ANA SƏHİFƏ / KRİMİNAL

Cinayətkar “Əmioğlu” saxlanıldı - Dəhşətli qətlin üstü açıldı

16609    |   2020-02-27 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az -a verilən məlumata görə, həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş "Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun "Mersedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Sumqayıt ŞPİ-də Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi "Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib.

Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək eksqumasiya edilib.

Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi "Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib. Qeyd edilən faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.



İmza:

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

İsmayıllıda narkotik becərən qonşular saxlanılıb

Prokurorluq Bərdədə ana və qızının qətli ilə bağlı məlumat yaydı

Maştağada istixanada marixuana əkən şəxs tutuldu - FOTO/VİDEO

Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü

Balakəndə bir evin həyətində çətənə kolları aşkarlanıb

Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı

Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi

Gəlin baldızının pullarını oğurlatdı

Mağazadan oğurluq etmək istəyən gənc müştərilər tərəfindən tutuldu - VİDEO

Azərbaycanda “Yura” ləqəbli narkotacir tutuldu

Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib

SON XƏBƏRLƏR
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK