hacklink Adalet.az | RƏĞBƏT Adalet.az | RƏĞBƏT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

RƏĞBƏT

31521    |   2007-11-24 07:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Divan zəbt olunub, elə televizor da. Nə mətbəxə, nə də başqa otağa keçməyə həvəsim yoxdu. Kresloda büzüşüb evdəki kişilərin baxdığına məcburam mən də baxıram, yəni futbola. Stadionda tökən yağışla pəncərədən gördüyüm mənzərə bir az fərqlidi. Şəhərin bir ucuyla o biri ucu arasında əməlli iqlim fərqi var. Amma külək elə vıyıldayır ki, lap büzüşürəm. Bu prosesi ekranda gördüklərim bir az da sürətləndirir. Təbii, mən möcüzə gözləmirəm - əcnəbilərin seyrə balonlarla çıxdığı bir vaxtda biz nəinki qapımıza dəyən toplardan diksinmək, hətta top-top oynamağı da doğru-düzgün bacarmırıqsa, abır-həyayla uduzmağı da bir uğur saymaq olar. Futbol komanda oyunudursa, biz də məmləkət olaraq hələ komanda halına gələ bilməmişiksə, bunun günahı yağışın altında çaşqın-çaşqın o tərəf-bu tərəfə qaçan futbolçuda deyil. Böyük hesablarla qazandığımız sıfırları ciblərindəki rəqəmlərin arxasına düzüb böyük hesablar açanlardadır. Mən bu fəlsəfi düşüncələrə dalmışkən hakimin fiti bütün xalqı olmasa da, kimsələrisə ayıldır. Yaxşı qurtardıq- 0:1. Sevincək doğma və milli TV-lərin boğuşma, dalaşma proqramlarına baxmaq istəyimi bildirirəm ki, qəti şəkildə "olmaz" deyirlər. Başqa bir oyun da varmış, çox önəmli. Türkiyə millisi ilə Bosniya-Hersoqovina arasında matç olacaqmış. Özlüyümdə razılışıram, bu futbol yox, bir az siyasi məsələdi. Türkiyənin Avropa çempionatına qatılıb-qatılmayacağı həll olunur. Neçə ildir kənardadılar. Amma onu da fikirləşirəm ki, bu Bosniya deyilən yer neçə vaxtdı Türkiyənin hesabına yaşayır və mövcuddur. Yəni Türkiyə bu balaca əraziyə dədəlik eləyir. Fikirləşirəm ki, bəlkə oyun da danışılıb, çünki nəticədən asılı olmayaraq, Bosniya komandasının şansı yoxdur, yəni öz hamisinə xal verə bilər. Oyunu izləməyə başlayıram və gözlərim böyüyür. Bəlkə də boşnaklar öz futbol tarixləri boyu belə oyun göstərməyiblər. Ölüm-dirim savaşı gedir. Tarix demişkən, deyəsən boşnaklar öz tarixi nifrətlərini bu oyunda əməlli xatırlamışdılar. Rus qardaşlarımız demişkən, "skolko volka ne kormi..."
   
   
   
   ***
   
   
   
   Bosniya-Hersoqovina kiçicik bir respublikadır. Ərazisi 51,1 min kv.km-dir. Yaxın vaxtlara qədər Yuqoslaviya adlanan federativ respublikanın tərkibindəydi. 90-cı illərdə başlanan proseslər Yuqoslaviyanı dünyanın siyasi xəritələrindən sildi, tərkibindəki xalqlar, etnik qruplar arasında münaqişələr başladı. Əhali milli köklərinə görə slavyan olsa da, biri pravoslavdı, biri katolikdi, biri müsəlmandı. Unikallıq da elə burdadı. Yəni serblər pravoslavdı, xorvatlar katolikdi, bosniyalıları isə slavyan-müsəlman yazırlar. Müsəlman da çoxdu, slavyan da. Bunlar kimdi, nədi, hansına aiddi? Özü də nəzərə alsaq ki, İslamı da XÜII əsrdə qəbul ediblər, yəni ona qədər xristianlığın boqomil təriqətinə mənsub olublar - görəcəyik ki, nəsə qəribə bir toplumdurlar. Osmanlı istilasına qədər bu balaca torpağı bölmək üçün feodalların mübarizəsi gedir. Məşhur nəsillərdən birinə mənsub hersoq Stepan Vukçiç ölkənin bir hissəsini öz hakimiyyətinə tabe etdirir və bundan sonra ərazinin bir bölümü onun şərəfinə Hersoqovina adlanır. Osmanlılar bura 1463-cü ildə gəliblər. Onların gəlişindən sonra 1583-cü ildə isə Bosniya və Hersoqovina Bosniya paşalığında birləşdirilib. XIX əsrin başlanğıcından imperiyanın zəifləməsindən istifadə edən Avropa dövlətləri dəfələrlə buralarda üsyanların, iğtişaşların baş verməsinə nail olurlar. Ən böyük üsyan isə 1875-78-ci illərdə olur. Və tarixə Bosniya krizisi kimi keçir. 1878-ci ildə Berlin konqresinin qərarı ilə Avstriya-Macarıstan bölgə üzərində hakimiyyətini təsdiq edir. 1909-cu ildə isə türklər cəmi 2,5 milyon funt-sterlinq müqabilində həmin torpaqlardan çəkilirlər. Təsəvvürünüzə gətirə bilirsiniz? Bu elə bir dövr idi ki, başı hərəmxanada kefə qarışmış sultanların əyyaşlığı ucbatından Osmanlının xəzinəsi tamam boşalmış, qüdrəti heçə enmişdi. Amma mənim işim nə Osmanlıynan, nə də Avropa dövlətləriylədi. Dinlərini asanlıqla dəyişə bilən bu slavyan-müsəlmanların yeri gələndə slavyan olduqları, yeri gələndə də müsəlman olduqları yadlarına düşür. Və hər zaman mövqelərini dəyişə-dəyişə tam mövqesiz qalırlar. Hər kəs də onlardan istədiyi kimi istifadə edir. I Dünya müharibəsinin başlanğıcını yada salaq. "ənc Bosniya" millətçi təşkilatının üzvlərindən biri olan Q.Prinsipin vəliəhd şahzadə Frans Ferdinanda atdığı güllələr böyük bir savaşa bəhanə oldu. Bundan qazananlar məlum, amma Bosniya viran qaldı. Tarixin gedişatı da göstərdi ki, müxtəlif cəbhələrə keçib tam reneqatlıq nümayişi hər zaman bir xalqın xeyirinə olmur. 90-cı illərdə serb və xorvatlar boşnaklara qarşı tam bir soyqırım tətbiq edəndə onların slavyan mənşəyi kimsənin yadına düşmədi. Yenə Türkiyə işə qarışdı və buna günə qədər də Bosniya türklərin hesabına mövcuddur.
   
   
   
   ***
   
   ... İndi futbol meydançasındakı bu ölüm-dirim savaşına baxıb fikirləşirəm ki, sırf insan psixologiyasıdı ha. Hər zaman ona xeyirxahlıqla, mərhəmətlə uzanan əlləri kəsmək. Əgər bu oyundan Bosniya-Hersoqovina adlanan bu cırtdan dövlətin nə isə bir çıxarı olacaqdısa yenə nəsə anlaya bilərdim. Onsuz da bu oyunda uduzub-udmaları millətin idman şərəfinə bir sevinc gətirməyəcək. Heç olmasa bir az neytral oynamaq olardı. Amma türklər demişkən, "nerdə"? Pələng kimi döyüşürdülər. Elə bil kiməsə söz vermişdilər ki, türk komandasını çempionata getməyə qoymayacaqlar. Milli duyğuları çox qabarmışdı... ( Bir neçə il bundan əvvəl bizim millilərlə türklərin Bakıdakı oyununu xatırladım, xəcalət çəkdim. Bosniyalılardan betər eləmişdik. Bizim də o vaxt milli hisslərimiz çox qabarmışdı...)
   
   Yaxşı ki, Bakıdakı oyundan sonra bu matçı da izlədim. Yoxsa kresloda büzüşüb oturmuşdum, elə bu təəssüratla da yatmağa gedəcəkdim. Həyatımızda sevinc o qədər azdır ki, bir oğlanın ayağının ucundakı topun qapıya dəyməsi bəs eləyir yüz minlər küçələrə tökülüb toy-bayram eləsin. İnsanlar xoş xəbərlərin tamarzısı olublar. (Bakı-Qars dəmiryolunun təməlqoyma mərasimi də çox qürurverici, mühüm, önəmli hadisədi). Bəziləri bu sevinci görüb dodaq büzürlər - qonşudakı aşdan bizə nə? Hə, burda çox incə mətləblər var. Birincisi, qonşular aşı bişirəndə ən azı aş bişirməyi öyrənmək olar. Onlar vətənlərini, bayraqlarını necə sevirlər, bu barədə düşünmüsünüz? Futbol fanatlarının qaldırdığı şüarları oxumusunuz? "Ən böyük Türkiyə", "Türkiyə, sənə canımız fəda", "Türküz, kardeşiz, həpimiz Məhmətciyiz" ("Həpimiz Hrant Dinkiz" deyənlərə cavab). Özü də bu sözlər boğazdan yuxarı deyilmiş sözlər deyil. Türkiyənin bütün ərazisi şəhid qanı ilə suvarılıb. Bu gün də terrorçularla müharibədə şəhidlər var. Bu gün də Türkiyənin çoxsaylı dərdlərindən biri terrordu. Özü də onlar müharibə iştirakçılarına bizim kimi "əlil-zəlil" demirlər, "qazi" deyirlər. Düzdür, türklər böyük imperiyanın vətəndaşı olublar, bayraqları gündoğandan günbatana hər yerdə dalğalanıb, əsrlər boyu ağa olmağı öyrəniblər, nökər olmağı yox. enlərində, qanlarında bu yaşayır. Vətənə, bayrağa, himnə olan münasibətə bu amil də təsir edir. Millətin psixologiyası da başqa cür formalaşır. Çox məşhur bir əhvalatdı. Deyirlər Atatürk səfirlərə ziyafət verəndə bir qarson ehtiyatsızlıq edib əlindəki içkini qonağın üstünə dağıdır. Hamı narahat-narahat Kamal paşanın üzünə baxır. Paşa gülümsünür və deyir ki, mən bu millətə çox şey öyrətdim, amma lakey olmağı öyrədə bilmirəm. İbrətamiz əhvalatdı. Nəsilbənəsil qul psixologiyası ilə yaşayan insanlar üçün birdən-birə azad olmaq, buxovları qırmaq çətin məsələdir. Odur ki, futbolu bəhanə edib sevinmək, birləşməyə çalışmaq, hisslərini kiminləsə bölüşməyə çalışmaq da bir addımdı. Özü də fərqi yoxdu bu hissləri bizə kim bəxş eləyir - əli silah tutan oğlan, ya top qovalayan...
   
   XXI əsr türk əsridir. Bir-birimizdən incisək də, küssək də, nicatımız birlikdədir. Burdan ora gedən fırıldaqçılara, ordan bura gələn avantüristlərə görə bir-birimizi ittiham etməyək. Yolun təməli artıq qoyulub - dəmir özüllərlə.
   
   ... Hərdən kişilərin də sözünə qulaq asmaq lazımdır. Oyuna baxmasaydım bu yazı da yazılmayacaqdı. Amma bir etirafda bulunmaq istəyirəm. Saxtkarlıq, riyakarlıq nəyə lazım, rusların da çempionata getməyinə sevindim. Rəğbətimi gizlətmirəm. Bosniyalılardan fərqli olaraq mən tarixin bütün rənglərini qiymətləndirməyi bacarıram. 200 illik tarix az vaxt deyil.


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK