ANA SƏHİFƏ / MƏMLƏKƏT

Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

7886    |   2020-04-03 21:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına dair müraciət edib.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, müraciət edənlərin böyük əksəriyyəti uzun müddət fərqlənmə nişanı olmadan qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülər olub. Müraciət edənlərin bir qismi vergi ödəyicisi kimi qeydiyyatda olsa da, onların idarə etdiyi avtomobil taksi kimi qeydiyyatda olmayıb. Müraciət edənlər arasında yaşı 65-dən yuxarı sürücülərin olduğu da müəyyən olunub.

Eyni zamanda, nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmadığı da müəyyən edilib.

Qeyd edilənləri nəzərə alaraq həmin sürücülərin avtomobillərinə fərqlənmə nişanı verilməyib.

Nəqliyyat vasitəsi taksi minik avtomobili kimi qeydiyyatda olan, davamlı olaraq fərqlənmə nişanı alan sürücülərə və taksi şirkətlərinə fərqlənmə nişanının verilməsi təmin edilib.

Həmçinin bildirilir ki, bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadə halı ilə bağlıdır. Belə ki, həmin sürücülərin əsl məqsədi xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunan zaman taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etməkdir.




İmza:

İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında

Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda

Sabah 31 dərəcə isti olacaq

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb

Mədəniyyət nazirinin səlahiyyətləri heç kimə həvalə edilməyib - RƏSMİ

Pandemiya dövründə qida məhsullarının ticarətinə dair metodiki göstərişlər - VİDEO

İçərişəhər sakinlərindən təhlükəli və xeyirxah əməl: Quyuya düşmüş pişiyi xilas etdilər - VİDEO

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK