ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda pandemiyadan sonra turizmin bərpası mərhələli şəkildə həyata keçiriləcək

10364    |   2020-05-23 15:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə "Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları” mövzusunda keçirilən onlayn müzakirədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

Sektor müdiri hazırda əsas prioritetin daxili turizmin inkişafı olduğunu və bu istiqamətdə xüsusi kampaniyaların keçiriləcəyini bildirib. Kənan Quluzadə satışa istiqamətlənən marketinqin daha çox məlumatlılığın saxlanmasına yönəldiyini, eyni zamanda vətəndaşların sağlamlığının və təhlükəsizliyinin ön plana çəkildiyini vurğulayıb.

Pandemiyadan öncə üzərində işlənilən turizm layihələrinin davam etdirildiyini deyən Azərbaycan Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov hazırda bu istiqamətdə təkmilləşdirmə prosesinin həyata keçirildiyini bildirib.

O, "Macəra yaxındadır” platformasında artıq turizm şirkətləri və hotellər üçün qeydiyyatın açıq olduğunu, ölkə vətəndaşlarının istirahəti üçün digər turizm fəaliyyət növlərinin də yerləşdiriləcəyini qeyd edib.

İlkin Cavadov səfərlər təxirə salındığı üçün xarici bazarlarla işlərin elektron platformalar vasitəsilə davam etdirildiyini də diqqətə çatdırıb. O, sərhədlər açılandan sonra əsas üstünlüyün qonşu ölkələrə veriləcəyini, daha sonrakı mərhələdə isə digər xarici ölkələrə istiqamət götürüləcəyini bildirb.

Azərbyacan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev yay mövsümündə vətəndaşlara münasib qiymətlərə turizm xidmətlərinin göstərilməsi üçün müxtəlif istiqamətlərdə yerləşən hotellər və turizm mərkəzləri ilə görüşlərin keçirildiyini, eyni zamanda əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün təkliflər üzərində işlər aparıldığını qeyd edib.

R.Hacıyev turizm şirkətləri ilə bağlı əvvəllər yaşanan narazılıqların yenidən baş verməməsi üçün bu şirkətlərin fəaliyyətində keyfiyyət standartlarının artırılması, müəyyən tənzimləmələrin və mexanizimlərin olmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.

Azərbaycan Hotel Assosiasiyasının vitse-prezidenti Elgün Məmmədov çıxışı zamanı yay mövsümündə region hotellərinə daha çox tələbatın olacağını qeyd edib. Onun sözlərinə görə, pandemiya dövrünə qədər hotellər üçün prioritet müştəri xidmətləri və gəlirləri sayılırdısa, hazırda əsas diqqət qonaqların hoteldə sağlamlığına, gigiyena qaydalarının artırılmasına və müştərilərin təhlükəsizliyinə ayrılacaq.

Karantin dövründən sonra Turizm İnformasiya Mərkəzlərinin yenidən işə başlayacağını və "Baku City Tour" turistik avtobusların da fəaliyyətinin bərpa olunacağını deyən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov yay mösümündə vətəndaşlara yeni kampaniyaların da təqdim olunacağını vurğulayıb.

O, yerli turistlərin "BakıKart"lardan istifadə edə bilməsi üçün müəyyən dəyişikliklərin ediləcəyini də bildirib.

Müzakirələr zamanı Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev sərhədlər bağlı olduğu üçün təəssüflə bələdçilərin işsiz qaldığını bildirib. O, turizm tam bərpa olunana qədər bələdçiliklə məşğul olan kadrları itirməmək üçün hazırda müxtəlif treninqlərin keçirildiyini qeyd edib.

Tural Musayev mövcud vəziyyəti nəzərə alaraq daxili turizm xidmətləri göstərən şirkətləri bələdçilərə dəstək olmağa çağırıb.




İmza:

Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və döyüş heyəti məhv edilib

Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Tovuz sakinləri: “Biz sona qədər torpağımızda qalacağıq”

AQTA 229 müəssisədə reyd keçirib, 81 müəssisədə pozuntu aşkarlanıb

Faiq QİSMƏTOĞLU: BELƏ DƏ BAHALIQ OLAR?

Pandemiya ilə mübarizə tək tibbi yox, psixoloji istiqamətdə də aparılmalıdı - Açıqlama

Sel sularına görə bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olundu - VİDEO

DYP: 385 avtomobilin postlardan icazəsiz keçmək cəhdinin qarşısı alınıb

Əmək qanunvericiliyi ilə bağlı 352 hüquq pozuntusu aşkarlanıb

İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər - DİM

MİNGƏÇEVİRLİ ZAMANOVLAR AİLƏSİNDƏN NÜMUNƏVİ ADDIM

SON XƏBƏRLƏR
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK