ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır

5707    |   2020-06-02 21:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 28-də Bakının Qaradağ rayonunda açılış mərasimi olan "Qobu Park-3” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Kompleksə, əsasən, paytaxtın Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Trend-in məlumatına görə, koronavirus infeksiyasının qlobal pandemiya kimi bütün dünyanı sarsıtdığı, hər yerdə iqtisadi böhrana səbəb olduğu bir vaxtda ölkəmizdə sosial layihələrin icrasının uğurla davam etdirilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təcəssümüdür. Dövlətimizin başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini də daim diqqətdə saxlayır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Son illərdə məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin inşası daha da genişləndirilib. Bu il yeddi mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi nəzərdə tutulur.

Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin yaşayış şəraiti, təhsili, sağlamlığı, məşğulluğu ilə bağlı məsələlərə xüsusi həssaslıq göstərir, bu məsələlərin operativ həll edilməsi üçün tapşırıqlar verir, icrasını daim nəzarətdə saxlayır.

Ölkəmizdə sosial layihələrin icrasına, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına özəl sektorun töhfəsini verməsi təqdirəlayiq haldır. Belə layihələrin investisiyalaşdırılması barədə Prezident İlham Əliyevin çağırışına cavab olaraq, bir sıra sahibkarlıq subyektləri öz vəsaitləri hesabına məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edirlər. "Qobu park-3” də həmin komplekslərdən biridir.

Kompleksdə yerləşdiriləcək məcburi köçkün ailələrinin bir qrupu üçün iyunun 2-də Yasamal Rayon Bələdiyyəsinin inzibati binasında püşkatma keçirilib. Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasında müvəqqəti məskunlaşmış 100-dən çox məcburi köçkün püşkatmada iştirak edib. Püşkatma Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimində tətbiq etdiyi qaydalara uyğun formada, sosial məsafənin qorunması şəraitində təşkil olunub. Məcburi köçkünlər binanın qarşısında qoyulmuş monitorda püşkatmanın gedişinin videogörüntüsünü izləmək imkanı yaradılıb.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən mənzillərin dəqiq ünvanını müəyyənləşdiriblər.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Özəl sektor tərəfindən inşa olunan "Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. "Qobu Park-3” yaşayış kompleksdəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada, həmçinin 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.




İmza:

Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb

Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi

İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib

Səxavət Məmməd: Başında beyin əvəzinə peyin gəzdirənlər

"İcra hakimiyyətindən Biləcəri sakinlərinin etirazına cavab: “Tədbirlər görüləcək”

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaları pozan 78 obyekt aşkarlandı

Polis supermarketlərdə reydlər keçirir - VİDEO

Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO

UNEC brendi Estoniyada da tanındı

Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi - VİDEO

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Gözləyirik...”

SON XƏBƏRLƏR
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK