ANA SƏHİFƏ / SAĞLAMLIQ

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmayıb - RƏSMİ

4419    |   2020-03-29 21:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb”.

APA-nın xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur: "Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Müayinə və yoxlamalar üçün Naxçıvanda ən müasir laboratoriya qurulub ki, həmin laboratoriyalarda şübhəli xəstələrə ən dəqiq diaqnoz qoymaq mümkündür. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər. Artıq Naxçıvanda bir neçə gündür ki, onlayn market də fəaliyyətə başlayıb. Evlərə istənilən ərzaq və digər zəruri məhsullar rahatlıqla çatdırılır. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb. Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir”.



İmza:

Koronavirusa qarşı yoğurtşəkilli peyvənd hazırlanır

ÜST koronavirusun asimptomatik daşıyıcıları ilə bağlı məlumat toplayır

Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA

Rusiyada yaşayan məşhur azərbaycanlı həkim peyvəndin uşaqlara faydalarından danışdı

Prokurorluq əməkdaşı koronavirusa yoluxub

“Reanimasiya şöbəsi tam dolub, bir dənə də yer yoxdur” - VİDEO

Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

Koronavirusa qarşı effektiv hesab edilən dərman açıq satışa çıxarılmayacaq

Qonşu ölkədə koronavirusa yoluxanların sayı 150 mini keçdi

Dəri xərçənginin ilkin əlamətləri açıqlandı

Ölümcül beyin şişini müalicə edəcək dərman hazırlandı

SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK