ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: İSMAYIL QARAYEVİN XANIM QIZI

35419    |   2020-04-17 08:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsmayıl Qarayev mənim ən çox sevdiyim yazıçılardandı. Ona görə indiki zamanda yazıram ki, sənətkarlar heç zaman ölmürlər, əsərləri nə qədər yaşayır, o qədər də yaşayırlar. Hələ orta məktəbdə oxuyandan bir yazıçı kimi sevirdim onu. Xüsusilə qeyri-adi , bal kimi bir dili vardı, ağdamlıların deyimi ilə söyləsək, əsl Seyidli qaymağıydı, doymaq olmurdu. Azərbaycanda bal kimi dili olan beş-altı yazıçı varsa, onun da biri İsmayıl Qarayev idi.

Bircə dəfə görüşmüşdüm «Gənclik» nəşriyyatının qabağında. Ortaboylu, qarayanız bir kişi idi. Xeylaq da söhbət elədik.

Deyilənə görə, bir yazıçı kimi mənim də dilim bal kimidi. Ona görə İsmayıl Qarayevə, Cəmil Əlibəyova, Əkrəm Əylisliyə borcum var. Onların da dili baldı. Mövlud Süleymanlının adını çəkməmək günah olar.

Bir gün yenə «Gənclik» nəşriyyatının qarşısında maral kimi gözəl bir qız gördüm. Qarabağlılar, xüsusilə ağdamlılar üçün gözəllik meyarı maraldı. Onunla ölçürlər gözəlliyi. Boylu-buxunlu, yaraşıqlı, şirin xanımlara maral deyirlər.



Dostum Adil Cəmildən soruşdum ki, bu maral kimi gözəl kimdi? Dedi ki, İsmayıl Qarayevin qızıdı, adı da Xanımdı. O, atası kimi ortaboylu deyildi, boylu-buxunlu, bir qədər sərt sifətli, amma atası kimi qarayanız idi.

İsmayıl Qarayevin çox gözəl bir əsəri var: «Gecə keçir». Əsərin qəhrəmanı da bir xanımdı. Qorxusuz, ürküsüz, cəsarətli, qeyrətli bir türk xanımı. Yəqin İsmayıl müəllim bu əsəri yazanda Xanım onda uşaq imiş. Amma böyüyəndən sonra elə hər mənada əsərin qəhrəmanına oxşayırdı.

Elə yaxın tanışlığımız yoxdu. Bir-iki dəfə belə, atüstü salamlaşmışıq. Amma bu xanımı çox gözəl tanıyıram. Həm bir şair kimi, özü də gözəl şair kimi, həm də bir bəstəkar kimi. Allah bu xanıma həm maral kimi gözəllik verib, həm də qeyri-adi istedad verib, heç nə əsirgəməyib. Əsirgədikləri də var, xoş günündə onları yada salmaq istəmirəm.

Bu gün Xanım İsmayılqızının ad günüdü.

Yaşa, Xanım İsmayılqızı! Yaz, yarat , öz əsərlərinlə yaşat bu milləti.

Səni ürəkdən təbrik edirəm.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-05-29
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK