hacklink Adalet.az | ZEHTABİNİ ANDIQ Adalet.az | ZEHTABİNİ ANDIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ZEHTABİNİ ANDIQ

26904    |   2013-10-05 09:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Millətin azadlığı birlikdədir,
Bəndəliyi, zilləti təklikdədir.
Zillət, ölüm, bil bunu, mən-məndədir
Kim desə "mən", "biz" deyənə bəndədir".

Prof. dr. Məhəmməd Taqi Zehtabi

2013-cü il Güney Azərbaycan:::da Zehtabi İli elan edilib. Yaxşı, kimdir bu Zehtabiə Şəbüstərdə dünyaya gəlib. İbtidai məktəbi kənddə oxusa da təhsilini maddi imkansızlıqlar səbəbiylə davam etdirə bilməyib, Təbrizə köçüb. Orda həm işləyib, həm də özəl məktəblərdə ərəbcə, Katolik kilsəsində də fransızcanı öyrənib.
Pişəvəri və silahdaşları tərəfindən yaradılan Azərbaycan Milli Demokratik Cümhuriyyətinin 1946-cı ildə Təbrizdə açdığı universitetin ədəbiyyat fakültəsinə daxil olub. Ancaq bu cümhuriyyət Sovetlər Birliyi ilə İngiltərə-ABŞ üçlüyünün əlbirliyi ilə məhv edilib, on minlərlə Türk qətlə yetirilib, Türkcə kitablar meydanlarda yandırılıb, on minlərlə Türk dədə-baba yurdundan didərgin düşüb, əksəriyyəti də Qüzey Azərbaycana üz tutub. Zehtabi də 1948-ci ildə Araz çayını o yana adlayıb ki, yarımçıq qalan təhsilini davam etdirsin, xalqına, vətəninə layiq bir kadr olsun. Çayı keçib, ancaq sərhədçilər tərəfindən tutulub və saf niyyətini onlara inandıra bilmədiyindən Sibirə sürgün edilib. Üç il türmədə yatıb, üç il də Tacikistanın paytaxtı Duşənbədə məcburi şəkildə iqamət edib, burada da axşam məktəbinə gedərək orta təhsilini davam etdirib. Cəllad Stalinin o dünyalıq olmasından sonra Azərbaycana, Bakıya köçüb. Universitetə daxil olmaq istəsə də orta məktəb diplomunu yanıca gətirmədiyindən təkrarən orta məktəbi oxumalı olub və diplomu alan kimi də Azərbaycan Dövlət Universitetinə mərhum alimimiz, rektor Yusif Məmmədəliyevin əliylə 33 yaşında daxil olub. Məktəbi bitirəndən sonra Şərqşünaslıq fakültəsində 15 il ərəb dili və ədəbiyyatı sahəsində dərs deyib. 1971-ci ildə Bağdada köçüb, Türkmən gənclərini yetişdirib. 1979-cu ildə Şahın taxtının çevrilməsindən sonra doğma şəhərimiz Təbrizə köçüb, xalqını ziyalandırmaq yolundakı fəaliyyətlərini burada davam etdirib, lakin xalqının ziyalanmasından ürkən və özü kimi tələbələri yetişdirməsindən bərk qorxuya düşənlər onu 1998-ci ildə qətlə yetirib. İki cildlik "İran Türklərinin əski Tarixi", "Pərvanənin Sərgüzəşi", "Hüseyn Xan Bağban" kimi əsərlərin müəllifi olan Məhəmməd Taqi Zehtabinin qısa tərcümeyi-halı belədir.
Antony Smith millətçiliyi, "Millətçilik yalnızca bir inam sistemi deyil, lakin bir mədəniyyət şəkli, dinin növlərindən biri kimi də qəbul edilə bilər. Millətçiliyi müəyyən siyasi ideologiyalardan bir xəyli fərqləndirən, münasibətilə də onu saf siyasi ideolojilərin narahatçılıqları və əsasları haqda edilən tənqidlərə qarşı dözümlü edən də bu yönüdür.", tanınmış sosioloji alimimiz Ziya Göyalp isə, "Vətənsevərlik, millətçilik elə bir günəşdir ki, digər əqidələr ancaq onun işıqları ola bilər" deyib.
Mərhum elm, siyasət və ədəbiyyatşünas alimimiz Zehtabi də millətçiliyə bu prizmalardan baxıb. Onun millətçilik anlayışında milli kimlik, milli birlik və milli müstəqillik əsas şərtlərdir. O, ölənə kimi məzlum xalqının övladlarına öz milli kimliyini aşıladı, onlara Tanrı tərəfindən özənə-bəzənə yaradılan Türk millətinin şəxsiyyət sahibi insanları olduqlarını başa saldı, onlara ruh yüksəkliyi verdi. Güney Azərbaycanlı qardaş-bacılarımızın bu ili Zehtabi ili kimi elan etməsi həddən artıq qədirşinaslıq və vəfalılıq nümunəsidir.
İzmirdə təşkil olunan Zehtabini anım mərasimi üçün Hadi Sultan Qərayi adlı həmvətənimiz Amerikadan durub gəlmişdi. Ankara, əskişəhər, Bursa və digər şəhərlərdən İzmirə axışan Güneyli gənclərlə Zehtabi günündə tapışdıq. Onu andıq, fikirlərini bölüşdük, belə bir şəxsiyyətimiz olduğuna görə öyündük. O, yenilməz bir Türk oğlu idi.
Türkiyənin banisi Atatürk, "Türk yenildi desələr inanmayın, məğlub olan komandandır" deyib. Səksən yaşına yaxınlaşarkən belə onun varlığı bir imperiyanın kürkünə birə daraşdırmağa kifayət edirdi.
Ona görə onun cismani bədənini aradan götürdülər, ancaq Zehtabinin yandırdığı məşəl hər ötən gün gurlaşaraq yanır və yanmağa da davam edəcəkdi. Onun əkdiyi toxum artıq öz bəhrəsini verib. Bunu da 2013-cü ilin Zehtabi ili kimi elan edilməsi hadisəsi sübut edir.
Bu yolda yorulanlara, əmək verənlərə səmimi qəlbdən təşəkkürlərimi bildirirəm.

Seyfəddin Altaylı,
Ankara,altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK