ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faşizmə qarşı müharibənin qəhrəmanı, görkəmli maarif xadimi, el ağsaqqalı

23955    |   2020-05-11 09:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məni son vaxtlar düşündürən məsələlərdən biri tariximizdəki, mədəniyyətimizdəki, adət-ənənələrimizdəki el ağsaqqalı, el ağbirçəyi məsələsidir. Təəsüf ki, indi bu mühüm institumuz olduqca xoşagəlməz bir vəziyyətdədir. Heç şübhəsiz ki, cəmiyyətdə baş verən bir sıra xoşagəlməz halların mühüm səbəblərindən biri də budur. Çünki bizim xalq hər zaman, uzun əsrlər boyu elin ağsaqqalı, ağbirçəyi məsələsinə olduqca ciddi əhəmiyyət vermişlər. Hər bir kənddə, qəsəbədə, məhəllədə, ümumiyyətlə böyük şəhərlərdə, ölkə miqyasında belə ağsaqqalların, ağbirçəyin sözü, mövqeyi bir çox problemlərin ahəngdar şəkildə həll edilməsində böyük rol oynamışdır. Amma hər kəsə məlumdur ki, bu ağsaqqalıq, ağbirçəklik saqqalın, birçəyin ağlığı, yaşın çoxluğu ilə müəyyən olunmayıb. İlk nöbədə həmin adamlar öz müdrikliyi, əməlləri, mənəviyyatı, ləyaqəti, iradəsi, həyat təcrübəsi ilə müəyyən olunub. Belə adamları heç zaman səsvermə ilə seçməyiblər. Həmin adamları insanların qəlbi seçib.

Belə gözəl el ağsaqqallarımızdan biri də Ağdamda adını hər kəsin böyük rəğbətlə çəkdiyi, haqqında sevə-sevə xatirələr danışdığı, gənclərə örnək göstərilən görkəmli ziyalımız Surxay Qurbanovdur. Faşizm üzərində qələbənin 75 illiyi qeyd edilən bu günlərdə, o qələbənin qazanılmasında ölüm-dirim mübarizəsi aparan belə bir insanlarımızı xatırlamaq borcumuzdur.

Ağdamda hər kəs Surxay müəllimlə fəxr edir. Onu bu zirvəyə qaldıran onun ləyaqəti, prinsipiallığı, yüksək insanı keyfiyyətləri olub. 1912 – ci ildə anadan olub. Görünür elə ilk uşaqlıq illərində onun nəsli-nəcabəti, ailəsində olan milli ruh, çox mehriban münasibət, ona qarşı olan sevgi, qayğı qəlbini, ruhunu olduqca gözəl formalaşdırıb. Həyat elə nizam verib ki, o həm öz, həm də əmisinin ailəsinin sevimlisi olub. Eyni həyətdə yaşadıqları öz doğma əmisinə övladlığa verilib. İki müdrik kişi ona atalıq, iki xanım-xatun qadınsa ona analıq edib, qayğısına qalıb. Hələ körpə yaşlarından öz zəkası, ləyaqəti, davranışı ilə böyüklərin diqqətini çəkib, rəğbətini qazanıb.

Məktəbə getcək müəllimlərin də sevimlisi olub və görünür bu münasibət də onun müəllimlərə, təhsilə məhəbbətini artırıb. Həmin dövrün kadrlara olan ehtiyacı hesabına, bir əlacı şagird kimi seçilən Surxay Qurbanov hələ olduqca gənc yaşlarından – 1930-cu ildə pedoqoji fəaliyyətə başlayıb. Ağcabədi, Ağdam rayonlarında müəllim, dərs hissə müdiri, məktəb direktoru kimi vəzifələrdə çalışıb. Eyni zamanda rayonda çıxan "Lenin yolu” qəzetində məsul katib vəzifəsində işləyıb. Həmin dövrlər bu olduqca mühüm bir vəzifə hesab olunurdu. Mənəviyyatlı bir ailə başçısı, gözəl insani keyfiyyətlərə malik Surxay Qurbanov o zaman istər bir müəllim kimi, istərsə də Rayon Partiya Komitəsinin orqanı olan bir qəzetin məsul işçisi kimi əhali arasında böyük nüfuz qazanmışdı.

1941 – ci ildə müharibə başlayan gündən cəbhəyə getdi. 1945 – ci ilin avqust ayına kimi faşizmə qarşı aparılan bu müharibədə iştirak etdi. Artıq 29 yaşlı, geniş həyat təcrübəsi olan bir insan kimi müharibəyə qatılan bu gənc tezliklə orduda da fərqlənməyə, seçilməyə başladı. Əvvəlcə Sovet-İran sərhəddində qulluq etdi. Çünki, o zaman belə bir ehtimal da vardı ki, almanlar Bakı neftinə görə İran tərəfdən hücum edə bilərlər. Bu sakitlik dövründə o bir topçu kimi hərbin sirlərini dərindən öyrənə bildi.

1942-ci ildə, iyun ayında almanlar Şimali Qafqaza hücum edib Mozdok, İşşorovski, Budyonnu rayonlarını işğal etdilər. O zaman Surxay Qurbanovun qulluq etdiyi batolyon da Şimali Qafqaza, almanlarla ölüm-dirim mübarizəsinə göndərildi. İyun ayında, Terek çayını keçəndən sonra qızğın döyüş meydanına düşdü. Tez-tez baş verən döyüşlərdə o öz şəxsi keyfiyyətləri və artıq qazandığı böyük təcrübə hesabına bir cəsur, qəhrəman döyüşçü kimi fərqlənməyə başladı. Surxay Qurbanov 1943 – cü ilin mart ayında 269 – cu qvardiyaçı zenit topçu alayının tərkibində Novorossiyskə, "Kiçik torpaq” adı ilə məşhur olan döyüş zonasına göndərildi. Bu ölümlə üz-üzə qalmaq demək idi. Sentyabr ayındakı amansız döyüşlərin birində o öz pulemyotu ilə vurub düşmən təyyarəsini saldı. Buna görə də "İgidliyə görə” medalı ilə təltif olundu. Həmin dövrlər o müharibə zonasında – "Kiçik torpaq” da nə baş verdiyi barədə bir vaxtlar SOV. İKP MK– nın baş katibi olmuş, müharibə zamanı isə həmin müharibə zonasında vuruşmuş L. İ. Brejnevin müəllifi olduğu "Kiçik torpaq” adlı kitabda ətraflı məlumat verilmişdir.

Daha sonra Surxay Qurbanovun mübarizə meydanı Ukrayna cəbhələrində olmuşdur. Baş verən xeyli döyüşlərin biri haqda ayrıca danışağa ehtiyac vardır. Bu döyüş 1944 – cü ildə Cexoslavakiya sərhəddində olub. 14 oktyabrda Surxay Qurbanov öz iki köməkçisi ilə alayın qərargahından 3 km aralıda ön xəttə idi. Qərargahın xəbəri olmadan düşmən xeyli sayda artıq qoşunla onlara qarşı hücuma keçmişdi. Onlar, bir neçə saat döyüşməli oldular. Surxay Qurbanov və köməkçiləri, necə deyərlər, son patrona qədər vuruşdular. Onların pulemyotunun qalxanına, dəbilqələrinə dəyən düşmən gülləsinin sayı hesabı yox idi. Son 50 patron qalanda qərara aldılar ki, əllərindəki qumbara ilə həm özlərini, həm də öz pulemyotlarını partlatsınlar. Buna hazırlaşdıqları zaman, taledən, arxadan kömək gəldi. Onlar düşməni qovdular. Məlum oldu ki, onun dəstəsi düşmənin 102 əsgərini və 4 pulemyotu məhv edib. Bu görünməmiş bir qəhramanlıq idi. Buna görə Surxay Qurbanov Sovet İttifaqı Qəhrəmanı adı almağa təqdim edildi. Təəsüf ki, hansısa fitnəkarların(bəlkə yenə də ermənilərin) maneciliyi üzündən ona bu ad verilmədi. Amma, olduqca böyük əhəmiyyət daşıyan "Birinci dərəcəli Böyük Vətən müharibəsi” ordeni ilə təltif olundu. Qalxanında saysız hesabsız güllənin izi olan pulemyotu isə "kiçik zabit Qurbanovun pulemyotu” qeydi ilə II Dünya müharibəsinin rəşadətini əks etdirən muzeyə göndərildi.

Onun həyatındakı ən əlamətdar döyüşlərdən biri də Karpatda, aprel ayında baş verdi. Surxay Qurbanov tərkibində olduğu vzvodun komandiri ilə, gecə vaxtı, kəşfiyyata getdikləri zaman ayın solğun işığında gördülər ki, bir neçə əsgər səngər qazır. Düşündülər ki, özlərinin başqa hissədən olan döyüşçüləridir. Rus dilində səsləsələr də, cavab almadılar. Onlara yaxınlaşanda səngər qazanların hamısı səngərə tullandılar. Amma bir nəfər torpağın üstündə oturub siqaret çəkirdi. Onu rus dilində səslədilər. O isə cəld ayağa durub: - əllər yuxarı, rus! - deyə bağırdı və vzvod komandirinin üstünə atıldı. Surxay Qurbanov ona güllə ata bilmirdi ki, komandirinə dəyər. Ona görə də özü hər ikisinin üzərinə atıldı və onları birlikdə qolları arasında sıxmağa başladı. Bundan istifadə edən komandir canını qurtardı və arxaya qaçdı. Surxay Qurbanov atəş açmaq istəyəndə tapança açılmadı. Düşmənsə artıq ona güc gəlməyə başlamışdı. Bu zaman o tapancanın qundağı ilə vurub düşmənin başını partlatdı və öldürdü. O əlbəyaxa döyüşdəki qəhamanlıq göstərərək öz həyatını risqə qoyaraq komandirini xilas etdiyinə görə çox nüfuzlu "Qırmızı ulduz” ordeni ilə təltif edildi. Cəbhədə olduğu müddət ərzində üç dəfə yaralansa da yenə də cəbhəyə qayıtmış və mübarizəni davam etdirmişdir. Bir qəhrəman pulemyotçu kimi Ümumittifaq səviyyədə tanınmışdır. Azərbaycanın adını bütün Ümumittifaq səviyyədə yüksəltmişdir.

O öz elinə yalnız 1945 – ci ilin avqust ayında qayıda bildi. Əvvəllər də camaatın böyük rəğbətini qazanmış, indi isə müharibədən sinəsində yüksək ranqlı orden medallarla qayıtmış Surxay Qurbanovu əhali həm də bir cəsarətli, qorxmaz igid, qəhrəman kimi qarşıladı. Yenə də, çox sevdiyi təhsil sahəsində çalışmağa başladı. Amma yenə də bir müddət sonra təhsil sahəsindən ayrılmalı oldu. Böyük ehtiyac olduğuna görə prokurorluq sistemində işə təyin etdilər. O bu sahədə də öz qabiliyyətini, bacarığını göstərdi. Ümumittifaq Qiyabi Hüquq İnstitunu da bitirdi. Artıq dünyanın, müharibənin dərsləri hesabına xeyli müdrikləşmiş Surxay Qurbanov tezliklə ciddi bir prokurorluq işçisi kimi tanındı və vəzifədə irəli çəkildi. Gəncə Vilayət Prokurorluğunda İstintaq şöbəsinin rəisi vəzifəsinə təyin edildi. Amma bir az sonra bu vəzifədən uzaqlaşdırıldı. Buna səbəb isə onun mühüm bir insani keyfiyyətə malik olması - dostluğa sədaqəti oldu. Beləki, müharibədən əvvəlki vaxtda qardaş qədər yaxın olmuş, camaat arasında da böyük nüfuzu olan İsmayıl Hacıyev adlı dostu ilə görüşmələri oldu. İsmayıl Hacıyev müharibə zamanı əsir düşmüş, Azərbaycan legionerləri ilə görüşmüşdü. Ona görə də həps edilmiş və adı qara siyahıya düşmüşdü. Müharibədən qara kağızı gəlsə də, sonra özü sağ-salamat gəlib çıxan dostu ilə görüşməsi o zamankı normalara görə yolverilməz idi. Elə buna görə də 1953 – cü ildə prokurorluq sistemindəki işi ilə vidalaşdı.

Beş ay işsiz qaldı. Sonra öz ruhu, qəlbi ilə maarif sisteminə bağlı olan Surxay Qurbanov Ağdam rayon Xalq Maarif Şöbəsində müraciət etdi. Rayonda, camaat arasında nüfuzunu nəzərə alaraq onu inspektor vəzifəsinə götürdülər. 1957- ci ilə qədər bu vəzifədə işlədi. 1957 – ci ilin avqust ayından ömrünün sonuna – 1977-ci ilə qədər Ağdamda 3 saylı məktəbin direktoru vəzifəsində çalışdı. Təhsil sahəsindəki uğurlu fəaliyyətinə görə "Əməkdar müəllim” və "Qabaqcıl maarif xadimi” adlarına layiq görüldü. Amma onun fəaliyyəti təkcə məktəb direktorluğu ilə məhdudlaşmamışdır. Surxay müəllim Ağdam ictimaiyyətinin ən nüfuzlu, hörmətli ağsaqqallarından biri kimi fərqlənmişdir. İstər dövlət siyasətinin həyata keçirilməsində, istərsə də çamaatın xeyir-şər işlərində ən fəal insanlardan biri olmuşdur. Hər bir insanın, yaxın dostu, məsləhətçisi olmuş, onlara əlindən gələn qədər kömək etmişdir.

Surxay müəllim eyni zamanda öz əxlaqi, mənəvi keyfiyyətləri ilə tanınan nümunəvi bir ailə başçısı olmuşdur. Atalarının adına layiq, onun nüfuzunu daha da yüksəldən 7 övladının hər biri öz vətəninə sədaqəti ilə seçilən, bütün ölkəmizdə tanınan adlı-sanlı insanlar kimi yetişmişlər. Surxay Qurbanov 65 yaşında qəflətən vəfat etmişdir. Onun dəfni Ağdamda olduqca böyük izdihamla keçmişdir. Bu böyük bir xalq matəmi idi.

Belə insanlarımızı heç vaxt unuda bilmərik. Onları daima yad etməli və böyüyən yeni nəslə nümunə olaraq göstərməliyik.

Əhməd Qəşəmoğlu




İmza:

Dəmir Yollarından pandemiyadan sonrakı fəaliyyətlə bağlı AÇIQLAMA

İlham Əliyevdən sərt açıqlama: “Mənzillər rüşvət müqabilində paylanılır”

Rəsulzadə ləkə götürməz - Mais Əlizadə yazır

Ramazanın 26-cı gününün duası: imsak və iftar vaxtı

Təlimlərdə qoşunlar gecə vaxtı tapşırıqları icra ediblər - VİDEO

Abşeron dairəvi dəmir yolunda xəttə əlavə qatarlar qoşula bilər - SƏBƏB

Lənkəranın altı kəndinin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb - VİDEO

Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir - VİDEO

“20 yanvar” dairəsində yenidənqurma işləri yekunlaşdı - VİDEO

Prezidentə yazırlar: Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik

Qusarlı qadın həyətində müxtəlif növ heyvanlar bəsləyir - VİDEO

Azərbaycanda it döyüşləri təşkil edən altı nəfərin kimliyi müəyyənləşdirildi

Sabah Bakıda 29 dərəcə isti olacaq

Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ

Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust tarixlərində aparılacaq

Azərbaycanda koronavirusun sərnişin daşımalarına təsirləri açıqlanıb

Azərbaycanda itlərə narkotik vurub, ölümcül döyüşə buraxırlar? - VİDEO

Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO

Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA

SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK