ANA SƏHİFƏ / YAZARLAR

Yılmaz Özdil: "Dünya bizi qisqanır"

25154    |   2020-06-05 07:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ayasofyada mehter marşı oxudaraq qürurla "dünya bizi qısqanır” dediyimiz gün...Tarixdə ilk dəfə özəl şirkət-Elun Muskun şirkəti kosmosa turist göndərdi.

Insanların kosmos macərası 62 il əvvəl başlamışdı. 1958-ci ildə NASA yaradıldı. NASA yaranar-yaranmaz Hollivud üzünü kosmosa döndərdi. Bir il sonra "Twelve to the moon” çəkildi. Aya gedən 12 astronavtdan bəhs edirdi. Heyət müxtəlif millətlərdən qurulmuşdu. Biri zənci olmaqla üç amerikalı, rus, alman,yapon, isveçli, fransız, ingilis, Polşa əsilli yəhudi,braziliyalı və türk idi. Türk astronavt Müzeffer Temaydı. Aya gedən ilk türk idi.

Sadəcə film deyib keçə bilmərik. Çünki amerikan baxışını Hollivud göstərir. 1959-cu ildə aya gedən insanların bu millətlərdən olacağını düşünürdülər. Məsələn, Amerikada milyonlarla italyanın yaşamasına, çoxlu sayda italyan aktyor olmasına baxmayaraq astronavtlar arasında italyan yox idi.

Çinli yox idi.

Kanadalı yox idi.

Avstraliyalı yox idi.

Amerikada latın mənşəlilərin çoxluğuna baxmayaraq meksikalı yox idi.

Koreyalı, ispan, danimarkalı, holland yox idi.

Amma türk astronavt var idi.

Hollivudun aya getsə ancaq bu millətlər gedə bilər dediyi 1959-cu ildən iki il sonra Yuri Qaqarin kosmosa uçdu.

Armstonqun aya ayaq basmasına 10 il vardı.

Filmdəki astronavtların millətlərinə baxsaq...

Amerikalılar aya endi. Filmdəki kimi aralarında bir zənci də var idi. Kosmosa dörd dəfə səfər edən bir zənci NASAda rəhbər də oldu.

Rusların kosmos stansiyası belə var.

Alman astronavt getdi, yapon astronavt getdi, isveçli astronavt getdi. Fransız astronavt getdi, həm də qadın idi. Daha sonra Fransanın Avropa Birliyi məsələlərindən cavabdeh nazir oldu.

Ingilis astronavt getdi, polyak astronavt getdi, israilli astronavt getdi.

Hollivudun braziliyalı proqnozu da özünü doğrultdu. 2006-cı ildə kosmosa qalxdılar.

Amma...

Bu millətlər kosmosa gedə bilməz deyilən bəzi millətlərə haqsızlıq edildi. Məsələn, italyan astronavt kosmosa qalxdı. Hətta ordan Roma papası ilə belə danışdı.

Çinlilər məsələsində də yanıldılar. Çinlilər artıq ayda robot gəzdirirlər.

Kanadalıları desək, onlar da göndərdi. Təkcə kişi yox, qadın astronavt da vardı.

Avstraliyalı astronavtlar da getdi, hətta biri altı ay kosmosda qaldı.

Meksikalı astronavt 1986-cı ildə getdi.

Argentinalı, kubalı, perulu, kosta-rikolu,kolumbiyalı astronavtlar da kosmosa getdi.

Kimisini amerikalılar apardı, kimisini isə ruslar.

Koreyalı, danimarkalı, azərbaycanlı, türkmən, özbək, qazax, ispan, belçikalı, holland, avstriyalı, gürcü, qırğız, litvalı, rumın, bolqar, çex, ukraynalı, isveçrəli, macar, slovak, cənubi afrikalı və vyetnamlı da getdi.

Hindistanlılar Marsa belə robot göndərdi. Səudiyyəli astronavt getdi, kralın oğluydu.

Malayziyalı getdi.

Əfqan getdi.

Suriyalı astronavt var.

Hollivudun xəyallarında olan və olmayanlar belə kosmosa ayaq açdı. Təkcə birindən başqa.

Gələcəyin kosmos ölkəsi kimi proqnozlaşdırılan Türkiyə. Astronavt yerinə aktronat seçdilər.

Elon Musk 2017-ci ildə Türkiyəyə gəldi. Anıtqəbiri ziyarət etdi. Anıtqəbirdəki şəklini paylaşaraq instaqramda bunları paylaşdı:

"Çiçəklər qoydum. Üç qırıq qabırğa,xəstə ağ ciyər. Amma yenə də döyüşdü.”

Tarixdə ilk dəfə özəl şirkətin , Elun Muskun şirkətinin kosmosa astronavt göndərdiyi gün... Bizim "aktronat”lar Ayasofyada mehtər marşı oxudaraq "dünya bizi qısqanır” deyərək qürurlanırdı...

Dilimizə uyğunlaşdıran: Emin Piri



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK