ANA SƏHİFƏ / YAZARLAR

Sonuncu alman

Rəşid Behbudovun mahnılarını əzbər bilən Kileinin Göygöldəki evi muzey olacaq

26885    |   2013-12-28 00:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tam adı Hans-Hubert olan Berti Foqts son illər Azərbaycan mətbuatında bəlkə də ən çox hallanan almandı. Yəqin ki, qarşıdakı iki ildə də belə olacaq. Axı AFFA milli futbol komandasını alman Foqtsdan başqa kimsəyə etibar etmir.
Amma mən sizə başqa bir alman - Viktor Kilein haqqında danışmaq istəyirəm. Mərhum Viktor populyarlıq baxımından həmvətəni Foqtsdan geri qalsa da onun barəsində yazmağa dəyər.
Viktor Kileinin bir zamanlar yaşadığı evi Göygöldə tanımayan yoxdu. Sakinlər bu evi rayona gələn yerli və əcnəbi turistlərə də həvəslə göstərirlər. Göygöl rayonunda olarkən mən də bu məşhur evi görmək şansı qazandım. Göygölə səfərdə məqsəd Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn media-turda iştirak etmək idi. Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramını həyata keçirir. Maraqla qarşılanan bu Proqrama uyğun olaraq Göygöl rayonu 2013-cü il üçün "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilib.
Bu barədə bir qədər sonra...

Viktordan qalma ev

Şəhərin mərkəzində yerləşən bu evdən və onun alman sahibi haqqında yazmazdan öncə Göygöl rayonunun tarixinə qısa ekskurs etmək lazım gələcək. 1819-cu ildə Vürtemberq krallığından Qafqaza köç etməyə başlayan alman ailələri Xanlıqlar kəndi ətrafında məskunlaşırlar. Çox keçmir ki, alman icması buralarda 600-a yaxın evdən ibarət 6 küçə salır və bu yaşayış məntəqəsinə Helenendorf adı verirlər. Sovet hakimiyyəti qurulduqdan sonra isə rayonun adı əvvəlcə Nəriman Nərimanovun şərəfinə Nərimanov adlandırılır. Sonralar, daha dəqiqi, 1938-ci ildə digər bir inqilabçı- Xanlar Səfərəliyev yada düşür və yaşayış məntəqəsinə Xanların adı verilir. Alman icmasına Xanlar rayonunda çox yaşamaq qismət olmur. İkinci Cahan Savaşı başladığından Stalin bu ailələri Qazaxıstana deportasiya etmək barədə göstəriş verir. Həmin vaxt Viktorun cəmi 6 yaşı varmış. Ömrünün sonuna kimi doğulduğu şəhərə sadiq qalan Viktor Kilein 2007-ci il martın 29-da bu evdə dünyasını dəyişir və Göygöldəki alman qəbiristanlığında dəfn edilir. 72 yaşlı sonuncu alman şəhərdə bu gün yalnız xoş sözlərlə yad olunur. Uzun illər rayonunun memarı vəzifəsində çalışmış Fikrət İsmayılov onu belə xatırlayır: "Alman əsilli Viktorun Azərbaycan xalqına, onun qədim mədəniyyətinə böyük hörməti var idi. Böyük Nizami Gəncəvinin poemalarından əzbər deyirdi, dünya şöhrətli sənətkarımız Rəşid Behbudovun repertuarındakı mahnıları ifa etməkdən yorulmurdu".
Sonuncu almanın 5 otaqlı evi ötən ildən Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib. Mənzildə təmir işləri aparıldıqdan sonra Viktorun evində muzey yaradılması planlaşdırılır.
XIX əsrdə yerli almanların tikdiyi lüteran kilsəsi isə artıq muzey kimi fəaliyyət göstərir. Almanların deportasiyasından sonra kilsədən idman zalı kimi istifadə olunub. Göygöl Rayon Tarix Diyarşünaslıq Muzeyi 2004-cü ildən məhz bu binaya köçüb. Rayona gələn alman turistlər lüteran kilsəsini ziyarət edirlər.
Göygöl şəhərində almanların inşa etdikləri evlərdə rayon icra hakimiyyəti təmir-bərpa işləri aparıb. Bərpa olunan evlərdəki səliqə-sahman, küçələrdəki abadlıq və təmizlik göz oxşayır.

"Sənətkarlıq Paytaxtı"

Əvvəllər Helenendrof, Nərimanov, Xanlar və 2008-ci ildən isə Göygöl adlandırılan rayon Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən bu ilin əvvəlində "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunmuşdu. Bununla bağlı ilboyu rayonda müxtəlif tədbirlər həyata keçirilib. Tədbirlərə rayon mədəniyyət mərkəzində təşkil olunan mərasimlə yekun vuruldu. Mərasimə gələnlər foyedəki sərgi ilə yaxından tanış oldular. Yerli sənətkarlar öz əl işlərini bu sərgidə nümayiş etdirdilər. Rayondakı bədii-özfəaliyyət kollektivlərinin hazırladığı konsert də maraqla qarşılandı.
Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ilin "Sənətkarlıq Paytaxtı" Göygöl rayonuna təşkil etdiyi media-turun iştirakçısı olan jurnalistlər icra başçısı ilə də görüşdülər. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov görülən işlər barədə danışdı, gələcək planlarını mətbuat nümayəndələri ilə bölüşdü: "Son illər ölkəmiz dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına qoşulub. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olub. Bütün sahələrdə qazanılan nailiyyətlər göz önündədir. İnkişaf və tərəqqi bölgələrdən də yan keçməyib. Göygöl rayonu da 2013-cü ili uğurla yola salır. Rayonda geniş quruculuq-abadlıq işləri aparılıb, Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı Meydanı, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi inşa edilib, rahat yollar salınıb. Kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı artıb, yeni iş yerləri yaradılıb. Rayon rəhbərliyi, Göygöl əhalisi görülən işlərlə kifayətlənmir, qarşıdakı illərdə növbəti nailiyyətlər qazanmaq əzmindədi.
Azərbaycanı gələcəkdə daha böyük uğurlar gözləyir. Yeganə problemimiz torpaqlarımızın erməni işğalı altında qalmasıdır. Hər birimiz məsələnin Azərbaycanın xeyrinə həll olunması üçün səy göstərməli, bu işdə dövlətimizin qəti mövqeyini dəstəkləməliyik".
Arif Seyidov Göygölün bu il "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilməsini rayonun həyatında mühüm hadisə olduğunu qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı bu etimada görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirdi: "Bu nominasiyanın rayonumuza etibar edilməsi Göygöldə sənətkarlığın, bədii özfəaliyyət kollektivlərinin inkişafına şərait yaratdı. Nazirliyin yaxından dəstəyi ilə rayonda silsilə tədbirlər keçirildi. Geniş imkanlara malik turizm infrastrukturun daha da genişlənməsi üçün də yaxşı fürsət qazandıq".
Mədəniyyət və turizm nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək "2010-2014-cü illər üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları" Proqramı barədə məlumat verdi. Nazirlik rəsmisi bildirdi ki, Proqramın həyata keçirilməsində məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin təbliğinə və təşviqinə nail olmaqdır. Fikrət Babayev "Azərbaycanın Sənətkarlıq Paytaxtı" nominasiyası üzrə Göygöldə keçirilən tədbirlərin səviyyəsindən razılığını ifadə etdi. Bu işə göstərdiyi diqqət və qayğıya görə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, mədəniyyət işçilərinə, ictimaiyyət nümayəndələrinə təşəkkürünü çatdırdı.
Media-turun iştirakçıları Göygöl rayonunun görməli yerləri ilə tanış oldular, xatirə şəkli çəkdirdilər.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK