Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SUSUZ DƏNİZ Adalet.az | SUSUZ DƏNİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SUSUZ DƏNİZ

22044    |   2012-11-30 23:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sən demə, su olmayan yerdə də boğulmaq olurmuş. Nəfəs almaqçün təkcə oksigen bəs eləmirmiş adama... Mən bilmirdim. Eh... mən nə bilirdim ki... Az-maz oxuyub öyrəndiklərim də işə yaramadı...

Mənmi dəyişdim, zamanmı dəyişdi?! Alışdığımız qayda-qanunlar, mizan-tərəzilərmi itirdi ilkinliyini, təbiiliyini?!. Zamanın axarı, dünyanın gərdişimi pozuldu?! Bilmirəm. Amma bildiyim tək bir şey var ki, ona da alışa bilmirəm...

Heç nə bilmədən, duyub-anlamadan yaşamaq nə xoş bir şeymiş... Hərdən içinin boşalması da, beyninin kütləşməsi də, bədəninin keyləşməsi də adama ləzzət verir. Yəqin bu da lazımdı. Düşünməkdən şişib partlamaq istəyən başına, gərginlikdən tarıma çəkilən bədəninə rahatlıq gətirməkçün gərəkdi...

Bəlkə hər şeydən bezib laqeydləşməkdi bunun adı?!.

Başımda o qədər cavabını axtaran suallar var ki... Bilmədiklərim çarmıxa çəkir ruhumu. Bildiklərim ondan da çox ağrıdır canımı. Bu boyda Kainatda sabun köpüyü, dəryaların qoynunda saman çöpü (heç olmasa, bir boğulana kömək olaydım, barı) kimi duyuram özümü...

***

Bir zamanlar dərdləşmək istəyirdim kiminləsə. Qarşımda ağıllı, canıyanan, qərəzsiz birisini görmək idi ən böyük istəyim. Baş açmadığım, təkbaşına qərar verə bilmədiyim o qədər müşküllər vardı ki, həyatımda. Boğula-boğula qalmışdım. Kimsə məni anlayar, yol göstərər deyə ümidlənirdim... Görmədim... Görə bilmədim beləsini... Bütün yanaşmalar məqsədli, təmənnalı oldu. «Bax, mən gəldim! İnsanam! Səni duyacaq, anlayacaq, innən belə dərd çəkməyə qoymayacaq bir insan! Darıxma, mən varkən kimsə səni incidə bilməz!» deyə özünü təqdim edən tapılmadı... Hamı bir-birinə oxşadı, bir-birindən gözəl danışdı... Sözünün arxasında duran gəlmədi...

Daha axtarmıram... Gözləmirəm... «Ümid», «İnam!» deyilən sözlər çoxdan dəyərini itirib məndən ötrü. Öldürmüşəm içimdə...

Elə boğmuşam ki, çətin bir də baş qaldıralar...

***

Hər kəs dərdlərini asanlıqla yükləyə bilir mənə. Həm də elə adi, bəsit şeyləri dərd eləyirlər özlərinə, bilmirəm, onları qınayım, yoxsa, qibtə eləyim. Milçəkdən fil düzəldirlər, əhəmiyyət verilməsi kərəkməyən xırdalıqları problemə çevirib bəxtlərindən gileylənirlər. Yəqin ya dərdləri yoxdu, ya da səbirləri, deyə düşünürəm...

O gün, Allah bilir, neçənci dəfə televizorda «Topal Teymur» tamaşasına baxırdım. Məğlubiyyətdən beli bükülmüş İldırım Bəyazidin kədərli çöhrəsi yuxuda da rahatlıq vermirdi mənə. İçdən gələn yanğıynan dediyi sözlər dünyalarımı qaranlığa boğmuşdu: «Çal, bəxtəvər çoban, çal! Nə Sivas kimi şəhərin əldən getmiş, nə də Ərtoğrul kimi oğlun...»

***

...Başımın üstündə biri dayanıb. Susur... Yazılarımı oxuyana bərk hirslənirəm, əlyazmalarımı heç kəsə oxumuram. Ancaq bu adama qızmıram indi. Xasiyyətinə bələdəm. Bilirəm, heç nə deməyəcək. Ya mənalı-mənalı üzümə baxıb başını bulayacaq, ya da... Elə indi də ikincini eləyir. Dinməzcə əlini uzadıb qələmimi alır, dəftəri özünə tərəf çevirib həmişə qibtə elədiyim səliqəli xəttiynən yazır:

Xəyalla qardaştək

əkiz yaşaram

Ümmanlar içində

olsam da, yalqız.

Gecələr həsrətlə

yuxulasam da,

Səhərlər ümidlə

dururam yalnız...

Qələmimi qaytarıb otaqdan çıxır. Şeirin nə adını, nə müəllifıni yazmır...

Mən bu şeiri çoxdan bilirəm. Lap çoxdan. Orta məktəbdə şəkil albomumun birinci səhifəsinə də yazmışdım. Elə özüm də şeirin adını, müəllifini unutmuşam. Amma çox dadıma çatıb bu bir bənd şeir. İnandırıb, ruhlandırıb zaman-zaman. İndi gücü çatmır içimdəki ağrıları azaltmağa. Seyrəldə bilmir qəlbimdəki qatı dumanları. Şeir gücünü itirməyib, yox. Mən bərkimişəm, daşa dönmüşəm. Daha hər oxuduğu cümləyə inanan, hər misradan xəyallar quran on dörd-on beş yaşlı qız deyiləm... Amma qibtə eləməliydi o qız. Saçını oxşayan küləklərin təmasından, gül ləçəyinə qonan bir damla şehdən, ürək titrədən bir baxışdan xoşbəxt ola bilirdi. Heyrətlənirdi, sevinirdi, qorxurdu, ürəyi istəyəndə ağlaya-gülə bilirdi. Sabahlarının bu günündən də gözəl olacağına inanırdı...

Bilmirəm, indi o qızı necə geri qaytarım... Necə ovundurum, necə inandırım, necə təsəlli verim...

***

Yaxanı kədərə tanıtdırmaq da heç yaxşı iş deyilmiş. Addımbaşı tapacaq səni. Fırlanacaq dördbir yanında, fürsət bulan kimi çökəcək sinənə. Sən də öyrəşəcəksən ona. Sonra da... özündən uzaqlaşdırmaqda çətinlik çəkəcəksən. Uzaqlaşdırmaq nədi, gəlməyəndə darıxacaqsan, axtarıb tapacaqsan onu...

Kədər ikinci xasiyyətinə çevriləcək sənin...

Bir qadın tanıyırdım. Çox az-az adamın alnına yazılan faciə yaşamışdı. Amma sınmamışdı. Bəlkə də içindən sınmışdı, amma üzə çıxarmırdı. Hər halda, mənə belə gəlirdi. Deyirlər, insanın taleyi də xarakterinə uyğun olur. Bu sözlər sanki onun boyuna biçilmişdi. Ağladığını, sızladığını görən olmamışdı... Bir dəfə... dərd ürəyini deşəndə əlimdən tutub gözlərimin içinə baxdı: «Lap uzaqlara getmək istəyirəm. Əldən-ayaqdan uzaq, ucu-bucağı bilinməyən bir səhraya. Heç kəs məni görməsin, səsimi eşitməsin. Orada bərkdən hönkürüb ağlamaq istəyirəm. Ağlamaq yox ey, dəvə kimi bozlamaq, yalquzaq kimi ulamaq istəyirəm...» .

O qadın indi haradasa, uzaqlardadı. Görəsən, istədiyi yeri tapa bildimi? Doyunca ağlayıb-bozlayıb ürəyini soyutdumu?!

İnanmıram...

Ağlamaqla ürək boşalsaydı, Yer üzündə bir nəfər də dərdli qadın tapılmazdı...

Bir də... deyirlər, «səhra» sözü ərəbcə «susuz dəniz» deməkdi...

Yaxşı sözdür... Susuz dəniz...

Otur, başını əllərinin arasına alıb düşün. Düşünə bildikcə düşün...

Ta ki, boğulanacan...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK