ANA SƏHİFƏ / İDMAN

Aqil Abbas: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ı deyil”

6511    |   2020-05-15 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qarabağ”ın azarkeşi olsam da, "Neftçi”nin oyunlarına həmişə həvəslə baxıram, azarkeşlik edirəm. Çünki "Neftçi” hamımızın sevimlisi olub, nostalji hisslər var. Bu komanda ilə yatıb-durmuşuq”.

Bunu apasport.az saytına Milli Məclisin deputatı və Azərbaycan Yazıçılar İttifaqının üzvü Aqil Abbas deyib.

Azərbaycanın əməkdar jurnalisti olan 67 yaşlı deputat "Neftçi”nin hazırkı durumu barədə danışıb. O, paytaxt təmsilçisinin sabiq SSRİ dönəmində daha güclü olmasının səbəbini açıqlayıb: "Neftçi” 1937-ci ildə yaradılıb, sovet hökuməti dönəmində Azərbaycanın klub yox, milli komandası olub. Gəncə "Dinamo”su da, Sumqayıt "Xəzər”i də, "Qarabağ” da ona işləyirdi. Ümumiyyətlə, bütün komandalar, ölkə futbol ictimaiyyəti "Neftçi”yə işləyirdi. "Neftçi” həmin vaxt Azərbaycan millisi idi”.

Aqil Abbas hazırkı dövrdə "Qarabağ”ı Azərbaycanın bir nömrəli klubu hesab edir: "Neftçi” Azərbaycan futbolunun "flaqman”ı deyil. Ölkəmiz müstəqillik qazandıqdan sonra "Neftçi” adi klublardan birinə çevrildi, elə ortalıqda da qalıb. Bu gün "flaqman” "Qarabağ”dır. Sabah bu, bəlkə "Sumqayıt” olacaq. Amma indiki duruma əsasən demək olar ki, "Neftçi” hələ uzun müddət "Qarabağ”ın kölgəsində qalacaq. Hətta deyərdim ki, "Sumqayıt”a pul buraxsalar, "Neftçi”dən də yaxşı komanda olar”.

Qeyd edək ki, son 6 ildə Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ” olub.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK