ANA SƏHİFƏ / GÜNDƏM

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

11917    |   2020-07-02 17:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Polisi günü - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2019-2020-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.

Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Təntənəli mərasimdə çıxış edən nazir Vilayət Eyvazov Akademiyanın müəllim və müdavim heyətini əlamətdar gün münasibətilə təbrik edərək məzun gününün yaddaşlarda dərin iz qoyan unudulmaz hadisə, eyni zamanda, yeni həyatın başlanğıcı olduğunu, məzunları qarşıda daha məsul və şərəfli bir fəaliyyətin gözlədiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, dövlət müstəqilliyimizin bərpasından sonra ali təhsilli polis kadrlarına tələbat bütün ciddiliyi ilə gündəmə gəldiyindən Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Polis Akademiyası yaradılıb və ona birinci dərəcəli ali təhsil müəssisəsi statusu verilib. Akademiyanın sonrakı inkişafı Ulu Öndərin və möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlı olmaqla ötən illər ərzində onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənib, müasir infrastrukturu formalaşıb.

Daxili işlər orqanlarında peşəkarlığın artdığı ilə bağlı möhtərəm Prezidentin polisin 100 illik yubileyi münasibətilə təbrikində qeyd olunan fikirləri xatırladan general-polkovnik Vilayət Eyvazov Akademiyada müasir düşüncəsi, vətənpərvərliyi və digər mənəvi keyfiyyətləri ilə seçilən, yeni çağırışlara adekvat cavab verən, qarşıdakı hədəflərə çatmaq üçün müasir dünyagörüşünə malik Azərbaycan polisinin yeni nəslinin yetişdiyini professor-müallim heyətinin uğuru adlandırıb.

Nazir hazırkı internet əsrində, rəqəmsal dünyada yüksək bilik və bacarıq olmadan keçinməyin mümkünsüzlüyünü, bunun üçün Akademiyada kursantların intellektual səviyyəsinin yüksəldilməsindən ötrü hər cür şəraitin yaradıldığını, gələcəyin polislərinin xüsusi nəzəri bilik, fiziki və psixoloji hazırlığında pedaqoji kollektivin maksimum səy göstərdiyini, kursantlarda yüksək peşəkarlıq formalaşdırmaqla bərabər, indiki dövrdə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün səylərini artırdıqlarına da diqqət çəkib.

Cənab V.Eyvazov pandemiya dövrünün çətinliklərinə baxmayaraq mart ayının 14-dən etibarən tətbiq olunan sosial izolyasiya tədbirlərinin icrası sahəsində daxili işlər orqanları əməkdaşlarının aidiyyəti vəzifələri uğurla yerinə yetirməsinin, gücləndirilmiş iş rejimində çalışmasına baxmayaraq hər bir polis əməkdaşının qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasının, onların həyati problemlərinin həllinə yardımçı olmasnın, müraciətlərə həssaslıqla yanaşmasının, habelə, qanunu pozanlara qarşı mübarizədə dönməzliyinin ictimaiyyət tərəfindən həssaslıqla və minnətdarlıq hissi ilə qarşılandığını xüsusi vurğulayıb.

Daxili İşlər naziri cənab Vilayət Eyvazov təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, sıralarımıza qoşulan gənc zabitlər də xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсəkdir.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev bu ali polis təhsil ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.

O, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, bu işə ixtisaslı mütəxəssislərin cəlb olunması, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının yetişdirilməsi, bütövlükdə müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi barədə qarşıya qoyulan tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün bundan sonra da əzmlə çalışacaqlarına, bilik və bacarığımızı əsirgəməyəcəklərinə Daxili İşlər nazirini əmin edib.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Ata Vəliyevə, Məhəmməd Rzayevə, Nurlan Yusifova diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Polis leytenantı Nurlan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər «Azərbaycan Polisi» marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.




İmza:

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

BU İLQAR RƏSUL NƏ ƏRİNCƏK ADAMIYMIŞ

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB

Fəttah Səməd oğlu Heydərov

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi

Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir

“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

QHT-lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər - QANUN

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib

Maraqlıdır, bəs, bizim partiyaların nə qədər üzvü, nə qədər gəliri var?

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınma mərasimində - YENİLƏNİB

AzTV-nin xanım əməkdaşını şantaj edən şəxs həbs edildi

Rafiq Tağının ailəsi Prezidentə müraciət etdi: Sizi bu cinayət işinə yenidən baxmağa səsləyirik

Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanski - Etibar Əliyev yazır

Madəm, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra əleyhimə irəli sürdülər..?!"

SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK