deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | MƏN VƏ SƏN Adalet.az | MƏN VƏ SƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏN VƏ SƏN

Xoş gəldin, balaca!

52561    |   2008-02-12 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilirəm, çox eqoist yanaşmadı, amma mən bu balaca, sevimli varlığın kiçicik çöhrəsində öz cizgilərimi axtarıram. Körpə bunun fərqində deyil - beşiyinin başına fırlanan böyüklərdən də xəbəri yoxdu. Öz dünyasındadı - yuxuda gülür də, ağlayır da... Bu da Xudanın böyük sirridi. İki aylıq insan nəyə gülür, nəyə ağlayır? Onun da beynində sevinib, kədərlənəcəyi xatirələri varmı? Ya da özlüyündə bizəmi istehza edir, bəlkə də halımıza yanır? Bilmirik ki...
   
   Nə isə, mən bu "nənə" sözünə heç hazır deyildim, heç. İndi hər tərəfdən meteorit yağışı kimi üstümə tökülən təbrikləri qəbul edirəm, mexaniki olaraq "başınıza gəlsin" deyirəm. Amma həm də fikirləşirəm ki, nə tez oldu hər şey? Axı lap dünən idi elə bil, mən bu körpənin atasını bələkdə gəzdirirdim. Səhərə qədər ayaqlarımın üstündə yırğalayırdım, sabahı kipriklərimlə açırdım. Deyəsən axı, dünən idi...
   
   Nəvəmin doğulmağı şərəfinə dost-tanışa şirinlik paylayıram. Zakir Fəxrinin xanımı onun təbrikini çatdırır: "Zakir dedi ki, nənəsi kimi qız olsun". Ürəyi dağlı Zakirin özünəməxsus təbriki məni təsirləndirir. "Nənəsi kimi", yəni mənim kimi. Düşünürəm - mənim kimi olmaq nəmənə bir şeydi? Sərt, acıdil, qılıqsız, dözülməz... Vay, vay, cocuğum, belə olsan günün-güzəranın nə olacaq? Sənin həyat şərtlərin fərqli olsun, qızım.
   
   Mən böyük bir ölkənin vətəndaşı kimi doğulmuşdum. Böyük ölkənin vətəndaşı olaraq, amma kiçicik, yarızirzəmi bir evdə. Atam da, anam da kənd uşağıydılar. Kimsəsiz olsalar da, həmin dövlət onlara oxumaq, savadlanmaq imkanı vermişdi ("Qayçı" hekayəsi yadıma düşür - Sovet hökuməti adama qaloş da verir, qaloşun üstündən qaloş da verir). Bir babam Rusiyada təhsil alıb hərbçi kimi dönsə də, otuz yaşında vəfat etmişdi. O biri babam Sibir sürgünündən qayıdıb kənddə öz torpağıyla əlləşirdi. Atam "Xalq düşməni"nin oğlu idi. Amma mən doğulanda böyük vətənimizin paytaxtı Qızıl Moskvada oxuyurdu. Ordan göndərdiyi məktublarda oğlu olacağını yazır, ad da fikirləşibmiş. Mən doğulmuşam. İndi tibb elmi o qədər inkişaf edib ki, öncədən doğulacaq uşağın kim olduğunu müəyyən edir. Amma mən bütün aparatlardan əvvəl yuxumda ailəmə bir qızın gələcəyini görmüşdüm və gözləyirdim. Bundan əmin idim, bilirdim. Bilmədiklərim isə ümmandı. Sənin hansı ölkədə yaşayacağını, hansı şəhərə paytaxt deyəcəyini də bilmirəm. Çünki bu qarışıq dünyada nəyin necə olacağını proqnozlaşdıra biləcək kimsə yoxdur. Bəlkə də var, amma onlar bizə - kiçik adamlara hesabat vermirlər.
   
   Dedim ki, mən kiçik, yarızirzəmi evdə doğulmuşdum. Amma həmin evi atam öz qonorar puluyla almışdı. Bu bizim öz evimiz idi. Köhnə adı "Sverdlov", indiki adı "Salatın Əsgərova" küçəsində. Deyəsən indi bütün inqilabçı adları şəhid adlarıyla əvəzlənib. Bu da günümüzün gerçəyidi. Evimiz karamel fabrikinin yaxınlığında idi. Köhnə bakılılar həmin ərazi ətrafındakı xoş vanil qoxusunu xatırlayırlar yəqin (deyəsən bu "nənə" sözü mənə əməlli-başlı təsir edir. Lap köhnə adamlar kimi danışmağa başlamışam). Bəzən indi də vanil iyi mənə uşaqlığımı yada salır. İndi həmin fabrik deyəsən yaşayış evidi. Amma lap əvvəllər zindan olub. Bu da qəribə təzad - zindan, konfet və yaşayış məskəni. Təzadları yaradanlar elə insanların özləridi. Sənin həyatında nə qədər belə təzadlar olacaq, Allah bilir. Dumanlı-dumanlı tramvay xəttini də xatırlayıram. Sən isə tramvayın nə olduğunu televizorda görəcəksən. Axırıncı relsləri bir neçə il əvvəl kəsib... neylədilər, bilən bilir. Dumanlı-dumanlı "Azad qadın" heykəli ətrafında gəzinən ana və uşaqları da xatırlayıram. Anam məni burda yedirdirdi. İndi bəzi nadanlar bu həykəlin də sökülmək məsələsini ortalığa atırlar. Bəlkə də məmləkətdə ən möhtəşəm heykəllərdəndi bu abidə. Sən harda yaşayacaqsan, qızım?!
   
   Danışmağa başlayanda ilk sözüm "Qaqarin" olub. O vaxtlar valideynlərimlə birlikdə Moskvada Ədəbiyyat İnstitutunun yataqxanasında qaldığımdan yazıçı söhbətləri ilə bərabər, küçədə, bacada hamının dilində səslənən "Qaqarin" sözünü də eşitmişəm. O vaxt Qaqarin planetin ilk kosmonavtı olubmuş. Yəqin ki, kosmosun fəthinin bəşəriyyət üçün hansı fəlakətlər gətirəcəyini insanlar düşünməyib. Sən mənim yaşıma çatanda yəqin ki, hansı ölkədə kimin ürəyindən nə keçdiyinə də yuxarıdan nəzarət edən cihazlar olacaq. Ancaq mənim körpəliyimdə ilk kosmonavt böyük ölkənin qüruru idi. Böyük ölkə həm də böyük paradokslar ölkəsi idi. Kosmosa raket uçururdu, vətəndaşları çörək növbələrində gecələyirdilər. Anqolada, Kubada, Vyetnamda yetim kompartiyalar saxlayırdı, vətəndaşları əyninə geyim tapmırdı. Küçələrdəki səfil uşaqları yığıb onlara peşə öyrədirdi, atalı-analı uşaqların valideynlərini güllələyirdi. Evdar qadınları zorla savadsızlığın ləğvi (likbez) kurslarına göndərirdi, alimləri, yazıçıları həbs edib Sibirə. Sən bu "likbez" sözünü yadında saxla. Belə görürəm ki, yaxın gələcəkdə bizə lazım olacaq. Amma indiyə qədər çözə bilmədiyim bir məqam var. Totalitar düşüncənin hakim olduğu bir ölkədə təhsilə niyə belə önəm verilirdi? Müəmmadı. İndi dünyanın böyük gücləri bizim kimi kiçicik ölkələrdə total düşüncəsizliyi yaymaqla məşğuldurlar. Qismən nail da olublar - oynayanlar, oxuyanlar, çırtıq çalanlar, top qovalayanlar, kəndirbazlar yuxarı başdadır. Sənin birinci sözün nə olacaq görəsən?
   
   Elə bilmə ki, bizim uşaqlığımız buludsuz, yağmursuz idi. Düzdür, bizə "Qoy həmişə günəş olsun" mahnısını oxudurdular. Sovet insanının rifah halının gündən-günə yüksəldiyini deyirdilər. Amma beşinci mərtəbədəki "xruşşovka" mənzilimizə su gəlmirdi, aşağıdan daşıyırdıq. Ancaq insafla danışsaq, ikiotaqlı, darısqal da olsa, evi bizə hökumət vermişdi. Bizimlə üzbəüz binada bir "zavmaq" yaşayırdı. Hamının onunla necə hörmətlə salamlaşdığı yadımdadır. Bu "zavmaq" sözünü sənə necə başa salım, qızım - bir növ dükan sahibi. Əslində guya bütün dükanların da, qeyri-dükanların da sahibi dövlət idi. Amma ölkə üçün "defisit" sözü o qədər doğmaydı ki, "zavmaq" möhtərəm adam sayılırdı. Bizim toplum ticarət yapan, tacirlik edən adamları həmişə sevib. Fərqi yoxdu nə satır, təki satsın. Bunu sən də görəcəksən. Uşaq idim, ancaq fikirləşirdim ki, bax, mənim atam şairdi, kitabları çıxır, televizorda danışır, bəs niyə biz o "satanlar" kimi yaşamırıq? İnan ki, cocuğum, indi anlamışam ki, satmaq bacarığı böyük bir qabiliyyətdi. Kim sata bilirsə, alacaq. Bu gün də belədir. Hətta imzaları, rəyləri, tərifləri də satın alırlar. Bircə istedada gücləri çatmır, gücləri çatmayanda da məhv edirlər. O vaxt da beləydi, indi də belədi.
   
   ... Uşaqlığımla erkən vidalaşdım. Atam xəstələndi. İndi onun bizə yox, bizim ona dayaq olmağımız lazım idi. İndi bizim çalışacağımız ancaq onun həyatda qalmasını təmin eləməkdi. Bir Allah bilir ki, nə eləyə bildiksə, etdik. Bu toplum zəif, xəstə adamların qənimidir, cəngəllikdəki kimi. Gözün görə-görə sənə baxıb qulaqlarını çəkirlərsə, titrəyən əllərinə baxıb "nədi, səhər tezdən içməmisən" deyirlərsə, barmaqların işləmədiyinə görə cibindən pulu gec çıxardanda taksi sürücüsü deyinib danışırsa, şairi bunlardan qorumaq üçün dövrəyə girməli olursan və bütün kişi işlərini də üstlənməli olursan. Cəmiyyətdən özünü təcrid edib dünyasına qapılanda atam çox cavan idi - 41 yaşı vardı. O zaman mən çox həqiqətləri dərk elədim. Yüksək kürsülərdən səsi guruldamayan adamları eşidən olmur. Cəmiyyət üçün kimliyin yox, nəçiliyin önəmlidi. Mən indi də bunları ağrı ilə yada salıram. İndi də mənə rahatlıq vermir. Ancaq bu həyatdı, kimin başına nə gələcəyini o yuxarıdakı mütləq qüvvədən başqa heç kim bilmir. Təhsilimi bitirdim, ən kütbeyin, savadsız tələbə yoldaşlarım işə düzəldi, mən iş tapmadım. Bəzən iş üçün getdiyim qəbul otaqlarında saatlarla gözləyib naümid qayıdanda içimdəkini boğdum. Atama demədim, yaşamağını istəyirdim. Mənə kölgə sala bilməsə də, arxa ola bilməsə də. Qız uşaqları atalarına qəribə, izaholunmaz bir cazibə ilə bağlı olurlar. Bir kitabda oxumuşdum - qızlar dünyaya gələndə hərəsinin öz missiyası olur. Biri ömrü boyu Ana olur, biri ancaq Qadın, biri də Övlad. Mən böyük anlamda ancaq Övlad ola bildim. Ancaq sən bütün duyğuları dolu-dolu yaşa. Allah sənə də, ana-atana da yar olsun. Böyüyüb çox şeyləri anlayacaqsan. Mən hər zaman güclü olmağa məcbur, məhkum idim. Sən də hər zaman güclü ol, amma mənim kimi güclü olmağa məhkum edilmə!
   
   Bəlkə nə vaxtsa bir gün hər şeyin zamanı gələcək. Onda çox həqiqətlər deyiləcək. Kim haqlıydı, kim haqsızdı bilinəcək. Bu günə aldanma, qızım, aldanma!
   
   Bu gün... Dünənlə bu gün arasındakı məsafə o qədər qısa oldu ki... Heç bilmədim necə keçdi. Necə nəhəng insanlar gördüm, necə cılız adamlar gördüm. Gözümün qabağında böyük bir imperiya dağıldı, formasiya dəyişdi, dəyərlər dəyişdi. Dəyərlər dəyməz oldu. Amma dəyişməyən çox şeylər də var. Laqeydlik, biganəlik dəyişməyib, qul zehniyyəti dəyişməyib...
   
   Bir tanışım bu günlərdə mənə deyir ki, "sənin belə olduğunu heç bilmirdim. Kaş bütün bunlar on il əvvəl olaydı". Necə olduğumu?- soruşuram. "Belə də, yazmaq bacarığının olduğunu" deyir. Mənim yazmaq bacarığım 10 il, 20 il əvvəl də vardı - deyirəm - sadəcə, 20 il əvvəl hər vəchlə yolumu kəsirdilər, mən də incidim, ailəmlə, uşaqlarımla məşğul oldum. Hər kəsdən uzaqlaşdım. Nə dəyişəcəkdi ki?! "Çox şey"- deyir. Heç nə dəyişməyəcəkdi, - deyirəm- heç nə. Necə olmalıydısa, elə də oldu. Mən, əlbəttə, onun nə demək istədiyini anlayıram. Söhbət mövqelərin güclənməsindən, cinahların möhkəmlənməyindən gedir. Ancaq bu da o qədər nisbi bir şeydir ki. Dünən Allah kimi səcdə olunan kəslərə bir azacıq büdrəyən kimi təpik dəydiyini də görmüşəm. Yavaş-yavaş yol gedirəm. Varına da dözürəm, yoxuna da. Nüsrət Kəsəmənlinin ruhu şad olsun, mənim üçün də əzəl gündən biri vardı, biri yox...
   
   Bu həyatdı, əzizim,
   
   Ömür alan, gün satan.
   
   Toyuna da gül satan,
   
   Vayına da gül satan...
   
   Hə, qızım, belə, bu yazını mənə Zakir Fəxrinin sözləri yazdırdı. Qismət olar, sənə çox şeylər danışıram. Deyərəm ki, (Rəsul Rzanın ruhuna əyilərək bir sözünü dəyişirəm):
   
   Gəl oturaq,
   
   nənə, nəvə
   
   Sən de bildiklərini,
   
   qulaq asım.
   
   Mən də sənə söyləyim
   
   dünyanın işlərindən;
   
   gizli bir şey qalmasın.
   
   Yol varmı baxaq, görək
   
   Mənim qoca dünyamdan
   
   sənin körpə dünyana.
   
   Qismət olsa... Olmasa da nə vaxtsa oxuyub anlarsan dediklərimi. Zakirin dediyi kimi olsan anlayacaqsan. Amma mənim həyatımda ən böyük qıtlıq elə anlayışdan oldu.


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK