ANA SƏHİFƏ / SİYASƏT

Münhen Qarabağın həlli üçün başlanğıcdır – Türk ekspert

6968    |   2020-02-17 20:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağla bağlı bu görüş yeni bir başlanğıc ola bilər.

Adalet.az xəbər verir ki, bu sözləriAxar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın debatını şərh edərkən deyib. O bildirib ki, Münhen zirvəsində bir ilk yaşandı:

"Münhendə keçirilən təhlükəsizlik sammitində liderlər Qarabağ münaqişəsini ilk dəfə mətbuat önündə müzakirə etdilər. Daha əvvəl iki ölkə liderlərinin görüşlərində nələrin müzakirə olunduğu bizə yalnız mətbuata verilən açıqlamalardan məlum idi. Qarabağ mövzusunda liderlər tezislərini icazə verilən müddətdə izah etməyə çalışdılar və təqdim etdilər.

Burada Azərbaycan nəinki Qarabağla bağlı haqsızlıqla üzləşən tərəfdir, eyni zamanda onun yeddi rayonu da işğal altındadır və bunu BMT də təsdiqləyir.

Ermənistan isə işğalçıdır, lakin 25 ildir ki, bu vəziyyətə hüquqi zəmin yaratmağa çalışır. Cəbhədə atəşkəs olsa da, gündəlik qarşıdurmalar davam edir və qarşılıqlı hərbi itkilər olur. Bütün bunların fonunda baş tutan mətbuat konfransı zamanı liderlər həm dünya ictimaiyyətinə, həm də mediaya mövqelərini izah etmək imkanı əldə etdilər”.

Türk politoloq deyib ki, debatda Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı aydın olmasa da, bir həll yoluna getmək istədiyi hiss edilirdi:

"Xüsusən də erməni mətbuatında baş nazirin bu debatdakı çıxışı çox tənqid olunur. Bununla yanaşı, Paşinyanın hakimiyyətə gəlişi prosesini yaxından incələdikdə və bu görüşdə də baş verənlərin fonunda demək olar ki, Paşinyan Qarabağ məsələsinə sələflərindən fərqli yanaşır.

Paşinyan Qarabağ klanına qarşı hakimiyyətə gəlmək üçün mübarizə aparıb və hətta Ermənistanın ikinci prezidenti Robert Köçaryanı həbs etdirib.

Deyə bilərik ki, bu görüşdə Paşinyan passiv qaldı və müəyyən mənada daxili və xarici mətbuata Qarabağla bağlı təzyiqləri azaltmaqla bir həll yoluna getmək istədiyini nümayiş etdirdi”.

Həsən Oqtay qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün tezisləri lakonik formada ortaya qoyaraq, fürsətdən uğurla istifadə etdi:

"İlham Əliyevin bu addımı, əslində, Qarabağın dünya mətbuatında gündəm olmasına gətirib çıxardı.

Bundan başqa, "Kafkassam”ın erməni yazarı Hakop Badalyan dünən erməni dilində bir analiz yazmışdı. Ekspert Mehriban Əliyevanın Moskva səfərinə toxunmuşdu. Deməli, Qarabağla bağlı bu görüş yeni bir başlanğıc ola bilər”.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var

Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır

Makron Boris Consona ultimatum verdi

Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib

Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar vəsait xərcləyəcək

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

Kamaləddin Qafarov: Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifəsidir

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

BMT koronavirus əleyhinə qlobal həmrəylik qərarı qəbul etdi

Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

Rusiyalı politoloq: Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır

Milli Məclisinin Sədri struktur islahatları haqqında sərəncam qəbul edib

Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı

Azərbaycan hökumətinin hesabatı Milli Məclisdə müzakirə olunacaq

Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlığı müzakirə ediblər

SON XƏBƏRLƏR
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK