dəqiqə sonra onun mənzilnin qapısının ağzından keçirdim. Bütün bloka yayılmış parfüm ətri adamı hayıl-mayıl edirdi. Burnumda həmin parfümin ətri, əlimdə qəzet, beynimdə də şəxsi mənzil barədə xəyallar metroya tərəf gedirdim. Metro qatarında qəzeti oxuyub qurtarır, şəxsi mənzil sevdasını müvəqqəti də olsa başımdan atırdım. Amma həmin parfümün ətrini hələ duyurudum. Günün birində qərara alıdım ki, o ətirdən birini də həyat yoldaşıma alacağam.

Amma "Memar Əcəmi” metro stansiyasının ətir satanların heç birində həmin qoxunu verən parfümdən tapa bilmədim. Səhərisi həyat yoldaşımı növbəti dəfə eyni məzmunda yüngülvari danlamağa başladım: - Adama nə qədər deyərlər. O "duxi”lərdən sən də al vur də. Camaatın arvadının "duxi”sinin ətrindən blokdan keçmək olmur. Bu iradı demək olar ki, həftədə bir-iki dəfə səsləndirsəm də xeyri yox idi. Həyat yoldaşımın vecinə də deyildi. Bu dəfə lap hirsli, səsimi qaldırıb danışırdım. İstəyirdim ki, nəyə görə mənim sözümü yerə saldığını, qəşəng ətirli "duxi” almadığına görə hesab versin... - Ay rəhmətliyin nəvəsi. Elə bilirsən, mən ətir vurmuram. Vururam, amma ucuzdur deyə, ətri çox yayılmır. O qonşunun işlətdiyi ətirin qiyməti bilirsən neçəyədir? Bizim kirayə pulumuzun yarısını qiymətinə. Yaman tutuldum. Düz sözə nə deyəsən? Ortamdan keçmişdi. Mənə deyən gərək, sənə lazım idi çölün qəzetçisinin söhbətini evə gətirirsən? Mənə o da azdır. Özümə qəti söz verdim ki, mən də kənarda bir qəzet açıb qonşum kimi dolanşığın yolunu tapacağam. Amma çətin... Onda olanın heç 25 faizi məndə yox idi. Elə bilməyin ki, tanımaza-bilməzə camaatın qızı haqqında danışıb böhtan atıram. Mən tanımasam da ona yaxından bələd olan ortaq tanışımız var idi...

Alverçi dostlarımdan biri danışırdı ki, leysanlı bir havada Musəbəyovun heykəlinin yaından keçirmiş. Görüb ki, dayanacaqda qısa ətəkli, balaca boy, şişman, Rusiyanın "doktor kolbasa”larına oxşayan gənc bir qız cürünbül suyun içində avtobus gözləyir. Avtomobilini saxlayıb həmin qısıq boyun qızı götürüb. Qısa tanışlqıdan sonra qadından "Hə, tanış olduq, indi bunun qiyməti-zadı neçəyədir?” deyə soruşub. Qadın da mərifətli çıxıb. "Görürəm, yaxşı oğlana oxşayırsan, qardaşımsan, qonaq ol” deyə cavab verib. Sonra onların dostluğu bir neçə ay davam edib. Birinci görüş pulsuz olsa da, sonradan dostum tanışını narazı salmamağa çalışıb. Qonşu baş redaktorun da alverçi dostumla tanışlığını təsadüfən "Krassvord” qəzetinin baş redaktorunun oğlunun sünnət toyunda öyrəndim. Şadlıq evinin foyesində üz-üzə gəlsələr də, qonşum özünü tanımamazlığa vurdu. Alverçi dostum da "ə, bu burada nə gəzir?” sualını verəndə, qəzet baş redaktoru olduğunu bildirdim.



İmza:

YAZARIN ARXİVİ

2014-04-25 : Avtoş
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK