hacklink Adalet.az | ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE - 2 Adalet.az | ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE - 2 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE - 2

59498    |   2013-06-15 00:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazılarımda dəfələrlə vurğuladım; müsəlman aləmi və onun bir parçası olan Türk dünyası 13 əsrdən üzü bəri nə elmi sahədə, nə də texnolojidə dünya miqyasında bir ixtiraya imza atmayıb. Bunun iki səbəbi var. Birincisi Monqol işğallarında kitabxanaların məhv edilməsi, ziyalıların kütləvi şəkildə qətlə yetirilməsi, ikincisi də daha sonrakı illərdə mədrəsələrdəki tədrisatın dəyişilməsi, dəqiq elmlərin tədrisatdan götürülərək teokratiyanın hakim olmasıdır. əvvəllər mədrəsədə teokratiya ilə yanaşı dəqiq elmlər də tədris edilirdi. Sonralar teokratiyaya önəm verilməsi nəticəsində elmi ixtiralara qol çəkəcək alimlərin əvəzinə hafizlər, din xadimləri yetişdirilib. Dəqiq elmlərdən uzaqlaşmaq da xurafatın hakim olmasına aparıb çıxarıb. Məsələn, müsəlman dünyası 15-ci əsrdən sonra bir Edisson, bir Louis Pasteur yetişdirə bilibə Qərblilər 15 əsrdə Martin Luther kimi şəxsləri yetirib onların açdığı yolda yeriyərək dəqiq elmlərdə işıq sürətiylə irəliləyərkən bizdə nələr olurdu bəsə.. Bəli, müsəlman və Türk dünyasının lideri olan Osmanlı İmperiyası o vaxt can üstə idi!..
İbni Batuta 14 əsrdəki səyahətnaməsində Anadoludan keçib Asiyaya, Türk yurdlarına getdiyini yazır. O, Anadoluda bir yerdən digər yerə gedərkən təkyə əhlinin özünü qarşıladığını, qonaq etdiyini və ordan ayrıldığında da təkyə mənsublarının onu digər təkyənin adamlarına təhvil verdiyini yazır. Onun əsərinə baxdıqda aydın görünür ki, işarə etdiyimiz kimi təkyələrdə o vaxt dəqiq elmlər yerinə əzbərçilik hakim olub.
Pıerre Nora "Yaddaş Məkanları" adlı əsərinin bir yerində haqlı olaraq, "Tarix elminin işğalçı və məhv edici yüksəlişi səbəbiylə, yaddaşdan uzaqlaşma vəhyedici təsir bağışlayıb. Qədim kimlikdən uzaqlaşılıb, yaşadığımız tarix ilə də yaddaş tənliyi axıra çatıb" deyir. əgər köklə bağlı tarixdən uzaqlaşılarsa, təbii olaraq çatılacaq mənzil də məhv olmaq olacaqdır, ayrı şey ola bilməz.
əgər biz bu günü yaxşı başa düşmək istəyiriksə dünəni unutmamalıyıq. O da tariximizi ən başından bəri yaxşı bilməklə və mənimsəməklə mümkündür. Mənə görə xüsusilə İstanbulu tutub Şərqi Roma İmperiyasını ləğv etməmizdən sonra bizdə bir az ətalət hissi yarandı. O vaxtlar qılınc çalan qollarımız güclü idi, qarşımızdakı Avropa, yəni xristian xalqları öz aralarında dini və məzhəbi toqquşmalarla, dərəbəylərin bir-birilərinə üstün gəlmək sövdası ilə məşğuldular, yəni hələlik ayılmamışdılar. Haçan ki, ayıldılar, Antony D. Smıthin dediyi kimi, Avropa xalqları "millətçiliyi, millətlə bağlı qayğıların mərkəzinə yerləşdirdi və onu möhkəmləndirməyə" başladı, o anda da bizim üçün hər şey qurtardı. Yəni, Osmanlı İmperiyasının tənəzzülə uğramasının özülü qoyuldu.
Yüz illər ərzində Türk mədəniyyətinin üstünlüyünü dərk edən avropalılar, bizi üstələmək üçün öz mədəniyyətlərini yüksəltməyin ən vacib məsələ olduğunu başa düşdülər və ona dövlət əliylə sahib çıxdılar. Bir sözlə, dövlətlərinin ən önəmli ümdəsi öz mədəniyyətlərini yüksəltmək oldu. Üstəlik o mədəniyyətlərini də Hind-Avropai özül üstündə bina etdilər. Avropada 17-ci əsrdə başlayan və otuz il davam edən hərblərin özülündə hər avropa xalqının öz milli dəyərlərinin üstün gəlməsi prinsipi yatırdı, hərçənd ki, o döyüşlər din və məzhəb uğrunda başlayıb davam etmişdi.
Xalqların yaddaşı onların tarixləriylə atbaşı addımlayır. Gılbert Ryle haqlı olaraq, "Yaddaş, şahmat taxtası, platforma, alimlərin stolu, hakimin kürsüsü, yük maşınını sürən sürücünün oturağı, studiyo və fudbol meydançasıdır" deyir. Yəni mədəniyyət müasir mənada hər sahədə bir millətin özünə məxsus dəyərləri bütün dünyaya qəbul etdirməkdir. Bunun indiki çağdakı nümunəsi gənclərimizin ad günlərində "happy birthday to you" mahnısını səsləndirib coca-cola içməsidir, toylarımızda bəylə gəlinin vağzalı əvəzinə qərb musiqisinin müşayiətində rəqs etməsidir, yəni, özünə özgələşməsidir.
Avropa 14-cü əsrdən sonra bütün fikrini-zikrini elmə və texnolojiyə, mədəniyyətini yüksəltməyə yönləndirmişdi. Sual verəcəksiniz ki, bəs biz o vaxtlar nə iş görürdük, nə dalınca gedirdikə Bayaq dediyim kimi o vaxtlar qolumuz güclü idi, qılıncımızın dalı da, qabağı da kəsirdi, dünyanı öz bostanımız gözündə görürdük və həmişə onun bəhrəsini yeyəcəyimizi, o bostanın pozulmadığını fikirləşib söyüd kölgəsində yatıb hafizliyə yönəlmişdik. Yeyib-içir Allaha, "düşmənlərimizi zəlil elə ey Ulu Tanrı" deyə dua edirdik. Söyüdlərin sərin kölgələrində, bulaq başlarında, küçələrin gözdən uzaq künclərində sevgililərimizlə oynaşır mahnılar qoşurduq:

Vardım kilisəyə baktım Haçına
Gönlümü bağladım sırma saçına
Gəl səni götürəm İslam içinə
Başımı sevdaya salan o Axçik
(Anadolu xalq mahnısından)

Bəs dünyanı öz caynağına keçirmək üçün gecəli-gündüzlü fikirləşən ingilis neyniyirdiə Gəmiləriylə tapdıqları hər ölkəni, hər coğrafiyanı müstəmləkələşdirməyə gedir və hər müstəmləkəçi qrupun içində hökmən xristian keşişlər də yer tuturdu. Xristian din adamları tacirlərin yanından heç vaxt əskik olmurdu. 17-ci əsrdən başlayan müstəmləkələşdirmə və xristianlaşdırma fəaliyyətlərində hərbçilərin yanında missioner təşkilatları, xristian müstəmləkəçilik nizamının ən böyük təbliğatçıları olmuşdular. Kenyanın qurucu dövlət rəhbəri Jomo Kenyattanın bu sözləri ibrətamizdir: "Qərblilər gələndə əllərində İncilləri, bizim əlimizdə torpaqlarımız vardı. Bizə gözlərimizi yumub dua etməsini öyrətdilər. Gözümüzü açdığımızda bizim əlimizdə İncil, onların əlində isə bizim torpaqlarımızı vardı". İndi dünyanın ən kasıb qitəsi Afrikadır və hər cürə pis xəstəlik, aclıq, yoxsulluq orda cıdıra qalxıb.
Lawrence məsələsinə gəldikdə isə gərək insafı itirməyəsən, nə olsun ki, o bizə tarix boyu unuda bilməyəcəyimiz zərbə vurub. Mənə görə o da, Rus-İngilis-Fransız-ABŞ dəstəyi ilə qoynumuzda bəslənib bizə dönük çıxan və dinc vətəndaşlarımızda soyqırım törədən ermənilər də, PKK da, ASALA da Tanrının bizə çəkdiyi şillədir. Ulu Yaradan bizə "Özünüzə qayıdın, Türk kimi olun" demək istəyir.
İngilislərin şəxsən təqdir etdiyim, alqışladığım bir yönü vardır. Onlar haranı öz caynaqlarına keçirməyi nəzərə alıbsa həmin bölgəyə görə kadr yetişdirirlər, bunu ənənə halına gətiriblər və onu elmi yolla həyata keçirirlər. Yetişdirdikləri kadrlar da, nəzərə aldıqları bölgənin dilini, tarixini, mədəniyyətini, dini inamını bütün detallarıyla öyrənir və o bölgənin insanlarından birinə çevrilir. İngilislər, Lawrence da o cür yetişdirdilər.
Thomas Edward Lawrence 16 avqust 1888-ci il tarixində İngiltərənin Qalya bölgəsində Caemarvonshire vilayətinin Tremadoc qəsəbəsində dünyaya gəlib. Atası ilə anası qeyri-qanuni yaşayıb. Anası, atası Sir Thomas Chapmanın aşnası Sara Maden idi ki, Chapmanın qızına dayəlik edirdi. Lawrenceın qeyriqanuni dünyaya gəlməsinin əlbəttə bizə dəxli yoxdur.
Lawrence, ibtidai və orta məktəb təhsilini Oxfordda Jesus Kollecində başa vurduqdan sonra Oxford universitetinə daxil olub, orda arxeologiya təhsili alıb. İngilis məxfi xəbəralma təşkilatı onun arxeoloji təhsil almasını və bu sahədə işləməsini məsləhət bilib.
O da 1901-ci ildən ərəb dünyası ilə maraqlanmağa başlayıb. 1911-ci ildə ərəb torpaqlarına Trablusda ayaq qoymasından Osmanlı İmperiyasının o torpaqlardan məğlub olub çəkilməsinə kimi olan xatirələrini üç cildlik "Bilikliyin Yeddi Sütunu" adlı əsərində cəmləyib. əslində kitabın adı da İncildən götürülüb (Ağıl bir ev tikdi və onun yeddi sütununu yaratdı). Laxrence, bir az da təvazökar hərəkət edərək, "Bu səhifələrdəki tarix, ərəb hərəkatı haqda yox, mənim barəmdədir. Günlük həyatın, adi hadisələrin, kiçik insanların sərgüzəştidir" deyir.
Lawrence, ərəbistanda nələr etmişdisə onları günü-gününə qeyd edib. əslində əsər başdan ayağa ərəbistan təbiətinin təsvirindən və çöl ərəbləri ilə olan əlaqələrdən ibarətdir. Bəzi yerlərdə tarixi hadisələri bütün çılpaqlağı ilə göz qabağına sərir. ərəbistan çöllərində nələri etdiyini isə bu cümlələrlə dilə gətirib:
"Hamı yuxu görür, ancaq eyni səviyyədə deyil. Gecə zehinlərinin tozlu hüceyrələrində yuxu görənlər, səhərləri onun boş bir xəyal olduğunu başa düşmək üçün oyanırlar. Ancaq gündüz çağı yuxu görənlər təhlükəli insanlardır, çünki onlar xəyallarını gerçəkləşdirmək üçün gözləri açıq oyun oynayırlar. Mən bunu həyata keçirdim. Yeni bir millət yaratmağı, itkin düşmüş bir təsiri bərpa etməyi, milli yaddaşlarında təsvir etdikləri xəyali sarayı tikmək üçün iyirmi milyon Samiyə maddi yardım verməyi fikirləşdim. Bu cür yüksək bir qayə onların şüurundakı təbii əsaləti oyandırdı və hadisələrin böyük əksəriyyətində rol götürmələrinə səbəb oldu. Ancaq zəfər çaldığımız zaman, Mesopotamiyadakı neftin İngilis şirkətləri tərəfindən istehsal edilməsi hüququnun əldə edilməsindən, Fransız müstəmləkə siyasətinin Şərqi Ağdəniz ölkələrində müflis olmasından mənim məsul olduğum irəli sürüldü. Bəli bu iddia düzdür".

Seyfəddin Altaylı,
Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK