ANA SƏHİFƏ / HÜQUQ

Baş Prokurorluq KİV-lər və sosial şəbəkə istifadəçilərinə bir daha xəbərdarlıq edib

36968    |   2020-03-16 12:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov koronavirusla bağlı "ASAN Radio”ya müsahibə verib.

Adalet.az-ın məlumatına görə, koronavirusla əlaqədar şayiə yayanların barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə bağlı danışan Eldar Sultanov bildirib ki, sözügedən məsələ miqyasına görə nəinki ölkə vətəndaşlarını bütövlükdə dünya ictimayyətinin maraq dairəsində olan narahatlıqdır: "Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB, Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə qeyd edilən virusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər barədə, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş digər tədbirlər barədə mütəmadi olaraq ictimayətə məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır”.

Baş Prokurorluğun rəsmisi ictimaiyyətdə yalnış fikir formalaşdırması məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərinə bir daha xəbərdarlıq edib:

"Bildiririk ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.

Yanlış fikrin formalaşmasına xidmət edən məlumatları yayan şəxslərin cəzalandırılması ilə bağlı məlumat verən Eldar Sultanov bildirib ki, bəzi KİV-lər və sosial şəbəkələrdə cəmiyyətdə süni ajotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı bir səsyazısı yayılıb: "İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunub. Eyni zamanda aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunmuş və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilib. Fürsətdən istifadə edərək sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu olaraq vətəndaşlarımızı belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıram”.




İmza:
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK