Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BİR DƏ ÖMRÜMÜZƏ QAYITMAZ BU GÜN... Adalet.az | BİR DƏ ÖMRÜMÜZƏ QAYITMAZ BU GÜN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR DƏ ÖMRÜMÜZƏ QAYITMAZ BU GÜN...

29691    |   2007-10-12 01:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər yerdə harınlar kef atındadı,
   
   Dərdlini yedəkdə dərd sürüyürdü,
   
   Harda qara gördüm yük altındadı,
   
   Harda qara gördüm yer süpürürdü.
   
   Əslində poeziya nədir sualına kimsə doğru-düzgün cavab verə bilməz. Özü deyirdi ki, "Şer ürəkdə sevinci, qəmi kəşf edir. Şer möcüzədir, müəmmadır, zamana verilən böyük sualdır, zamanın sualına bir sualla cavabdır. İnsanı dərddən xilas edən insanın dərd yüküdür. Hardasa xoş, hardasa giley-güzardı. Bir az nəsihətdi, bir az vəsiyyətdi".
   
   Bu qarmaqarışıq, hərənin bir tərəfə, bir səmtə çəkdiyi mühitdə müvazinət saxlamaq, ləngər saxlamaq çətin işdir. Hələ üstəlik dövrün, zamanın bir parçasını özündə gəzdirirsənsə, ürəyinin yarasında xalqın əzabını gəzdirirsənsə bu yüklə "fil olsa, nər olsa qəddi əyilərsə" şair dahamı güclü, qüdrətlidi?
   
   
   
   ***
   
   "Əsl şair dünyaya gəldiyi gündən çox-çox əvvəl doğulur. O, bir zərrəcik kimi xalqının ürəyindən qopur, doğulacağı torpağa düşür, xalq nəfəsi işığa, istiliyə dönüb ona boy verir, vətən küləkləri ona səs gətirir. Vətən ağacları qol-budaq, Vətən dağları ona böyümək hissi aşılayır".
   
   Bu da onun fikirləridi şer, sənət haqqında. Vaxt-vaxt vərəqləyib yaddaşımda canlandırıram. "Sənət sarayı belədir ki, heç vaxt tikilib qurtarmır, bir əl öz daşyonanını başqa ələ tapşırır; bu binanın boyu bəşərin yaşı qədər uzanır. Poeziya yüz illərdi ki, öz monoloqunu deyir. Ədəbiyyatşünaslıq, tarix, fəlsəfə isə çoxdan bəri müəllifi xalq olan bu fikri müxtəlif şəkildə təsdiqləyir".
   
   
   
   ***
   
   Bəzən ... Yox, belə demək düz olmayacaq, hər zaman onun yazdıqlarını yenidən vərəqləyəndə ürəyimdə bir gizilti, bir ağrı olur. Biz onunla üzbəüz oturub bu sətirlərdən keçən hissləri paylaşa bilmədik. Əvvəl uşaq idim anlaya bilməzdim, anlaya bildiyim vaxt isə danışmağa nitqi yox idi. Bəlkə də çoxumuz indi yanımızda olmayanları belə təəssüf hissi xatırlayırıq. Nələrəsə vaxtında qulaq asa bilmədik...
   
   ... Bir dəfə Krımda istirahət edən şairin ona yazdığı məktubu oxudum.Yəni məktub stolun üstündə açıq qoyulmuşdu, mən də baxdım. Kiməsə ünvanlanmış qəribə, təhqiramiz ifadə var idi orda. Kim olduğunu soruşdum. Çox sərt - neyləyirsən - dedi. Ondan sonra nə məktublarda, nə məqalələrdə, nə də şerlərdə eyhamla adı çəkilənlərin ünvanını öyrənmək istəyim qaldı. Bir az da yaşım artandan sonra artıq özüm hansı sözün kimə yönəldiyini ayırd edə bilirdim. Əslində o, ətrafındakı kiçiklərlə söz güləşdirmək həvəsində də deyildi.
   
   
   
   Qoy bu gün tərifə öyrənişənlər,
   
   ünəşin eşqinə sağlıq desinlər,
   
   İmzalarla deyil, gözlə görsünlər:
   
   Ağlın duruluğu nə təhər olur,
   
   Hökmün bulannığı nə təhər olur,
   
   ünəşin işığı necə paylanır,
   
   Niyə bu işıqlar gecə paylanır?
   
   Amma ki satılır toxum yerinə...
   
   
   
   ***
   
   Haqsızlıqdan dəhşətli heç nə yoxdur. Zəmanədən şikayətin də yeri yoxdur. Hər dövrün öz eybəcərliyi var. Və bu eybəcərliyi düzəltməyə çalışan ayrı-ayrı fərdlər var. Amma zamandan qorxmaq lazımdı. Bəzən olur "zaman üzü dönüklərə zəmanət verir". Qorxmaq lazımdı və onun qəfil imtahanlarından, ayıq, ağıllı, təmkinli cavablarımızı hazır tutmalıyıq. Açıq sözü, doğru sözü qorumaq əsl qələmin hünər işidir. Qələm sahibinin vicdan işidir.
   
   
   
   Kürsü ağılların qaldığı zirvə,
   
   Söz də ağılların bəhəri üçün...
   
   Sən sözü alçaltdın özündən əvvəl,
   
   Alçaltdın, bir ağız "afərin" üçün.
   
   Yüz səmtə fırlandın kürsülərdə sən,
   
   Axır ki şərqini, qərbini tapdın.
   
   Özündən aşağı hündürlüyündən
   
   Sənə əl uzadan qəlbini tapdın.
   
   Ya da
   
   Qorxuram utana qədəmlərin,
   
   Düz yol qurtaran yerdə;
   
   eriyə qayıtmağa
   
   yol ola, üz olmaya;
   
   Yalanı ha dartasan
   
   ortası üzülməyə.
   
   Büdrəmək öz əlində,
   
   Dikəlmək çətin peşə!
   
   Andını saxla daha,
   
   Yazıqsan, dilin şişər...
   
   
   
   Bütün and içənlərin, vəd verənlərin dili şişsə məmləkət lal olar ki... Yaxşı ki, belə olmur. Biz də hər gün gözümüzü döyə-döyə qulaq asırıq.
   
   
   
   ***
   
   "ecikmələrin içində ən ağırı oyanışa olan gecikmədir". Vallah, bu vurhavurda mən özüm də çaş-baş qalmışam. Biz nəyə oyanmışıq və bu oyanış bizi ayılda bilibmi?
   
   Vaxtında gəlmədin...
   
   Vaxt köhlən atdı!
   
   Vaxtında yalına yatanlar udur,
   
   Yer göyə tulladı, göy yerə atdı,
   
   Budur gecikənin töhfəsi, budur!
   
   "Nədən başlamalıyıq, həqiqətdən, düzlükdən, açıq sözdən, hər şeyi olduğu kimi deməkdən başlamalıyıq. Ancaq məsələlərin şərhində və ya qəbulunda nisbilik mümkündür. Elə söz var ki, kürsüdən yüksək səslə deyilməlidir. Və ya elə məsələlər var ki, bu özümüzə, öz mətbəximizə aiddir. Bunların çoxunu özümüz eşidəcəyimiz səviyyədə deməliyik. Bəzən pıçıltı da gərəkdir. Kimsə hakim partiya iştahından əl çəkmir, kimsə müxalifət cığallığından dörd əlli yapışıb durur.
   
   ... Nədən başlamalıyıq? - Ciddi hərbi rejimdən, hər kəsin özünə "mən neyləməliyəm" hesabatından.
   
   ... Nədən başlamalıyıq? - Xalqın özünü müdafiə və hücum qüvvəsinə xalqın özünü inandırmaqdan.
   
   ... Nədən başlamalıyıq? - Yenə təəssüf ki, biz indi bu sualı verməliydik: harda yekunlaşdırmalıyıq".
   
   Bu sualları verir şair və cavab da yoxdur. Hələ üstəlik sual verəndə üstünə hücum da çəkirlər.
   
   Elə marıtdama altdan yuxarı,
   
   Nə var yuxarıda, büdrəmək, aşmaq...
   
   Başa başsızları başsız çıxarır,
   
   Yeri get qabını yala, ay axmaq!
   
   Ya da
   
   ünah çamırında ağnayana bax,
   
   Onun da bəxtinə günəş doğulur,
   
   Neçə ağıllıya dedi bir axmaq
   
   "Qəbahət doğuldu, güzəşt doğulur".
   
   
   
   ***
   
   Ən çox sevdiyi söz... "Söz" demişdi.
   
   Bu sözdü - dərddi, qəhərdi,
   
   Sonu işıqdı, səhərdi,
   
   Atdı, cilovdu, yəhərdi,
   
   Söznən zarafat eyləmə!
   
   Sözün sözü tutmağı var,
   
   Qayalara yazmağı var,
   
   Dəvə kimi qızmağı var,
   
   Söznən zarafat eyləmə!
   
   Nə zarafat, söznən məzələnirlər. Bu "kəndirsiz kəndirbazların" çoxaldığı toplumda sözü o qədər ucuz ediblər ki... Növbətçi nitqlərin, növbətçi göz yaşlarının arxasında həqiqət itib-batır. Nə istəsən yazmaq olar, şər də, böhtan da. Kağız hər şeyə dözəcək...
   
   "Yazıçı əlində qələm ən etibarlı söykənəcək, ən möhkəm dayaqdır. Bu şərtlə ki, qələm sözün əsl mənasında sözə xidmət eləsin. Söz xiridarına bələdçi olsun. Könül bulandıran əməllərə məqamında söz gülləsi yönəltsin".
   
   Bəzisinə ürək qazıb, söz ələmək asan gəlir... Sözü sözə qaynaq, sözü sözə calaq eləmək asan gəlir...
   
   
   
   ***
   
   "Sənətkar xalqın içindən çıxdığından haqq-ədalət, doğru söz, sosial qayğı, bir sözlə işıqlı əməllər tərəfində silah götürüb. Bu da təbii olaraq, əks mövqelər cəbhəsi yaradıb. Bilmirəm, bu mövqelər müxalifət anlayışına cavab verirmi? Neyləyəsən, "əlvida, müxalifət" demək olmur. Belə şüar sənətə xəyanətdi. "Doğru söz, irəli!" harayını da eşidən az olur. Bax bu yolla mərdi qova-qova gətirib namərd eləyənlər də az deyil".
   
   Vaxt olur vicdanın səsi baş yarır,
   
   Onda keçmişini çağır, gələcək.
   
   Hərdən çək özünü,
   
   Çək, gözəyarı,
   
   ör hansı tərəfin ağır gələcək...
   
   Duyarmı eyhamı söz duymaz, qalın,
   
   İnsanlıq ən qədim qoruqdu yerdə.
   
   Vəzifə itəndə insanlıq qalır,
   
   İnsanlıq itibsə - yer yoxdu yerdə!
   
   
   
   ***
   
   Bir uçurumdan fırtınaya tor atmaq cəsarəti... Düz sözün dünyada hər şeydən baha olduğuna inanmaq saflığı... Son qoruyla od qalamaq qüdrəti... Bu torpaqdan bircə ovuc torpaq alıb öz köçünü yığıb getmək istəyi... Cəsarət, saflıq, qüdrət, istək... Və istedad! Hardasa bir istedad göyərəndə yanında neçə-neçə tikan bitir. Şair qələmi hansısa daş qəlbli, buz baxışlı nadandan asılı olur...
   
   
   
   ***
   
   Şair qapısında üç ağac bitir - yamanlıq, yaxşılıq və ehtiyac. Bəlkə kiminsə payına yamanlıq, ehtiyac çox düşür, yaxşılıq az. Mən bu ağacların meyvələrini yeyə-yeyə böyüdüm. Ehtiyacdan da, yamanlıqdan da doydum. Yaxşılığın acı oldum...
   
   ...Yamanlıq. Yamanlıq, pislik nədir? Sadalasaq çox uzun bir siyahı alınar -yəqin burda bir nisbiliik var. Kiməsə yarınmaq üçün hansısa bir yaxşının qabağını kəsmək, bir yaxşıya pis demək, layiq olduğunu verməyib əzib keçmək.
   
   ... Ehtiyac. Şairlərin o qədər ehtiyacı olur ki. Xoş baxışa, şirin dilə möhtacdırlar, bir qəlbin alqışına möhtacdırlar. Bir azacıq "döz"dən küsən, soyuq baxan gözdən küsən şairlər, bu dönüklər, vəfasızlar dünyasında necə baş saxlasınlar? Başı boş, cibi doluların, yuxarıdan baxıb kiprikləriylə salam vermək ədasıyla necə barışsınlar? Xalq, Vətən, torpaq, yurd gözəl sözlərdi, ancaq çörək eləyib yemək olmur. Şərəf, ləyaqət gözəl sözlərdi, ancaq para olub cibə girmir. Ürəyimdə çox vaxt özümlə, bir də onunla söhbət edirəm. Özün ki belə olmuşdun, bizi niyə belə böyütdün - deyirəm. Bizim cah-cəlalımız olmadı, alışıb-yanan evimiz olmadı. Heç kimə əyilmədik, sındırmaq istədilər. Bizi niyə belə böyütdün? Ancaq həyat elə dəyişdirdi ki, mən daha sənə oxşamıram...
   
   ... Yaxşılıq. Nə sərsəm sözlər danışıram. Cazibəndən hara qaçacam ki? Nə yaxşı dünyada yaxşıların səpdiyi toxumlar da göyərir. Yaxşılıq göyərir. Nə yaxşı bu dünyada yaxşı adamlar da var.
   
   
   
   ***
   
   "Mən bir şeyə inanıram, inanıram ki, əsl sənətkarların ruhu peykə çevrilib Vətən torpağının ətrafında əbədi fırlanır". Özü belə deyirdi. "Ürəyimsiz kəlmə yazan deyiləm"- deyirdi. Demək, öz ruhunun da peykə çevriləcəyinə ürəkdən inanırdı. Demək, Azərbaycan adlandırdığımız bu planetin nə qədər belə peykləri var. Mən də düşünürəm ki, hər xalqın ədəbiyyatında elə sənətkarlar var ki, onların bir neçəsini ədəbiyyatdan götürsən qətiyyən yeri görünməz. Ancaq elə tək-tək şəxslər də var ki, onların birinin yoxluğu ilə bir xalqın ədəbiyyatında uçurum əmələ gələr. Tanrı bizə uçurumları doldurub dağ eləyənləri çox göndərdi. Ancaq "baş gödəndən aşağıda olan yerdə, bu millətin dərdi-səri min şaxəli"...
   
   
   
   ***
   
   14 oktyabr Məmməd Arazın ad günüdür. "Bir də ömrümüzə qayıtmaz bu gün, bir də yolumuza çıxmaz bu qatar..."


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-16
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK