ANA SƏHİFƏ / SAĞLAMLIQ

COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib

3823    |   2020-07-13 17:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.

COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi iyulun 13-də Azərbaycana gəlib. Kubalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo jurnalistlərə müsahibəsində Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişafını qeyd edib. O bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir.

Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək. O, həmçinin əlavə edib ki, Azərbaycana reallaşan bu səfər humanizmin göstəricisidir. Vurğulayıb ki, kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dəvəti ilə Kuba Respublikasının tibb işçilərindən ibarət böyük heyət Azərbaycanda pandemiyaya qarşı tədbirlərə cəlb olunublar. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq.

Qeyd edək ki, ümumilikdə, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir.




İmza:

Dələduz cərrahlar: Plastik əməliyyat, yoxsa... - VİDEO

ÜST koronavirusla bağlı istəyinə çatdı

Yaqut Qarayeva: COVİD-19-un mutasiyası barədə fikir söyləmək çox tezdir

Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü prosesdir

Yaqut Qarayeva: Karantin tədbirlərin sayəsində xəstəxanalarda aktiv xəstələrin sayı azalıb

Çinin Uhan şəhərindən olan həkimlər Azərbaycana gələcək

Hikmət Hacıyev: Dünyada vaksinlərin tapılması məsələsi diqqət mərkəzində saxlanılır

İtaliyalı mütəxəssislər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəlib

Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı, 6 nəfər öldü

Rusiyadan açıqlama: Vaksin üçün son 10 gün

Korona xəstələri bu vitaminləri qəbul etməlidir

Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz

SON XƏBƏRLƏR
2020-08-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aazyaşlı 3 uşaq küçədə söhbət edir.
Birinci uşaq:
— Bilirsiniz, atamla anam çoxlu pul verib məni leyləkdən alıblar.
İkinci uşaq:
— Mənim atamla anam çoxlu pul verib məni Şaxta Babadan alıblar.
Balaca Şakir :
— Mənim atamla anam kasıb olduğu üçün məni özləri düzəldiblər.

İndi biz kasıb və kiçik dövlət olduğumuz üçün gərək öz başımızın çarəsinə özümüz baxaq





digər lətifələr
ARXİV
FACEBOOK