ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Qərbin gələcəyini çinlilər təhdid edir”- Cek London

60234    |   2020-04-03 09:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əyyaş, dahi, irqçi sosialist, yoxsa kim? O sosialist olmasına baxmayaraq dünyanı gələcəkdə çinlilərin təhdid edəcəyini bildirirdi.

Yanımda biri olanda içmək istəyirdim. Ətrafımda kimsə olmayanda isə təkbaşına içirdim. Dahi əyyaşların dövründə yaşayan yazıçı bəlkə də əyyaşların kralı idi.

Hələ beş yaşı olarkən atası onu pivə almağa göndərirdi. Beləcə Cek Londonun içki həyatı başladı. O bundan məyus olmur, hətta beş yaşda içkiyə başladığına görə fəxr edirdi. 14 yaşına çatanda isə böyük kişilər kimi içirdi. Gündə bir litrə qədər viski içir, sonrasa bunun dadını avaralıq etməklə çıxardırdı. Bir dəfə o qədər sərxoş olmuşdu ki, San Fransisko körfəzinə yıxılmışdı. Onu bu körfəzdə boğulmaqdan yalnız yunan balıqçılar xilas etdi. Yaponiyada Yokohoma limanında yelkənli qayığını saxlayıb bir həftə dayanmadan düyü arağı içdi. Axırda polislər onun limandan çıxmasını əmr etdilər. Çox sərxoş olduğundan suyun altında nəfəs alacağını düşünən yazıçı polislərdən qurtulmaq üçün suya baş vurdu. Yapon səlahiyyətlilər onun boğulduğunu düşünərək sənədlərə ölmüş kimi qeyd etdilər.

Davakar və don juan xarakter ilə diqqət çəkməsə də ədəbiyyatın önündə gedənlərdən birinə çevrildi. Qeyri-leqal münasibətdən doğulan Londonun uşaqlığı yoxsulluqla keçdi. London bir növ özü özünü yetişdirmiş, tərbiyələndirmişdi. Onu kitab qurdu adlandıra bilərik. Kolleksiyasına on beş min kitab daxil idi. Kitablardan öyrəndiklərini həyatda çox şey qazandırdı. Bunu etiraf edirdi. Özünün düzəltdiyi yelkənli qayığı ilə səyahətə başladı.

1905-ci ildən sonra bu səyahətlərə ikinci həyat yoldaşı Kitrec ilə birlikdə çıxdı. London bu xanımına "kişi kimi qadın” deyə xitab edirdi. London onda təkcə intelektual fikirləri deyil, eyni zaman qadın kimi axtardıqlarını da tapmışdı.

Macəraları yazıçını formada saxlasa da müxtəlif xəstəliklərə tutuldu. Axırda bütün bunlar onu ölümə sürüklədi. İyirmi yaşlarında xəstəlikdən dörd ön dişini itirdi. Müxtəlif səyahətlər zamanı isə dizenteriya,sətəlcəm və.s xəstəliklərə tutuldu. Yavaya səyahət zamanı isə əlləri şişərək iki qatı oldu və dərisi soyulmağa başladı. Bu xəstəliyə dənizçilər arasında vitaminsizlikdən geniş yayılan Pellegra diaqnozu qoyuldu. London bunlardan başqa revmatizm, böyrək daşı, ayaq infeksiyası, boğaz iltihabı kimi xəstəlik və problemlərlə üzləşmişdi. 1916-cı ildə yoluxduğu son xəstəlik isə ölümünə səbəb oldu. Deyilənlərin əksinə olaraq o, intihar etmədi. Ağrılarının qarşısını almaq üçün vurduğu morfinin dozası artıq olmuşdu. Beləliklə, London gözünü əbədi olaraq yumdu. Onun qəbri bugünkü adıyla Cek London dövlət parkındadır.

London uşaqlığı səfalət içərisində keçsə də ədəbi mühitdə uğurlu bir həyat yaşadı. Hər nə qədər qeyri-leqal münasibətdən doğulsa da onun atasının Kaney olduğu bildirilir. Atası keçmiş pirat idi. O, sonradan astroloqluğa başladı. Gündəlik bürc falları yayımlayaraq bu sahədə məşhur olmağa başladı və bu sahəyə akademik bir yön verdi. Onun bürc fallarına görə Londonun atası o deyildi. 1897-ci ildə London atasını tapdı və onunla görüşdü. Amma Kaney onun atası olduğunu inkar edərək impotent olduğunu söylədi. Bu məsələ indi də müzakirə olunmaqdadır.

London dəfələrlə plagiatlıqla günahlandırılmışdı. Onun bir neçə nəfərə ideya və fikir üçün pul ödədiyi məlumdur. Bunların arasında Sinkler Levis var idi. Yazıçı irlandiyalı jurnalist Frank Harris və amerikalı yazıçı Norrisin yaradıcılığından bəzi ideyaları oğurlamışdı. Bunlar üzə çıxanda isə Londonun müdafiəsi "eyni mənbədən yararlanmışıq” olurdu.

London əsərlərindən bir milyon dollar qazanan ilk amerikalı yazıçıdır. Eyni zamanda sadiq sosialist idi ki, bu müasirlərinin diqqətindən qaçmadı. Mark Tven bir dəfə onun haqqında demişdi ki, hakimiyyət işçi sinfinin əlinə keçsə hansı vəziyyətə düşdüyü görər. Qonorarını ala bilmək üçün polis çağırmaq məcburiyyətində qalar.

O, kübar məclislərə fəhlə sinfinə məxsus olan köynəklərlə gedərdi. Amma bu köynəklər çox səliqəli və ütülənmiş olardı. Yazıçı məktublarını "İnqilab arzusuyla” sözləriylə imzalayırdı. Amma bu yolda heç bir zəhmət sərf etmədi. Oaklenddə bələdiyyə başqanlığına namizəd oldu. 1901-ci ildə 245 səs toplayan London, bundan dörd il sonra səslərini 981-ə qaldırdı. Daha sonrasa namizədlikdən vaz keçdi.

Siyasi düşüncəsinə, işçi sinfinin haqlarını düşünməsinə baxmayaraq o, bir irqçi idi. Bu, xüsusən asiya xalqlarına qarşı radikalca idi. 1904-cü ildə rus –yapon müharibəsi zamanı Yaponiyaya ezam olunarkən yaponların cəsarəti haqqında belə demişdi:” Yaponlar cəsur ola bilərlər. Amma diqqətlə baxsanız sürü halında hücum edən Amerika donzuları da cəsurdu.” O, yaponlarla kifayətlənməmiş koreyalıları da təhqir etmişdi. Çinlilər bu məsələdə nisbətən uğurlu çıxmışdı. O, çinliləri qorxaq olmayan və çalışqan kimi qələmə vermişdi. Amma 1904-cü ildə "qəhvəyi” yaponlarla "sarı” çinlilərin bir gün birlikdə gücə çevrilib təhlükə olacaqları barədə xəbərdarlıq etmişdi:

"Qərb dünyasının qarşısında təhdid balaca qəhvəyi rənglilər deyil. Qəhvəyi rənglilərin idarə edəcəyi 400 milyon sarı adamdır”

London satanistlər arasında yazmadığı bir əsərlə məşhurdu. Anton Szander Laveyin şeytan kilsəsi Güc haqdır kitabının 1896-cı ildə Londonun yazdığını iddia etdi. Reqnar Redbard adlı biri tərəfindən yazılan kitabın əslində London olduğu bildirilirdi. Maraqlıdır ki, Reqnarın əsl kimliyi heç zaman bilinmədi.

Güclü zəifi ibtidai qanunlarla idarə etməlidir və.s kimi deyimlər sonralar satanistlərin, anarxistlərin, stalinistlərin amalına çevrildi. Hər nə qədər asiyalılardan zəhləsi getsə də ona aid olduğu deyilən fikirlər asiya xalqlarında, onların diktatorlarının əməlinə çevrildi.

Tərcümə etdi: Emin Piri




İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK