ANA SƏHİFƏ / DÜNYA

Qani silahlı strukturlara atəşkəsə riayət etməyi tapşırıb

12820    |   2020-05-24 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əfqanıstan prezidenti Əşrəf Qani radikal Taliban hərəkatı tərəfindən Ramazan bayramı ilə əlaqədar elan olunan üç günlük atəşkəs rejimini alqışlayib. Ə.Qani ölkənin silalı strukturlarına atəşkəsə riayət etməyi tapşırıb.

Trend-in məlumatına görə, Əfqanıstan prezidenti bu barədə "Twitter" səhifəsində yazıb.

"Mən Talibanın atəşkəs elan etməsini alqışlayıram. Baş komandan olaraq Əfqanıstan Silahlı Qüvvələrinə üç günlük atəşkəsə riayət etməyi və yalnız hücum olarkən özlərini müdafiə etmələrini əmr etdim", - Ə.Qani yazıb.

Daha əvvəl "Tolo News" telekanalı Taliban tərəfindən verilən açıqlamaya əsasən hərəkat nümayəndələrinin üç günlük atəşkəs elan etdiyini bildirib. Onun sözlərinə görə, açıqlamada hərəkat döyüşçülərinin üç gün ərzində hücumlar etməyəcəyi və ancaq mövqelərinə hücum olarsa müqavimət göstərməyə hazır olduqları göstərilir.

Xatırladaq ki, fevralın 29-da ABŞ və Taliban arasında razılıq imzalanıb və ona əsasən hərəkatın 5 min həbsdə saxlanılan üzvünün, hərəkat tərəfindən isə min nəfərə yaxın saxlanılan koalisiya üzvlərinin buraxılması nəzərdə tutulub.

Mayın 12-də Əfqanıstan Prezidenti Əşrəf Qani ölkənin hüquq-mühafizə orqanlarına ölkə ərazisində fəaliyyət göstərən terror qruplaşmalarının silahlılarına qarşı aktiv müdafiədən hücum əməliyyatlarına keçməyi əmr edib.




İmza:
SON XƏBƏRLƏR
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK