nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | BİR GÜN TANRI BAXA ÜZÜMƏ BƏLKƏ... - KƏMALƏDDİN QƏDİMİN ŞERLƏRİ Adalet.az | BİR GÜN TANRI BAXA ÜZÜMƏ BƏLKƏ... - KƏMALƏDDİN QƏDİMİN ŞERLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

BİR GÜN TANRI BAXA ÜZÜMƏ BƏLKƏ... - KƏMALƏDDİN QƏDİMİN ŞERLƏRİ

28108    |   2020-01-31 17:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Musa Yaquba

Nələr yapmırıq ki, quru can üçün,
Bir can ki möhtacdı suya, əkməyə.
Sən çiçək dərirsən o dünyan üçün,
Mən gərək başlayım ağac əkməyə.

Ay Ustad, qoy haqdan gələn butanı
Haqq özü qorusun uca tutanı.
Sözüm yox üzünə baxıb utanım,
Sözüm yox üstündən qara çəkməyə.

Başım açılmayır duman əlindən,
Qurtulam biryolluq yaman əlindən.
Tutub vaxt əlimdən, zaman əlimdən,
Qismət...Hara çəkə, hara çəkməyə...

Ağır ol, hər şeyin ağırına var,
Əlac ol, karına, sağırına var.
Nə var, mənim kimi fağırı, nə var
Bir quru şər atıb, dara çəkməyə.

Dayanıb xidmətdə, qulluqda şeytan,
Əvvəldə, ortada, quyruqda şeytan.
Hazırdı marıqda, buyruqda şeytan,
Hazırdı tələyə, tora çəkməyə.

Bir gün Tanrı baxa üzümə bəlkə,
Son bula, bitə bu oyun, mərəkə.
Çəkirsə, elə öz göyünə çəkə,
Çəkməyə, bu gordan gora çəkməyə...

BUMU ADAM İŞİ...

Mən elə bilirdim məni tək, paşam,
Elin karı duyub, koru görməyib.
Üçündən-beşindən biri olmuşam,
Nədənsə yüzündən biri görməyib.

Elə getmişəm ki vaxtnan yanaşı,
Hər yetən nabələd, hər yetən naşı;
Yolumun üstündə hər addımbaşı
Qurulan tələni, toru görməyib.

Bumu adam işi, əl işi görən,
Gedişi görməyib gəlişi görən.
Üzümdə candərdi gülüşü görən,
İçimdə atəşi, qoru görməyib.

Ömrümün nə çoxu, azı bilinir,
Nə də ki alnımda yazı bilinir.
Kimsə mənim kimi ölüb-dirilib,
Gedib gözləriylə goru görməyib...

İÇİM TƏMİZLƏNİR SƏNDƏN

Daha dürüst, daha düzmüş,
Haqlıymış gözlərin səndən.
Dil açıb söyləmişdilər,
Nə desən gözlənir səndən...

Düşmən kəsilib sinəmə,
Daş tək asılıb sinəmə.
Yaman qısılıb sinəmə,
Ürəyim gizlənir səndən.

Qoşulub kimnən gedirsən,
Gör nə biçimnən gedirsən...
Sanma, içimnən gedirsən,
İçim təmizlənir səndən...

HƏLƏ BİR DUANIN ÜSTDƏYƏM...

Əli dəyənəkli, qılınclı vardı
Fələk mən astanın, yavanın üstdə.
Tək bircə davalıq qələbə vardı,
Mən gedə bilmədim davanın üstdə.

Meydan meydan idi, fürsət tək əldi,
Axı, kim tək əlin səsinə gəldi?
Hələ də həvəs yox yuva dikəldim
O uçub, dağılan yuvanın üstdə.

Boşuna hər arzum, istəyim elə,
Bir kövrək, bir yanıq bəstəyəm elə.
Hələ bir duanın üstdəyəm elə,
O sən eylədiyin duanın üstdə.

Həmin dilsizinəm, o həmin lalın,
O həmin dərdlinəm, həmin bəlalın.
Yenə saatdabir dəyişir halım,
Atırlar yenə də havanın üstdə...

ÖLÜRSƏM, ALLAH ÖLDÜRSÜN

Olurmu yanım oduna,
Zülmünü çəkim olmazın.
Başına dolanım, durum,
Getməyə yolum olmasın?..

Nə gəlirsə canım, gəlsin,
Dərd gəldi, dərmanın gəlsin.
Olurmu fərmanın gəlsin
Altında qolun olmasın?..

Nə bir çarə, əlac burax,
Neynək, susuz qoy, ac burax.
Burax, ya da ki, aç burax
Mən adlı qulun olmasın.

Haqlıyam, üzüm güldürsün,
Suçluyam, həddim bildirsin.
Ölürsəm, Allah öldürsün
Qoy sənin əlin olmasın...

ADIM

Yaşadım alovlar, odlar içində,
Neynim, görünmədi boyum-buxunum.
Adım seçilmədi adlar içində,
Hələ kimlərdənsə sonra oxunur...

Bir mənəm, bir də ki sinəmin dağı,
Nə çəkdim həsrətdən, əzabdan özgə.
Nəyim var adıma, nəyim var axı,
Nəyim var beş-altı kitabdan özgə?..

Olmadı qəflətdən oyan, dur, deyən,
Heç vardan, dövlətdən dəvəm də yoxdu.
Bir azca köhnədi, uzundur deyə,
Adımı daşıyan nəvəm də yoxdu...

Bura da gəlmədim kefim əlindən,
Gör elsiz-obasız nə urvatdayam...
Zor ilə alındı evim əlimdən,
Hələ də havada qeydiyyatdayam...

Deyirlər şükr elə dərdsiz olmadın,
Canbirin, dərd bağrıbadaşın şükr.
Ali kürsülərdə dolaşır adın,
O boyda nazirdi adaşın şükr...

Qoyub gedəcəyim yolmu, izmi var,
Gör hələ nə düşdü yadıma mənim;
Daha bu dünyada küçəmizmi var,
Sabah da verilə adıma mənim...

Di yaşa, günləri günlərə cala,
Şələlə bu zatsız yaddaşın üstə.
Əslində o gündən daş altda qalar,
Elə ki yazıldı ad daşın üstə...

Bu boyda alilər, zatlar içində,
Neynim, görünməyir boyum-buxunum.
Adım da seçilmir adlar içində,
Hələ kimlərdənsə sonra oxunur...

MƏN SƏNİN YANINA QAYIDACAĞAM...

Bilməm, günmü keçər, aymı sovuşar,
Az qalıb a yurdum, yuvam, qovuşaq.
Bir az dəli-dolu, nadinc, kür uşaq
Ata kötəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Gözləyir, hələ də gözləyir məni,
Pəncərəm önündə solan səməni.
Gündə dörd dolanıb çölü, çəməni
Arı pətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Çatmadım bu il də güllü yazına,
Neçə şənliyinə, neçə yasına.
Bir bala qaranquş öz yuvasına,
Çoban tütəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Yetəcək əlinə nə xoş, əllərim,
İllər həsrətlisi, naxoş əllərim.
Hər yandan üzülən bomboş əllərim
Tanrı ətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

ALLAH BİLİR

Öz nurundan yaradıb,
Üzünü Allah bilir.
Necə cızıb qaşını,
gözünü Allah bilir.

Gülmüsən, çiçəkmisən,
Kimə, nəyə çəkmisən?
Hurimi, mələkmiksən,
düzünü Allah bilir.

Əsdir, üstündə əsdir,
Sal da dalınca gəzdir.
Çəkilməsə verməzdi
nazını Allah bilir.

Dürr işi, ləl işisən,
Gör nə gözəl işisən.
Allahın əl işisən,
yazını Allah bilir.

Bilsən də, bilməsən də;
Belə sevilməz bəndə.
Necə gizlədir səndə
özünü Allah bilir...

SAHİBLİK HAQQI YOX QONAĞIN ÜSTDƏ...

Köklə, ürəyini dərdinə köklə,
Din, ağrı-acının, din, ahın üstdə.
Ya ahı sinənə çəkib də bəklə,
Ya da ki, ram elə, min ahın üstdə.

Sən ki, öyrəşmisən lap birincidən,
Daha çətin dəyə, çətin incidə;
Qoy gəlsin lap elə minbirinci də,
Bir ah yük olmaz ki, min ahın üstdə.

Sağ ol haqq başına təvafa görə,
Üzülmə aldığın cavaba görə.
Nə ənam verən var savaba görə,
Nə də dara çəkən günahın üstdə.

Fırlatma sözü də dönüb, döndərib,
Dön bax, arxa qərib, yürü, ön qərib.
Göndərən səni də qonaq göndərib,
Sahiblik haqqı yox qonağın üstdə...

HAVA " 20 YANVAR" HAVASIYDI...

Dünən bombozdu hava...
Hava kimiydi elə
adamların rəngi,
özləri kimiydilər bir az,
özləri kimi...
Buludlar da dopdoluydu
şəhid analarının
gözləri kimi...
Həzin-həzin yağan yağış
xatırladırdı göz yaşlarını.
Bəmbəyazdı,
rəngində qan qalmamışdı
təkəmseyrək yağan qarın...
Dünən
növbəti ildönümüydü
"20 yanvar"ın...
Fərqliydi,
hər şey fərqliydi...
Efirlərimizdə
söz dərd-kədər,
dərd-kədər söz rəngindəydi...
Fərqliydi,
hər şey fərqliydi...
Təkcə
qərənfillər öz rəngindəydi...
Yanaqlarından
qan damırdı qərənfillərin...
Hava
"20 yanvar" havasıydı dünən...

SEVİRLƏR

İlahi, bu təhrif, yalnış adamlar,
Düzü görə-görə çaşı sevirlər.
Ayıra bilmirlər yaxşını pisdən,
Pisi də yaxşıdan yaxşı sevirlər.

Hər gün sapandında daş hərləyənlər,
Elə bilə-bilə boş hərləyənlər.
Zor ilə, güc ilə baş hərləyənlər
Hansı günlərinə başı sevirlər?..

Dinirəm küfrəm, şərəm bu yerdə,
Sevmək necə olur görən bu yerdə?
Qarğınır min ildi Kərəm bu yerdə,
Sevənlər yenə də naşı sevirlər.

Gəl məni daş elə, taparlar daşı,
Vallah, gözlərinə təpərlər daşı.
Hər gün sığallayıb, öpərlər daşı,
Burda adamdan çox daşı sevirlər...


HƏSRƏTİN CAN YOLDAŞI...

Hər gün gözü dörd idi,
Get, a buzu, a daşı...
O dərd oğlu dərd idi,
Sən də onun adaşı...

Ömür də, gün də səndin,
İman da , din də səndin.
Elə dilində səndin,
Əlindəsə göz yaşı...

Bir dön də bax yerinə,
Çəkirdi ah yerinə.
Qoymuşdu şah yerinə
Səni əyilən başı..

Haqlıydı, haqdı hələ,
Körpə uşaqdı hələ...
Gətirmir baxtı hələ,
Hələ sevməkdə naşı...

Söhbətiylə, sözüylə,
Əyrisiylə, düzüylə.
Özüylədi, özüylə
İndi dava-dalaşı...

Yol üstdə yol daşıdı,
Yol çəkdi, yol daşıdı...
Adın yol yaldaşıdı,
Həsrətin can yoldaşı...




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK