ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Ədəbi mühitin haqsızlığı məni qorxutmur" - MÜSAHİBƏ

11899    |   2020-07-29 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həmsöhbətimiz şairə Aysel Fikrətdir.

-Balaca Yazarlar Birliyi”niz var. Bu barədə bizi məlumatlandırardınız.

-Balaca Yazarlar Birliyi təsadüfən yaranmayıb. Mən 1997-ci ildən İncəsənət Gimnaziyasında kinodramaturgiya fənnindən dərs deyirəm. Sizcə yazarlığı öyrətmək olar ? Əlbəttə yox . İstedadlı ,ürəyi sözlə dolu şagirdlərimə istiqamət vermək,ssenari yazılış qaydalarını öyrətmək çox gözəldir. Heç zaman müəllim olmaq istəməmişəm .Universitetdə oxuyanda Kinostudiyada işləmək arzum idi . İncəsənət Gimnaziyasında yeni açılan kinodramaturgiya fənni üzrə müəllimə oldum .İlk illər çox çətin idi .Yaradıcılığını bölüşürsən . Düşüncələrini paylaşırsan. Sənət müəllimim Kamal Aslanov mənə ssenari yazı qaydalarını necə öyrətmişdisə mən də onun metodu ilə dərs deməyə başladım . 24 illik müəllimlik stajım var . Asan deyil , indi artıq özgə peşədə özümü görmürəm.Yazarlar birliyim isə son dörd ildə yaranan balaca qrupdu .Son qrupum bu birliyin yaranmasını çox istəyirdi . Biz hətta studiya belə açdıq . Şagirdlər orda müəllif verilişləri çəkirlər . Ssenarini özləri yazırdı . Mən onlarla qürur duyuram. Bir gün şagirdlərimə ədəbiyyatı sevdirdiyimi fərq etdim . Onlar düşünə bilirdi , ən azından özlərini ,düşüncələrini ifadə etməyi bacarırdılar. Biz Balaca Yazarlar Birliyini böyük sevgiylə yaratdıq . Hekayə müsabiqələrində şagirdlərim uğur qazandı . Onlar Minskdə keçirilən beynəlxalq festivalda dünya məktəblilərinin qatıldığı 800 nəfərin içində ilk üç yeri tutanda daha çox sevinirdik. Balaca yazarlar birliyi daimi deyil . Bir qrupdu və o uşaqlar məktəbi bitirib gedəcək . Bəlkə də heç yazar olmayacaqlar .Yalnız bu dəqiqdir ki, onlar gözəl düşünməyi , ədəbi düşüncəyə malik olacaqlar .Onlar həmişə cəmiyyətdə seçiləcəklər . Aralarında yazar da ola bilər . Bu məni sevindirər, əlbəttə .Onlar eyni zamanda gözəl danışıq qabiliyyətinə də yiyələnirlər. Hansı ki, bizim cəmiyyətimizdə nadir rast gəlmək olur . Heç kimdən gizlin deyil ki, Azərbaycan filmlərini tanımayan ,klassik yazarlarımızı tanımayan bir gənclik yetişir . Biz şagirdlərə kitabı ,filmləri ,incəsənəti sevdiririk . Bunun nəyi pisdir. Ən mühimi isə mənim balaca yazarlar birliyimin öz aylıq qəzeti və jurnalı var . Balaca yazarlar birliyinin inkşafında mənə bir yazar dostum da çox kömək edib. Hətta bizim balaca yazarların kiçik hekayələrindən ibarət kitabçanın çıxmağında da böyük əməyi var .Şair Zaur Rəxşan . O da balaca yazarların rəsmi dostudur . Bizim vətənpərvər ilk hərbi jurnalistimiz Əntiqə Qonaq da mənim yazarlarımın rəsmi dostudur . Bundan basqa Yuneskonun Ədəbiyyat Və Jurnalistlər İttifaqından Bakı təmsilçiləri də bir necə dəfə açıq dərslərimizdə qonaq olub.Yüksək dəyərləndirilib . Bizim uğurlarımız sonsuzdur.Yeniliklərlə doludur .

-Uşaqları o yaşdan yazarlığa yönləndirmək. Bəlkə başqa sahədə uğurlu ola bilərlər. Siz özünüz ədəbi mühitin gerçəkliyini bilirsiniz. Uğur və qazanmaq baxımdan. Bir yandan da düşünürəm, onlara haqsızlıq olur. Bəlkə ayrı sahədə uğur qazansalar onlar üçün daha yaxşı olar.

-Mən onların başqa sahələrə getməyinin qarşısını almıram .Əlbəttə, getsinlər . Onların bu yaşda məşhur yazarların ustad dərsində iştirak etməsi ,Gürcüstan yazarlar birliyində, Azərbaycan Yazıçılar Birliyində qonaq olması məncə uzun müddət yaddaşlarında qalacaq . Bu kimi tədbirlər onların işıqlı və gözəl uşaqlıq dövrünün olmasına nümunədir .Şagirdlərim dərslərdə bəzi esseist ,yazar,şairlərlə görüşür . Bu görüşlərin birində istedadlı yazarımız Gunel Natiq belə bir fikir dedi ki, biz uşaq olanda belə bir dərsimiz olmayıb . Bu 24 ildə dərs proqramında o qədər irəliləmələr olub ki ,universitetdə praktikada olanda hətta ordakı müəllimin izahına mat qalırdılar .Çünki biz daha dərin keçirik bu fənni . Mən inanıram ki, şagirdlərin içindən ədəbiyyat üçün lazımlı olan bir neçə şəxsiyyət yetişəcək.Amma bunu onlara mütləq şəkildə aşılamıram. Ən azından o universitetdəki müəllimin səhvlərini etmirəm . Bundan çox əminəm .

-Atanız Fikrət Sadıq, qardaşınız Orxan Fikrətoğlu və siz Aysel Fikrət. Bu imzaların kölgəsində qalmaq qorxusu var və ya narahat etmir? Məsələn, atanız sizdən daha çox qəbul olunurdu. Qardaşınız da daha populyardı.

-Bu məni niyə narahat etsin ki, məgər mən onların davamı deyiləm .Əvvəla atam Fikrət Sadıq öz sözünü demiş şairdir .O indi də var . Orxanın və mənim adımda ,həmişə də yanımızdadı .Fikrət Sadıqın qızı olduğum üçün yalnız sevinirəm. Narahatlığım onun fiziki yoxluğudur.Yalnız məni təqdim etmədən ondan uzun uzadı danışırlar, sonra artıq mən o çıxışı ürəklə edə bilmirəm ,kövrəlirəm .Bircə bunu tərgitsəydilər .Atamı yaşadıram. Atamın yaradıcılıq yolunda kiçik və həmişə ayıq bir əsgər mövqeyindəyəm .Onun adına ,sözünə keşik çəkirəm .Siz buna kölgə deyirsiz ? Mən işıq deyirəm,nur deyirəm .Mən onun nurundayam, kölgəsində yox . Orxana gəldikdə , Orxan mənim üçün qardaşımdan əlavə dahi bir yazardır .Hərdən mənə elə gəlir ki, onun oxucusu olmaq bacısı olmaqla ayrı və fərqli iki yoldur.Yalnız ikisi də sevgidən keçir.

Mənim dayım da yazardır ,şairdir , jurnalistdir. Aqşin Babayev . Mən onun da haqqında keçmişdə danışmayacam .Yəni təkcə bu üç işıqlı insanın abu-havasında böyümək elə özü xoşbəxtlik və uğurdu .O ki, qaldı mənim yaradıcılığıma senzuram göz önündə .Ədəbiyyatda və mədəniyyətimizdə öz yolu olan üç böyük insan şeirlərimi ,esselərimi bəyənib .Bizim ailədə hər birimizin öz yolu, öz dili var.

Düzünü desəm geri çəkilmək barədə heç düşünməmişəm . Nə qədər ömrüm var, yazıb yaradacam və mənim yaradıcılığımla da zorum yox . Bu barədə azadam. İddiam yoxdu . Ədəbi mühitin haqsızlığı məni qorxutmur , çünki oxucu gözü var . Ümumiyyətlə,yaradıcılıq elə bir sevgi ərazisidir ki, orda sən tək və azadsan. Nəticədə yaranan əsər isə gözəl dillə yazılıbsa, daima xoşbəxtdir.

Adlar haqqında dediyini anladım .Olub ki, atama demək istədiklərin ,qardaşımdan çəkindiklərin. Dayıma cürət etmədiklərin mənə deməyə cəhd ediblər .Yalnız mən həmişə bu adlara layiq cavab ,səbir göstərə bilmişəm .Əlbəttə, asan deyil .

Atam mənə görə lazımı dəyərini almayan bir şairdir

-Statuslarınız oxuyuram, bəzən atanızın adına olan laqeydlikdən gileylənirsiniz. Məsələn, hansı jestlər edilmədirki, edilmir?

-Atam mənə görə lazımı dəyərini almayan bir şairdir .Yalnız bu mənim ürəyimdə qalan bir fikirdir.Yalnız o bunu dərd etməzdi ,son günə qədər sakit və müdrik yaşadı .O təmiz adını sevirdi .Yaşadığı uzun ömürdə onun bir düşüncəsi oldu, o da yazıb yaratmaq . Mənə elə gəlir ki, onun təvəzökar yaşayışı ,davranışı yaradıcılığı ilə bir-birini tamamlayırdı . Atam gileylənməzdi . Xalqının şairi ola bildi əsas odur . Haqqın şairi ola bildi, əsas odur .Onu gözəl xatırlayırlar ,təmənnasız sevirlər ,dillərdə şeirləri əzbərdir. Bundan böyük dəyər ola da bilməz . Jestlər deyəndə ki, o heç kimdən jest gözləmirdi . Amma son günləri zəng gözləyirdi ən yaxın dostlarından ,bəziləri artıq dünyada yox idi ,bəziləri isə başları qarışıq idi . Darıxırdı atam .Heç şikayət etməzdi .O həmişə yaşantılarlını bizə bəlli etməzdi . İndi düşünürəm ki, bəlkə də yaşamağa qorxarıq deyə .

-Hər şeyə gecikirsiniz? Yuxuya dalıb ömrə gecikmək, görüşə gecikmək. Bəlkə uğurun müəyyən anlamda sizdən qaçması gecikməklərinizə görədir.

-Kim deyir ki men uğura gec qalıram. Şeirlərdən ,esselərdən frazalardı bunlar , hamısı mən deyiləm . Hər yerə gecikmirəm ,vaxtında gəlirəm çox yerə .Yaradıcılıq uğuru siz nəyə deyirsiz . Mən ona cəhd etməmişəm .O meydana heç qarışmıram buna mənim vaxtım yoxdu .Sizin dediyiniz o uğur mənim dediyim uğurlara üst-üstə gəlməyə bilər . Ona görə də bu baxımdan qatıldığım heç bir işdən uğursuz dönməmişəm .Ona görə bilirəm ki, uğura gecikmək mənə aid deyil.Sadəcə öz yolum var bu da mənim uğurumdu .

-Elə bil dünyaya o heç gəlmədi,

Özgənin ömrünü yaşayan qadın. Kimin ömrünü yaşayırsınız?

-Mən öz ömrümü yaşayıram. Özgənin ömründə mənim iki gözəl,həm savadlı ,həm ağıllı, balam kimi bala yoxdu .Özgə ömrü yaddır.Özgənin ömrünü yaşamaq ölüm kimi bir şeydi .

Şeirdəki qadın bunu edir.Bu şeirə görə çox adam mənə yaxınlaşıb . Sanki mənə yazmısan deyib . Qadın xoşbəxt olmalıdır . Onun başqa yolu yoxdur. Hər qadın buna layqdir, Azərbaycan qadını buna ikiqat layiqdir. Dünyada ən dəhşətli bədbəxtlik kiminsə ömrünü , kiminsə sevgi payını yaşamaqdı.Mənim ömrümü yaşayan var deyəsən hardasa.Yalnız mən öz ömrümdəyəm. Hələ uzun müddət orda qalacam və bundan sonra daha xoşbəxt .

Söhbətləşdi: Emin Piri



İmza:

Qandaşımla müsahibə

"Heç vaxt atamın adına söykənmək istəməmişəm" - Mirhacib Məcid ilə müsahibə

Çap olunmayan müsahibə: MÖCÜZƏ SƏSLİ DİKTOR...

"Ədəbi mühitin haqsızlığı məni qorxutmur" - MÜSAHİBƏ

Şəhid generalın xanımı: Bəlkə də telefonu sönməsəydi...

Zəlimxan Məmmədli: “Qələbə hökmən bu millətin alnına yazılıb” - MÜSAHİBƏ

“Səhiyyə naziri nəinki dərman, heç yod da deyil ki, yarana sürtəsən...” – MÜSAHİBƏ

Hikmət Hacıyev: “Erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi”

Məhərrəm Əliyev: Düşmən bilməlidir ki, onun istənilən təxribatı ağır məğlubiyyəti və rüsvayçı iflası ilə nəticələnəcəkdir

İlqar Əlfioğlu: “Mən Ağdam barədə yazı yazmamışam və yazmıram…”

Aqil Abbas: "Azərbaycan torpağının işğalı ilə heç vaxt razılaşmayacaq" - MÜSAHİBƏ

"Qurandakı ayə də şairlərin xeyrinə işləmir" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK