ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Fədəkarlıq nümunəsi - İşıqlı sabahlara doğru...

11425    |   2020-05-14 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fədəkarlıq insanı ucaldır. Bu ucalıq isə hər tərəfdən aydın görünür. Fədəkar insanlar bütün varlığı ilə işlərini ən yüksək səviyyədə görməyə çalışırlar. Belə fədəkar və qayğıkeş insanlara hər zaman ehtiyac var.

Bildiyimiz kimi bütün dünyada davam edən pandemiya dövründə sosial sferaların bütün sahələrində təcrid prosesi gedir. Bu sosial sferlardan ən həssas və diqqət çəkilməli olanlardan biri də uşaq bağçalarıdı. Azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərimiz bu karantin günlərində də körpələri darıxmağa qoymurlar. Uşaqlara onlayn dərslər keçirir, tapşırıqlar verir, bir sözlə işlərini mövcüd duruma uyğun şəkildə aparırlar.

Buzovna qəsəbəsi 340 saylı Körpələr evi uşaq bağçasında da azyaşlıların təlim-tərbiyə işi ən yüksək səviyyədə aparılır. Həmin bağçanın direktoru Gülnar Qəmbərova həm müəllimlərin, həm də uşaqlarla yaxından maraqlanır, onlarla birlikdə bu məsul işdə böyük sevgi ilə yanaşır.


Bağçanın Böyük A qrupunun müəlliməsi Sevil Mehdiyeva uşaqların onlayn dərslərdə aktiv iştirak etdiyini, müəllimlərin həvəslə bu dərsləri apardığını söyləyib. Keçirilən dərslərin uşaqlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən müəllimə həm də bu prosesin uşaqların virtual da olsa ünsiyyət bacarıqlarının ortaya çıxması üçün əlverişli olduğunu qeyd edib.

Bir neçə mövzüda keçirilən dərslər uşaqların ətraf mühitə olan münasibətdə diqqətli olmağa və təbiəti sevməyə səsləyir. Gigiyenik qaydalara əməl etməyin vacibliyi də xüsusi olaraq vurğulanır.


340 saylı Uşaq Bağçasının metodisti Balaxanım Ələkbərova da dərslərin keçirilməsində və pedaqoji istiqamətdə lazımi işlərin görülməsində müəllimlərə yaxından köməklik göstərir. Bağçanın müəlliməsi Gülnar Həsənova isə bu cür dəsrlərin yaxşı bir təcrübə olduğunu, həm də uşaqların informasiya-texnologiya sahələri ilə daha yaxından tanış olduqlarını bildirib.

Müəllimə sonda qeyd edib ki, bu sınaqdan da uğurla çıxıb, tezliklə yenidən sağlam və təhlükəsiz bir həyata başlayacağıq.

Tural Cəfərli




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK