Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR:

AZƏR NƏFİSİ-1

16267    |   2008-08-06 08:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İranda Cümhurbaşkanlığına arvadının başı açıq olan bir namizəd çıxmış olsaydı qiyamətmi qopardı? Mənə qalırsa daha gözəl şeylər olurdu.
   
   Çarşab bağlamadığı üçün dərs verdiyi universitetdən qovuldu. Daha sonra Azad İslam Universitetində ədəbiyyat dərsləri verdi, təqiblərə dözə bilməyincə bu dəfə universitetdən öz xoşuna istefa etdi. Yeddi tələbəsiylə birlikdə evində toplanıb Nabokovun "Lolita"sını oxudu. Səkkiz ildir Vaşinqtonda yaşayır, amma İranı heç unutmadı. Tehranda ziyalı bir qadın olmağın çətinliklərini Türkiyədə çıxan "TEMPO" dərgisinə anlatdı.
   Hələ 1995-ci ilin payızında evində toplantılar edincə həmişə ürəyi səksəkədə idi: mütləq kimsə onları ələ verəcək.
   Zatən tələbələrindən Nəsrinin "SON NƏTİCƏDƏ HƏR KƏSİN ÖZÜ ÖZÜNÜ ƏLƏ VERDİYİNİ, ÖZ İSASINA QARŞI YAHUDA ROLUNU OYNADIܭINI " söylədiyini xatırladırdı həmişə. O, qadın olmanın, xüsusilə də totalitar bir rejimə qarşı çıxan iranlı bir qadın olmanın bütün çətinliklərini sona kimi yaşamışdı. Bir ədəbiyyat müəllimi olaraq İran İslam Cümhuriyyətində yaşanılan həyatlara ən çox yaxın olan ədəbiyyat əsərinin Vladimir Nabokovun "Lolita"sı olduğunu söyləyən iranlı qadın yazar Azər Nəfisi 1997-ci ildə İranı tərk etdi. İki uşağı və əriylə Vaşinqton D.C-də yaşayan Azər Nəfisi içlərindən bir neçəsi İslam Cümhuriyyətinin türmələrində yatan yeddi qız tələbəsiylə evində yaratdığı ədəbiyyat klubunda baş verənləri yeni kitabında təsvir edir. Küçədəki bütün acınacaqlı həyatdan yaxa qurtararaq bir müəllimənin evində qara çarşablardan qurtarıb çay və şirin yeməklər yeyə-yeyə sevinclərini, arzularını, eşqlərini və xəyallarını ifadə edən "TEHRANDA "LOLİTA" OXUMAQ" kitabında qadınlıq səmimi duyğularla anladılır.
   
   
   
   ÖNCƏ AZƏR NƏFİSİnin DÜŞÜNCƏLƏRİNƏ
   BİR BAXIŞ
   
   "Bu günün İranında qadınlar həm məğlub görünürlər, həm də qalib. Məğlub görünürlər ona görə ki, ideoloji rejimin ilk hədəfi qadınlardır.Qalib görünürlər ona görə ki, 25 ildən sonra baş verən bütün acılara və qanunsuzluqlara baxmayaraq, İslami rejim, iranlı qadınları öz istədiyi şəklə salmağı bacarmadı. Nəticədə bu gün özünü yenidən qurmaq məcburiyyətində qalan iranlı qadınlar deyil, İrandaki rejimdir". İslami hüquqa bağlı bir İslam cümhuriyyəti olan İranda inqilabın öndə gələn isimlərindən Ayətullah Taleqaninin qızı, güclü qadın siyasətçilərdən biri olan Azem Taleqani də çevrilişdən öncə (Şah zamanında) çarşaba sahib çıxdığını və çarşabdan ötrü oxuduğu universitetə buraxılmadığı tələbə dostlarıyla birlikdə necə izn aldıqlarını anladır.
   İki iranlı qadın:
   AZƏR NƏFİSİ ürəyi ölkəsində olsa da artıq İranda yaşamır.
   AZEM TALEQANİ isə nəvələri və mübarizəsi ilə orada qalmağı üstün tutmuşdur. Amma ikisi arasındakı əsas fərq - rejimə baxış, cəmiyyətdə baş verənləri dəyərləndirmə və yaşayış biçimləriylə birlikdə çarşaba olan münasibətləri. İrandakı avtoritar rejimin rəsmi qadağalarıyla çarşaba bürünən qadınların, ictimaiyyət arasında və iqtidar içində var olma mübarizələri, şübhəsiz İranın özünə xas yanaşmalarıyla bağlıdır. Zamanla bu iqtidar çarşaba müxtəlif münasibətlər göstərsə də, qadınlar ictimai xidmətlərdə arabir "görünsələr" də çarşabı öz xoşlarına seçənlər də daxil, böyük bir çoxluğun çarşab əmrinə qarşı dirəndikləri və bununla bağlı qadın hərəkatlarının baş verdiyi də ortada. Çarşab A. Taleqanin də, başını açmağı seçmiş olan A. Nəfisinin də əslində gəldikləri ortaq fikir - azad idarə və insan haqlarıdır. Hər ikisi də məğlub, amma qalib qadınlardır.
   ***
   İslami toplumun tək və yeganə simvolu halına gətirilən çarşabın (təsəttürün) Müsəlman, amma bir İslam Cümhuriyyəti olmayan laik Türkiyədə fərqli bir şəkildə, bəsit, amma böyük bir əngəl halına gəlməsinin səbəbi də rəsmi qadağaların ortaq dilidir. Hər nə qədər sərhədləri hələ muğlak olsa da, ictimaiyyətə xidmət edib, xidmət alan qadınlara baş örtülmə qadağalarını bəlkə İrandakı qadağalarla qarşılaşdırmaq insafsız. Asanlıqla buradan çıxaracağınız nəticə bu olacaq: öncəliklə hədəf qadınlardır. Abdullah Gülün seçimlərdən öncə cümhur başkanı namizədi olmasının qarşısını alan, sonrasında namizəd olma şərtlərini göstərən və nəhayət, üzərində dayanılması çətin düyün olan çarşab krizi bunu doğrulayır. Hayrünnisa Gülün başının örtülü olması ilə cümhurbaşkanlığı məqamının demokratik haqlara qapalı kimi göstərilməsi arasında böyük mübahisələr var. Əgər H. Gülün də vəziyyəti digər qapalı qadınların vəziyyətində olsaydı, əlbəttə, heç bir mübahisə qalmayacaqdı. AKP iqtidara gəldikdən sonra yaşanan dəyişimlər də göstərir ki, artıq geri dönülməz bir yoldayıq. Barışçı İslami kəsimin hər zaman göz önündə olduğu, amma bu zümrənin heç səsinin çıxmadığı bir dönəmdə hər kəs qabaqda nə olacağını görməkdə çətinlik çəkirdi. Abdullah Gül cümhurbaşkanı namizədliyi vaxtında daima qarşısına çıxan suallarda arvadının qapalı olmasını şəxsi həyat tərzinə aid edərkən, Başbakan Rəcəp Tayyip Ərdoğan çox da lazım olmadığı halda Latifə Xanıma müraciət etməli olur. Nəticədə bu həssas məsələdə qadınların öz şəxsiyyətləriylə, azad iradələriylə var olmadıqlarını görürük.
   A. Taleqani Xatəmi dönəmində İranda ilk dəfə cümhurbaşkanlığı üçün namizədliyini irəli sürmüşdüsə də, qəbul olunmamışdı. Son seçimlərdə təkrar namizədliyini qoyduğunda özüylə birlikdə başqa qadınlar da namizəddilər. Hər şey ortada. Amma namizədliyin qəbul edilməməsi heç də çarşabla bağlı deyil, qadın olmalarıyla əlaqəli idi. İranda başı açıq bir qadının namizəd olmasını bir tərəfə qoyaq, həyat yoldaşı başı açıq bir namizəd çıxsaydı nələr olurdu, bunu bilmək çox zor. Qiyamətmi qopardı? Mənə qalırsa daha gözəl şeylər olurdu.
   Baxın, Türkiyədə tam tərsi bir vəziyyət var. Çarşabın bir siyasi atribut olaraq ortaya gəlməsində H. Gülə liberal bir dəstək verilsə də, başını açmasını ona tövsiyə edənlər və yaxud başqa formada və biçimdə baş örtüsü seçmə təkliflərini irəli sürənlər də var, olacaqdır. Buna görə də çarşab üstündə mübarizənin davam edəcəyi ortada. Son söz olaraq, çarşab örtməyə məcbur edilən iranlı qadınların müalicəyə ehtiyacı yoxsa, buradakı başörtülü qadınların da öz böyük haqlarını müalicə etməyə ehtiyac yoxdur. Rejimlərin nəyə ehtiyacı olduğu isə ortadadır.
   Ayşə Böhürlər,
   Aslıhan Ekər uyğulama
   
   AZƏR NƏFİSİ İLƏ BAŞ-BAŞA:
   
   - Bu dünyada qadın olmaq çox çətin işdir. İranda qadın olmaq daha çətinmi?
   - Bəli, elədi. Bir tərəfdən baxanda İranda qadın olmaq çətindir ona görə ki, iranlı qadınların üzərində hansı qanunlar mövcuddursa, ona əməl edərək yaşamalısan. Digər tərəfdən, iranlı qadın olmaq və İrandakı sistemin sənə elədiklərinə qarşı çıxaraq rejimə qarşı çıxmaq da olduqca maraqlıdır. İslam Cümhuriyyəti qurulandan öncə yüz yüz ildən artıq bir zaman içində iranlı qadınlar eynən türk qadınları kimi öz haqları uğruna mübarizə etdilər. Qadınların sərbəstləşməsi, iranlı qadınlar baxımından, çağdaş bir məmləkət yaratmaq adına verilən bir iç mübarizəsinin bir parçasıydı. Əgər iranlı qadınlar Şah zamanında küçələrə çıxsaydı indikindən daha çox haqq qazana bilərdilər. Bir baxımdan bu günün İranında qadınlar həm heç kimdilər, həm də görünürlər. İdeoloji rejimin birinci hədəfi qadınlardır. 25 ildən sonra və baş verən bütün insafsız qanunlara və əziyyətlərə baxmayaraq, İslami rejim iranlı qadınları öz istədiyi şəklə salmaqda qalib gələ bilmədilər. Nəticədə bu gün özlərini dəyişmək məcburiyyətində qalanlar iranlı qadınlar yox, İrandakı rejimdir.
   - İranda bir qadının xoşbəxt ola bilməsi, azad olma istəklərinə çatması üçün mütləq rejimin içindəmi olması lazımdır?
   - Xeyr, kim olduğunu və inandığın şeyləri bir kənara atmaqla xoşbəxt olmaq mümkün deyil. Mutluluq öz ideallarına çata bilmək azadlığına sahib olmaqdır. İranlı qadınların xoşbəxt ola bilməsinin tək yolu onları eyni tip olaraq yaşamağa məcbur edən rejimə qarşı çıxmaqdır. Rejim sizi siyasi həyatınızı dəyişdirməyə məcbur edə bilər, amma həqiqətdə kimi olduğunuzu dəyişməyə məcbur edə bilməz.
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK