ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: BAŞ NAZİR CƏNAB ƏLİ ƏSƏDOVA

32308    |   2020-06-20 10:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hörmətli cənab Baş nazir!

Sizin rəhbərliyinizlə Operativ Qərargahın xalqımızı bu dəhşətli virusdan qorumaq üçün gördüyü qabaqlayıcı tədbirləri və fəaliyyətini yüksək qiymətləndiririk. Həm bir millət vəkili kimi, həm də rəhbərlik etdiyim qəzet vasitəsilə Operativ Qərargahın tədbirlərini geniş işıqlandırır və xalqımızı maarifləndirməyə çalışırıq.

Məhz Möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörənliyi və bu pandemiyaya qarşı vaxtında apardığı düzgün siyasət nəticəsində şükürlər olsun ki, dünyanın başqa ölkələrindən fərqli olaraq, Azərbaycan bu görünməz düşmənlə qeyri-adi döyüşdə qalib durumdadı.

Moskvanın əhalisi Azərbaycanın əhalisi qədərdi. Amma Moskvada statistikaya görə, bu xəstəlikdən ölənlərin sayı 4 min nəfərə çatdığı halda bizdə 150-yə çatmayıb, inşallah , çatmaz da. Təbii ki, bu işdə Operativ Qərargahın əməyini də yüksək qiymətləndiririk.

Amma mən başqa bir məsələyə toxunmaq istəyirəm. Bununla bağlı Milli Məclisin ötən plenar iclasında da məsələ qaldırmışdım.

Hörmətli cənab Baş nazir!

Məsələ nədir?Bakı şəhəri çox yüklənib. Bakını bu yükdən azad etmək mümkündü.

Yəqin ki, ötən həftə karantin günündən bir gün əvvəl və bir gün sonra Bakıdan rayonlara gedən yollardakı biabırçılıqdan xəbəriniz var. Təbii ki, bu biabırçılıq insanlarımızın məsuliyyətsizliyi üzündən baş verir. Amma insanları da başa düşmək lazımdı.



Heç kim yayın tüğyanında coluq-cocuğunu ev həbsində, havasızlıqda, günəşsizlikdə saxlamaq istəmir. Ona görə də, balalarını götürüb doğma kəndinə-kəsəyinə qaçırtmaq istəyir. İnsanlara bol günəş və təmiz hava lazımdı. Və ümumiyyətlə, həkimlərin rəyinə görə, bir çox xəstəliklərin dərmanı bol günəş və təmiz havadı. Təbii ki, Siz bunu məndən də yaxşı bilirsiz.

Şadlıq evləri, mərasim zalları, bir çox tikintilər, xəsusilə də özəl şirkətlərin apardıqları tikintilər və şəxsi evlərin inşası dayandırılıb. Mən hələ günəmuzd içşiləri demirəm. Və bildiyiniz kimi, bu sahədə çalışanların da 80-90 faizi rayonlardan gələnlərdi. Bundan başqa, minlərlə, on minlərlə insan da yay aylarında məzuniyyətə çıxır. Bu insanları məcburi qaydada Bakıda saxlamaq kimə və nəyə lazımdı?

Hörmətli cənab Baş nazir!

Hər bir kəsin kəndində-kəsəyində evi-eşiyi var, evi-eşiyi olmayanın qohum-əqrəbası var. Bundan başqa, kəndlərdə evlərini kirayə verənlər də var.

Sözlərim təkcə Bakıda yaşayan rayonlulara aid deyil, eləcə də, köklü bakılılara aiddi. Onların da, ya rayonda qohum-əqrəbası var, ya kirayə ev tuta, ya da istirahət mərkəzlərində qala bilərlər. Təbii ki, bu il Azərbaycan turist gözləmir, istirahət mərkəzlərimiz boş qalıb. Bu da minlərlə adamın evinə çörək apara bilməməsi deməkdi.

Hörmətli cənab Baş nazir!

Buyurun, oxuyun. Bunu Sizin Operativ Qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev deyir.

«Bir qism insan var ki, ya işləmir və ya da məzuniyyətdədir, rayona getmək istəyir. Onlara imkan yaratmaq lazımdır. Təbii ki, bunun da mexanizmi hazırlanmalıdır. Bununla, Bakıda insan sayını azaltmaq olar. Koronavirusa yoluxmayanlar bir aylıq rayona – evlərinə gedə bilər. Bu haqda fikirləşməyə dəyər. İnsanları məcburi Bakıda saxlamaq da düz deyil. Çünki onlar da çölə çıxmağa meylli olurlar. Bu təbii ki, subyektiv fikrimdi. Bu işi görmək üçün ölkədəki vəziyyət təhlil edilməli və qərar qəbul edilməlidir. Rayona nisbətən Bakıda yoluxma riski daha çoxdur. Rayonlarda əhalinin sıxlığı paytaxta nisbətən aşağıdır».

Baş infeksionistin fikrincə, insanların bölgələrə getməsinə şərait yaradılmalıdır.

Bunu da mən demirəm ki? Bunu Sizin Operativ Qərargahın üzvü, ölkənin baş infeksionisti deyir.

Hörmətli cənab Baş nazir!

Əgər müəyyən qanunlar tətbiq olunmaqla insanlarımızın bölgələrə getməsi yasağı qaldırılarsa, həm şəhərimizin yükü azalar, həm insanların hövsələsi daralmaz, coluq-cocuqlar evlərdə dustaq qalmaz, rayonlarımızın infrastrukturasına böyük maddi xeyir dəyər, həm də ötən həftə şahidi olduğumuz biabırçılıqlar olmaz.

Təbii ki, son söz Sizindir!

Son sözünüzü eşitmək arzusuyla:

Aqil ABBAS,

millət vəkili, yazıçı




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK