ANA SƏHİFƏ / YAZARLAR

ÖZÜM HAQQINDA NAĞIL

Qiyamət günü imkan versə doğum gününü keçirəcəm

87076    |   2012-12-20 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdandı özüm haqqında bir nağıl yazıram. Və çoxdandı özüm haqqında yazdığım bu nağılı üzə çıxarmağa cürətim çatmır. Çünki nağılda baş verənlər nə "Məlikməmməd" nağılında olub, nə "Təndirə salınan Fatma"da, nə "Ağ atlı oğlan"da. Bizim dünya görüşümüz, daha doğrusu, bizim mayamız həmin nağıllardan doğulduğu üçün, ondan kənar nağıllar təsəvvür etmək və bu nağılları da yazıb kiməsə oxutmaq türklər demiş, çox zor bir işidi. Bax, bu səbədən də mən özüm haqqında yazdığım bu nağılı ortalığa çıxara bilmirdim. Amma çox götür-qoydan sonra bu addımı atmağa qərar verdim. Bu da səbəbsiz olmadı, səbəbi də axtarmağa ehtiyac qalmadı. Səbəb özü öz ayağı ilə gəldi qapımıza. Özü də təkcə mənim qapıma yox, bütün insanların qapısını döydü. İndi dünyanın ən ucqar guşəsində belə hamı o səbəblə əlbəyaxa olub, hamı ona münasibət bildirir, hamı onunla çəkişir və elə hamı da o səbəbin yaratdığı narahatçılığı yaşayır. Hiss edirəm ki, tələsirsiniz, səbirsiz olursunuz. Ona görə də səbrin adını deyirəm:

- 21 DEKABR!

Hə, bu səbəbdən də özüm haqqında olan nağılı bilgisayara diktə edirəm. Düşünürəm ki, dünya dağılsa da, yerin altı üstünə çevrilsə də, yaranan növbəti Kürə nə olur olsun, orda da ədalət axtaracaqlar, orda da "Ədalət" olacaq. Düzdür, orda nə bu nağılı diktə eləyən Əbülfət Mədətoğlu, nə onu bilgisayarda yazan Gülər xanım olmayacaq. Amma hansısa bir araşdırıcı mütləq elmi-texnikanın gücü ilə keçmişə baş vuracaq. Bax onda mənim nağılım üzə çıxacaq. Bax onda biləcəklər ki, bizim nağılların qəhrəmanı təkcə Məlikməmməd, Ağ atlı oğlan və yaxud göyçək Fatma olmayıb. Bizim nağılların həyatda yaşayan qəhrəmanları da olub. Bir az təvazökarlıqdan uzaq olsa da, elə mənim kimi qəhrəmanı...

Hə, bu nağılda biri vardı, biri yox idi deyilməyəcək. Bu nağıl belə başlayacaq... Allahın yaratdığı bir Yer kürəsi var idi... Allahın yaratdığı o Yer kürəsinin bir guşəsi Azərbaycan adlanırdı... Həmin o Yer kürəsinin bir guşəsi olan Azərbaycanın Qarabağ bölgəsi var idi... Həmin o Yer kürəsinin bir guşəsi olan Azərbaycanın Qarabağ adlı guşəsinin Tuğ adlı bir kəndi də var idi... Bu kənddə insanlar yaşayırdı... əkinlə-biçinlə məşğul olurdular, mal-davar saxlayırdılar, meşəyə odun yığmağa gedirdilər, çaya balıq tutmağa. Bu kənddə insanlar çox xoşbəxt yaşayırdı. Hamı bir-birini əlifba sırası ilə uşaqdan böyüyə tanıyırdı. Bir-birinin qapısını ərklə döyür, bir-birinin xeyrinə-şərinə yarayır, bir-birinin acı sözünə can, şirin sözünə qurban deyirdi. Bax, bu kənddə işi-gücü yer şumlamaq, əkin əkmək olan bir kişi də var idi. Həmin o yer şumlayıb, əkin əkən kişinin bir sağıcı xanımı da var idi. Elə mehriban yaşayırdılar ki, sanki dünyanın bütün xoşbəxtlikləri bu evdəki süfrədə, bu evdəki işıqda, bu evdəki münasibətlərdə, halallıqda, zəhmətdə öz əksini tapmışdı. Kənradan baxan olsa bu evi filmlərdəki ailələrə, evlərə bənzədərdi, inanmazdı bütün bunlara. Amma Tuğ kəndində belə bir ev var idi. O evdə doğuldum. Sonra qulağıma pıçıldadılar ki, il səninlə başladı. Uşaq olsam da sevindim. Düşündüm ki, mənimlə başlayan il heç bitib tükənməyəcək, ayı aydan, günü gündən uğurlu gələcək.

Uşaqlıqdı də. Mən də quzu otardım, mən də təndirdə yandırmaq üçün çırpı yığdım, mən də göy çəməndə quzu otaranda başım kitablara qarışdı və bir də gördüm ki, bağın çəpəri, örüşün, çəmənliyin, zəminin qaravulçusu əlində çomaq durub başımın üstündə. Gözlərimdən imdad oxudu, "bağışla" oxudu, etiraf oxudu. Qolu boşaldı, əsəbi soyudu, amma səsinin kobud yerinə salıb dedi:

- Get, kitablarını evdə oxu. Qoy o biri uşaqlar otarsın quzuları...

... Hə, quzu otara-otara, kitab oxuya-oxuya bir də gördüm ki, nə isə yazıram, nə isə pıçıldayıram. Əvvəl utandım üzə çıxarmağa, sonra müəlliməmə göstərdim. Oxudu. Bir vaxtlar daraq sındıran saçıma əlini çəkib təbəssümlə dedi:

- Yaz, çox yaz, çox oxu. Mütləq alınacaq!

Mən də yazdım, özü də lap çox yazdım. Bunu isə heç kim bilmədi. Təkcə o qızdan başqa. Çünki yazdıqlarımın hamısı ona aid idi, ona ünvanlanmışdı. Günlərin birində yazdıqlarımdan bəziləri qəzetlərdə çap olundu. Onlardan birinin sonu belə idi:

Bizi ömür boyu sınayır həyat

Əlinin altında saxla ehtiyat,

Sən ki, bu hallısan... həyatdı, bir vaxt

Ürəyim ehtiyat ürəyin olar...

Bundan sonra başladı bu pıçapıçlar... bundan sonra bizi yanaşı görəndə bizə qımışanların sayı artdı... bizi baxışları ilə bir-birinə nişan verənlərin sırası çoxaldı...hətta qaratikan kolları da görünməyə, göyərməyə başladı... söz gəzdirənlər, simsiz telefonlar işə düşdü və mən nağılın yuxulu dövrünü kəndimdə qoyub şəhərə üz tutdum...

***

Bu da şəhər... bu da onun izdihamlı küçələri...bu da onun parkı, bulvarı... bu da şəhərin bir-birinə laqeyd adamları. Elə bil sudan çıxarılmış balıq idi... elə bil ormandan səhraya qovulmuş bir Allah bəndəsi idi. Bu şəhər sıxırdı məni...Bu şəhər tapdalayırdı, əzirdi, təkcə qol-qabırğam yox, ürəyim də sızıldayırdı. Adamlar mənə elə baxırdılar ki, sanki meşəyə adam gəlmişdi. (Bu yerdə oxucu təbəssümlə, yəqin məşhur cizgi filmlərindən birini yadına salıb başını bulayacaq - Ə.M).

Hə, mənə bu cür baxan adamların əlinin-qolunun altından sivrilib çıxır, nəfəs almağa, özümü göstərməyə çalışırdım. Yuxulu uşaqlığın yeri göynəyirdi ürəyimdə. Qayıtmaq istəyirdim o uşaqlığa, o kəndə, amma qayıda bilmirdim. Verdiyim kişi sözü kəsirdi qarşımı. Dərinə gedəndə o sözü tək Allah qarşısında o qıza vermişdim, başqa heç kimə. Amma verdiyim sözün yükü, çəkisi o qədər ağır idi ki, mən onun altından çıxa bilməzdim. Bir də yəqin xatırlayırsınız, məşhur bir rəvayət var. Deyirlər ki, kəndə gəlmiş mirzə öz şagirdlərinə bir tapşırıq verir:

- Hərəniz bir toyuq kəsin. Amma elə edin ki, heç kim görməsin.

Səhəri gün hər kəs torbasında bir toyuq gətirir. Tək bir nəfərdən başqa. Mirzə soruşur:

- Oğul, sən niyə toyuq gətirmədin?

Uşaq cavab verir:

- Mirzə, toyuğu tutub evin, həyət-bacanın hər tərəfini gəzdim, hətta tövləyə də girdim ki, orada kəsim heç kim görməsin, mümkün olmadı. Çünki Allah görürdü...

Mənim bildiyimə görə, həmin uşaq Seyid Əzim Şirvani olub. Amma dəxli yoxdu. Hər kim olursa-olsun böyük insan olub...

Hə, yazdığım nağıldı deyə, mən də özümü böyüklərlə müqayisə etdim, bərabər tutdum. Üzrlü sayın, nağılda belə şeylər olur. O ki, qaldı sözə, mənim verdiym sözü bir Allah eşitmişdi, bir də özüm. Ona görə də nə o kəndə, nə də o qızın yanına əliboş qayıda bilməzdim. Arxasınca bu böyük şəhərə gəldiyim istəyi əldə etməmiş geri qayıdası deyildim. Hətta onda bir şeir də qaraladım. Tələbə qızlara yazmışdım. Bir-iki misrası yadımdadı.

ölüb bu şəhərdə qalasan gərək,

sinəmdə gözəllər cığır açsınlar...

Hə, yavaş-yavaş şəhər sorurdu şirəmi, hopdururdu məni özümə. Kənd-şəhər qarışıq bir bəndəyə çevirirdi məni. Amma pişik kürəyini yerə vermədiyi kimi, mən də bu şəhərə yıxılmırdım. Kürəyimi yerə gəlməyə qoymurdum. Köməyimə də verdiyim sözlə, yazdığım söz çatırdı. Və mən yazırdım:

bu tale...

çəkir hey bərkə məni

götürmür tərkə məni

əlsiz-ayaqsız canım

oyna "Tərəkəmə"ni

sümüyünə düşəcək...

Sümüyümə düşüb-düşməyən havaların içində mən öz havamı çoxdan müəyyənləşdirmişdim və bütün ruhumla nəfəsimə çevirdiyim həmin o öz havamı bir zarafatla şeirimə hopdurmuşdum. Yazmışdım:

o baxışın adını

kim tapıbdı de, mənə

o öpüşün dalınca

durub gəldim Yəmənə

ya sənə verə Allah

ay əizizim, ya mənə.

o təbəssüm cəlladım

o işvə, ox, təmənə

onları duymaq üçün

durub gəldim Yəmənə

ya sənə verə Allah

ay əzizim, ya mənə.

o söz dildə tumurcuq

bir "hə" denən, "hə" mənə

o "hə"nin şirinliyi

çatar bütün Yəmənə

ya sənə verə Allah

ay əzizim, ya mənə.

dil əmib, dodaq öpüb

hopdum gülə, çəmənə

səni alıb apardım

bir od qoydum Yəmənə

ya sənə verə Allah

ay əzizim, ya mənə.

***

Nağıl dili yüyrək olur. Ona görə məcburam bir az qısa danışım, qısa yazım. Doğrudur, qısa söylədiklərimin içərisində bütöv aylar, illər əriyib gedəcək.

Amma neyləyək, sizi də nəzərə almalıyam, vaxtınızı da. Ona görə də qaynar gəncliyin üstünə su səpməli oluram. Çünki göydən "qrad" yağır, "mərmi" tökülür. Mənim yuxulu uşaqlığım, gözəl kəndim, cənnət evim yerlə-yeksan olur. Sanki divlər, əjdahalar qaranlıq dünyadan bu işığa doğru hücuma keçiblər. Qarşılarına çıxan nə varsa, hamısını uçurub dağıdır, yandırıb yaxırlar. İlahi, necə də dəhşətlidi, necə də vahiməlidi. İnanmaq mümkün deyil. Bütün bu baş verənlər qorxulu və fantastik filmlərdə seyr etdiklərimizin ən dəhşətli səhnələri, ən dəhşətli məqamlarıdı. Mənim nağılımın qəhrəmanları sırasına indi düşmənlər, qorxulu adamlar daxil olur. İndi bu ikiayaqlı yırtıcılar hər şeyi viran qoyurlar.

Elə bil insanlığa, gözəlliyə, təbiətə qənim kəsiliblər. Niyə belədi? Bilmirəm. Harda doğub-törədi bunlar? Anlamıram. Doğrudanmı onları Allah yaradıb? Bəlkə onlar insan cildindəki şeytanlar, iblislərdi, yeddibaşlı əjdahalardı? Vallah, heç nə anlamıram. Bircə onu bilirəm ki, nağılın döyüş səhnələri başlayıb. Yanan evim, şəhid gedən çevrəm, axıdılan göz yaşları, tökülən qanlar, bir sözlə vəhşət... İndi mən ömür nağılının bu qaranlıq döngələrini, cığırlarını addımlayır, işığa doğru sürünürəm. Bilmirəm hara qədər gedəcək. Bilmirəm kim kimə güc gələcək. Bircə onu bilirəm ki, içimdə işıq var. O işıq məni irəliyə doğru itələyir, mənə təkan verir. Mən də dizlərimin, dirsəklərimin gücünə irəliləyirəm...

Hə, indi nə evim var, nə kəndim. Amma içim doludu dərdlə, kədərlə, hadisələrlə, xatirələrlə, göz yaşıyla, hərsətlə... içim doludu inamla, ümidlə, dost sevgisiylə... içim doludu yazmaq istədiklərimlə... içim doludu elə indicə sizə pıçıldayacağım bir şeirdə demək istədiyim böyük mənalarla.

günüm söz oyununda

gecəm qələmlə keçdi.

əlim qaldı qoynumda

ömrüm ələmlə keçdi.

sevinc göyün dibində

kəndir tapmadım atım

nə pul yoxdu cibimdə

nə uçmağa qanadım.

yol ölçdüm xəyalımda

fikirlərim dolaşdı

əlimi hara atdım

əlim qəmə bulaşdı.

təsəllim gələcək gün

o da mən tək piyada

möcüzə gözləyirdim

qısır qalıbdı o da...

Hə, nağıla burda ara verməli oluram. Çünki qapı döyülür. Düşünməyin ki, niyə göydən üç alma düşmədi və niyə bu nağıl üç almasız başa çatır. Düşünməyin, sadəcə təxmin edin ki, qapını döyən hər kimdisə, o alma gətirəndən də, elə o almanın özündən də, hətta o nağılı deyənin özündən də doğma və əzizdi. Doğma və əzizləri qapı dalında gözlətməzlər.

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK