warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | "MƏN HEÇ DÜNYAYA GƏLMƏMİŞƏM..." Adalet.az | "MƏN HEÇ DÜNYAYA GƏLMƏMİŞƏM..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"MƏN HEÇ DÜNYAYA GƏLMƏMİŞƏM..."

20088    |   2013-09-14 00:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən başqasını heç dinləmək istəmirəm. Həmin adam nə qədər maraqlı, qulaq oxşayan sözlər işlətsə belə... Bəzən də ən bəsit söhbətlərə həvəslə, özümün də inana bilmədiyim bir səbirlə qulaq asıram. Elə bil beynimdə və qəlbimdə heç nə yoxdu, içim bomboşdu, indiyədək bu gen dünyada bir şeylər nə görmüş, nə də eşitmişəm. İndi dinlədiyim sözlərsə dünyanın ən zəngin, ən bitkin kəlamlarıdı...
Anladığım qədər özüm də maraqlı müsahib deyiləm. Hiss edirəm ki, çoxlarına maraqlı görünə biləcək söhbətləri belə çox sönük, qatmaqarışıq danışıram. (Amma bir nəfər mənim qatmaqarışıq söhbətlərimi sevərmiş... Hətta bundan ötrü darıxarmış da...) Təsəvvür edin, indi mən həmsöhbətimə hamının bildiyi bir rəvayəti danışıram. Bilmirəm, mən yaxşı danışıram, yoxsa, o, hədsiz səbirli və mədənidi, hər halda, diqqətlə qulaq asır, hələ ki, çöhrəsində darıxmaq, bezmək nişanələri görünmür. Söhbətin sonunda biləcəyəm: sən demə, qarşımdakı bu rəvayəti eşidibmiş, ancaq sona qədər yox... Elə rəvayətin sonu da onu bildiyi şeyi dinləmək əzabından xilas edib...
Məni də xəcalət çəkməkdən...
İndi də növbə sənindi, əziz oxucum. Mənim bəlağətli nitqimdən məmnunluq zövqünü sənə buraxıram...

***
- Səyyah gəzdiyi ölkələrdən birində qəbiristanlığa gedir. Görür ki, buradakı başdaşılarında mərhumun doğum və ölüm tarixi deyil, yaşadığı illərin cəmi göstərilib. Həm də nə qədər: beş il, yeddi il, on il... Bələdçidən soruşur: "Sizdə adamlar niyə bu qədər az yaşayırlar?!" Bələdçi izah edir ki, biz ölənlərin başdaşına onların ömründən ancaq xoşbəxt illəri yazırıq...
Səyyah dərin fikrə gedir... Sonra sinə dolusu ah çəkib deyir: "Əgər sizin ölkənizdə ölsəm, mənim başdaşıma yazarsınız ki, o, heç dünyaya gəlməyib..."
Həmsöhbətim də elə səyyahın sonda dediyini bilmirmiş. İndi o da elə səyyah qədər duyğulandı. Təsirlənməsi mənə də keçdi. Elə bil, indiyədək bilmədiyim bir şeyi ilk dəfə başqasından eşidirdim... Doğrudan da, o səyyah nə gözəl söz deyib... Gözəl yox ey, çox ağır, əzab dolu bir cümlə işlədib.
Bəlkə... nəsə yazım?!.
Yaz!!!...

***
O gündən başladım ömrümdəki xoşbəxt anları hesablamağa. Əvvəl-əvvəl ayıra bilmədim. Yaşadıqlarım zamanına, məkanına görə gözümdə dəyişmişdi illər ötdükcə. Olmuşdu ki, içində yaşayanda xoşbəxt sandığım anlar sonralar əzab gətirmişdi, xəcalət vermişdi mənə. Və əksinə, bir zamanlar qurtulmaq, qaçmaq istədiyim olaylar ömrümün ən bəxtəvər çağlarıymış, sən demə...
Hər şeyin dəyişdiyinə inanardım, xoşbəxtlik duyğusunun yox...
Həyatımın xoşbəxt sandığım anlarını hesabladım. O qədər yoxsul, həm də qüssəli bir nəticə alındı ki... Aylar, illər nədi, heç günləri doldurmadı arxada qalan, bəzən özümü aldadaraq xatırlamaqla təsəlli tapdığım xoşbəxt anlarım...
Olsa-olsa, saniyələr, dəqiqələr...
Əcəb ömürmüş...
Ancaq... hər şeyə öyrəşmək də mümkünmüş...
Çarəsiz insanın başqa təsəllisi yox ki...
Heç mən də üzülməyəcəm. Bu da mənim ömrümdü. Mənim də xoşbəxtliyim bu biçimdə, bu ölçüdədi... Mənim olan hər şey qiymətlidi, şirindi.
Kədərim, yaralarım da... Ağrı-acılarım da...

***
Kim deyir ki, insan dünyaya xoşbəxt olmaqçün gəlir?! Hamının bütün istəkləri çin olsaydı, maraqsız, cansıxıcı olmazdımı dünyamız?! Nakam duyğular, yarımçıq qalan ömürlər, faciəli talelər olmasaydı böyük sənət şedevrləri də yaranmazdı əlbət. Bəşərin qulağı nə Hamletin filosofanə sayıqlamalarını, nə də Kefli İsgəndərin sərxoş qəhqəhələrini eşidərdi...
Rahat, təminatlı ömürlər, bəxtəvərlik yağan sifətlər heç kəsçün maraqlı deyil.
İnsan oğlu təbiət etibarilə macərapərəstdi. Qeyri-adilik, fərqlilik, bənzərsizlik sorağındadı hər zaman.
Dəyişmək, təzələnmək istəyi qanındadı insanın...
Doğulur, yaşayır, çarpışır... Bəlkə də nəyə can atdığını dəqiqləşdirə bilmədiyinə görə özünü səadət axtarıcısı sanır. Yenə də yanılır, aldadır özünü. Axtardığı, aradığı xoşbəxtlik deyil adamın... Xoşbəxtlik istəsəydi, onu tapanda belə tez ruhdan düşməzdi. Ya da gözündən düşməzdi qazandıqları. İnsanın içində elə bir ehtiras yaşayır ki, bu ehtiras onu içəridən o qədər böyüdür ki, bir elə, mahala, məmləkətə sığmır sonunda. Durduğu məkan çox dar görünür ona. Dünyanı gəzmək, lazım gəlsə, kürreyi-ərzi öz istəklərinə tabe eləmək keçir könlündən. Dünyanın düzəni razı salmır onu...
Hamının da alnına fatehlik missiyası yazılmır...
Yazılanlar da sona varmır. Gözləri açıq köçür bu dünyadan...
Nə qədərinin də içində Don Kixot doğulub-ölür...

***
Yox, insan xoşbəxtlikdən qat-qat sanballı, qiymətli şeylər axtarır bu dünyada. Bəlkə də elə onu axtarmaqçün göndərilir Yer üzünə. Ancaq adını qoya bilmir. Yaxşı ki, qoya bilmir. Elə şeylər var ki, adsız daha möhtəşəmdi. Və hər kəs öz gördüyü, bildiyi kimi adlandırır o möhtəşəm olanı.
Axtardığını tapa bilsəydi, cansız, sönük bir varlıq kimi dolaşardı Yer üzünü...
Mən də əl çəkdim ömrümün xoş keçən (?) günlərini hesablamaqdan. Fərqli bir iş görəcəyəm bu dəfə. Kədərli, həyəcanlı, çırpıntılı günlərimi bir yerə cəmləyəcəm. Bitmək bilməyən gündüzlərimin, açılmaq bilməyən sabahlarımın, ürək döyüntüsüynən keçirdiyim saatların hesabını aparacam...
Apardım da... Nə görsəm yaxşıdı?!.
Təqvim illəriynən hesablanan ömrümdən qat-qat uzun bir ömür yaşamışam mən...
O qədər uzun bir ömür ki, heç bir bəxtəvərin buna ömrü çatmaz...
Yəqin mənim də başdaşıma elə beləcə də yazacaqlar:
"Dünyanın ən uzun ömürlüsü..."

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK