nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Nazir Daxili Qoşunların hərbçilərini mükafatlandırdı Adalet.az | Nazir Daxili Qoşunların hərbçilərini mükafatlandırdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Nazir Daxili Qoşunların hərbçilərini mükafatlandırdı

4347    |   2020-03-12 18:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılan "Əbədi məşəl” önünə əklil qoyulub, Daxili Qoşunların şəhid olan hərbi qulluqçularının abidəsi ziyarət olunub. Martın 12-də Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə növbəti ildönümə həsr olunan təntənəli mərasim keçirilib. Tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi "Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunub.

Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu, 1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü və hərbi qulluqçulardan 9 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini vurğulayıb.

Sonra çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ümummilli lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.

Nazir Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin müasir standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib.


V.Eyvazov qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən I Avropa oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" Azərbaycan Qran-Prisi yarışları kimi mötəbər beynəlxalq idman və digər mədəni-kütləvi tədbirlər zamanı, eləcə də təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında qoşunların şəxsi heyət üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 18 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.

V.Eyvazov ölkə Prezidentini əmin edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək. Sonra əlamətdar gün münasibətilə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə Daxili İşlər Nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib. Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri İlham Əliyevə müraciət qəbul olunub.




İmza:

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək - İbrahim Məmmədov

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA

Habil Əliyevin qızı koronavirusa yoluxdu - AÇIQLAMA

İbrahim Məmmədov: “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir”

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ

Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi - VİDEO

Daxili Qoşunların hərbçiləri Bakıda polislə birlikdə xidmətə başladı - FOTO/VİDEO

Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ

Diaspor Komitəsi Ukraynadakı azərbaycanlıların vəziyyəti barədə məlumat yaydı

Avropa Komissiyası koronavirusla mübarizə üçün Azərbaycana pul ayırdı - MƏBLƏĞ

İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN

Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı - RƏSMİ AÇIQLAMA

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK