ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜYÜN

Yaxud yolun ortasına atılmış meyit

23514    |   2020-01-26 09:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Səhərin gözü hələ açılmamışdı və qaranlıq idi. Səhərin gözü açılmamışdan Bəhmənlidən çox az adam maşınla kənddən çıxar, ya rayon mərkəzinə gedər, ya da Bakıya üz tutardı. Onda indiki kimi kənddə çoxlu maşın yox idi. O böyüklüdə Bəhmənlidə cəmi-cümlətanı altı maşın vardı. Və o altı maşından biri də Qurban kişidəydi. Elə səhərin gözü açılmamışdan maşını işə salmış, sükan arxasında əyləşmiş və kənddən çıxmaq istəyəndə su idarəsinin yanında, yəni Məmiş kişinin yaşadığı yerdə yolun ortasında bir qaraltı gördü. Maşını yavaş sürdüyünə görə, qaraltının üstünə düşən işıqda nəyinsə olduğunu hiss etdi. Düşündü ki, nə yaxşı maşını bərk sürməyib...

... Maşının mühərrikini söndürmədən yavaş-yavaş bir az da o qaraltıya yaxınlaşdı. İşıq o qaraltını bir az da işıqlandırdı. Maşından düşüb yolun ortasına atılmış o qaraltıya yaxınlaşdı. Baxanda gördü ki, bu adi qaraltı deyil. Tikinti idarəsində qaravolçu işləyən Rüstəm kişinin meytidi. Bir anlıq Qurban kişi özünü itirdi. Elə qonşuluqda olan Məmiş kişini səslədi:

- Ay Məmiş, ay Məmiş, bir çölə çıx!

... Məmiş kişi pencəyini çiyninə atdı, cəld şalvarını geyinib səs gələn tərəfə getdi. Hələ də mühərriki sönməyən maşının səsini eşitdi. Qaranlıq olduğuna görə, əl fanarını da özüylə götürdü. Düz gəlib yolun kənarında dayandı:

- Qurban, məni çağıran sənsən?

Qurban kişi:

- Hə - dedi. – Gəl bir yola bax, gör bu Rüstəm kişinin meyitidi, ya yox?! Bəlkə mən səhv eləyirəm...

Məmiş kişi əlindəki fanarın işığını meyitin üstünə saldı və sonra da gözləri doldu:

- Düz tanımısan a Qurban, bu Rüstəm kişidi. Yazıq tikintidə qarovulçu işləyirdi. Gör bunu nə zülmlə öldürüblər. Kim eləyibsə, Allah bəlasını versin! Özü də gətirib yolun ortasına atıblar ki, maşın üstündən keçsin və iz də itsin...

Qurban kişi yenidən dilləndi:

- Sən burda dur, mən qayıdım kəndə əmioğlumgilə. Onlarda telefon var. Milisə zəng edib xəbər verim. Birdən evə qayıdarsan ha! Kənddən gələn başqa maşının sürücüsü fikirli olar, meyitin üstündən keçər...

Məmiş kişi yaşarmış gözlərini sildi:

- Sən nə danışırsan a Qurban, heç elə şey olar, Rüstəmin meyitini qoyub evə gedərəm? Sən get, milisə xəbər ver!

... Qurban kişi maşını kəndə sarı döndərdi və düz əmisi oğlugilin qapısına sarı üz tutdu. Hələ də səhərin gözü açlmamışdı. Və Qurban kişi gəlib əmisi oğlugilin qapısında maşını saxladı və bir neçə dəfə əmisi oğlunu səslədi. Səsə əmisi oğlunun böyük oğlu çıxdı. Tanıdı ki, çağıran Qurban əmisidi. Və dedi:

- Ay əmi, səhərin gözü açılmamış xeyir ola?

Qurban kişi:

- Əmioğlum da yatıb, xəstədi. Onu narahat eləmək istəmirəm. Amma məcburam sizə deyim. Kəndin girəcəyində Rüstəm kişini öldürüb yolun ortasına atıblar. Sizdə də telefon olduğuna görə gəldim burdan zəng edib milisə xəbər verim.

... Qapıda Qurban kişinin səsini eşidən kimi əmioğlusu da yuxudan oyandı. Qurban kişi otağa keçib:

- Ay əmioğlu, bəd xəbər olmasın, bəs qaravolçu Rüstəmi öldürüblər. İstəyirəm elə burdan milisə zəng edim – dedi.

... Baş verən qətl hadisəsinə əmioğlusu da təəssüfləndi. Dedi ki, balam, Rüstəm kişi kimə nə eləmişdi ki, onu öldürüblər? Telefonla milisə zəng elədilər, ölüm hadisəsi ilə bağlı milisə xəbər verdilər.

... Rayon mərkəzi ilə Bəhmənlinin arası 50 km məsafə idi. Ordan milislər və müstəntiq hadisə yerinə gələnə qədər ən azı bir saata yaxın vaxt keçdi. Ona kimi də kənd camaatı və qonşu Yağlıvənddən olanlar hadisə yerinə yığışdılar... ... Hərənin ağzından bir söz çıxırdı. Biri deyirdi ki, bir neçə gün əvvəl Bəhmənlidə mal-qaranın örüşə girməsinə görə Rüstəm kişi iki qardaşla mübahisə eləyib. Biri də deyirdi ki, əşi, onlar boş şeydi ey, bunun kiminləsə dədə-babadan düşmənçiliyi varmış, onlar da gəlib qisasını alıblar. Bir başqası da deyirdi ki, əşi, Rüstəmi hər adam öldürə bilməzdi. Çünki o, çox güclü adamıydı. Bu bir nəfərin işi deyil, iki-üç nəfərin əməlidi...

... Bir saatdan sonra hadisə yerinə müstəntiq, kriminalist, prokuror və rəis müavini Məmmədov gəldilər. Milis rəisi Hacı Dadaşov məzuniyyətdə idi. Onu müavini Məmmədov əvəz eləyirdi. Müstəntiq də, kriminalist də hadisə yerini diqqətlə nəzərdən keçirdilər. Meyitin müayinəsi isə xüsusi diqqət çəkdi. Və müayinə zamanı müstəntiqlə prokurorun sözü üst-üstə düşmədi. Söhbəti orda kəsdilər.

... Hadisə yerinə baxış zamanı istintaq üçün çox lazımi sübutlar götürüldü. Xüsusilə də qətl zamanı cinayətkarlarla Rüstəm kişinin mübarizəsi önə çəkildi. Məlum oldu ki, cinayəti törədən şəxslə süpürləşən zaman onun dırnaqlarının arasında cinayətkarın tükü qalmışdı. Bax, bu tük məsələsi də istintaq üçün çox önəmli əhəmiyyət kəsb edirdi...

... Şübhəli şəxs kimi istintaq bir neçə adamdan şübhələnirdi. Prokuror Zeynalov bir neçə həftə əvvəl Rüstəm kişiylə mübahisə eləmiş, iki qardaşı – Nəcəf və Eldar Babayevlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı sanksiya da imzaladı. Və prokurorun sanksiyası ilə şübhəli şəxs qismində hər iki qardaş həbs olundu və Bayıl həbsxanasına göndərildi...

... İstintaqın xeyli ləngiməsi və bəzən də fərqli ifadələr zərərçəkmiş tərəfi çox narahat edirdi. Və zərərçəkmiş tərəf də elə iki ayağını bir başmağa dirəyib deyirdi ki, Rüstəm kişini bu iki qardaş öldürüb. Təbii ki, "öldürüb” demək asan idi və onlardan şübhələnmək də olardı. Amma bu şübhələri sübut edən maddi dəlillər və faktlar lazım idi. O isə yetərincə deyildi. Müstəntiq də, prokuror da işi tezbazar baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərdi. Bu isə o demək idi ki, artıq istintaq bitmiş, indi isə məhkəmə istintaqı başlamalıydı...

... Rayona da əslən Dəvəçidən olan 25 yaşlı cavan bir oğlan hakim təyin edilmişdi. Və bu cavan oğlan da işə başladığı ilk gündən Füzuli camaatının və elin, obanın hörmətini qazanmışdı. Yəni başqa hakimlər kimi hərəkət etməz, dədəsi qəbirdən dirilib gəlsə də haqqı nahaqqa verməzdi. Çünki onun babası da, dədəsi də Rəhmli kəndində haqq-ədalət carçısı kimi tanınmışdı. Hətta rayon məhkəməsinin sədri Məmməd Kərimovun atası Abdulməcid kişi də Dəvəçidən oğlu Füzuliyə hakim gedəndə demiş di ki, oğul, heç vaxt haqsızlıq, ədalətsizlik eləmə. Əgər haqsızlıq, ədalətsizlik eləsən, verdiyim çörək səni tutacaq!

... Üstəlik də 25 yaşında gənc bir oğlanın böyük bir rayona məhkəmənin sədri təyin edilməsi çox böyük məsuliyyət idi. Hakim Məmməd Kərimov Füzuli camaatı ilə o qədər qaynayıb qarışmışdı ki, onları öz doğmaları kimi bilirdi. Hətta deyirdi ki, Füzuli mənim ikinci vətənimdi. O, şeirə, poeziyaya, ədəbiyyata da çox böyük maraq göstərirdi. İstedadlı yazıçı və şair Seyran Səxavət, Vaqif Bəhmənli ilə dostluq eləyirdi. Elə onun çörək kəsdiyi adamların da çoxu ziyalı və sadə adamlar idi.

... Dəfələrlə vətəndaşları şərləyib böhtan atan milis işçilərini məsuliyyətə cəlb etmişdi. Ona görə də Füzuli camaatı yaxşı bilirdi ki, Məmməd Kərimov çox vicdanlı və namuslu bir hakimdi. Haqsız yerə və maddi sübut olmadan heç kimə cəza təyin etməz...

... Bir müddətdən sonra cinayət işi hakimin masasının üstünə gəlib çıxdı. Zarafat deyildi, iki qardaş bir nəfərin qətlində ittiham olunurdu. Hakim istintaq materiallarını vərəq-vərəq oxudu və araşdırdı. Şübhələndiyi və istintaqda səhv addımlar atılan yerləri xüsusi nəzarətdə saxladı. Proses başlamamışdan öncə istintaq zamanı qanun pozuntularını müstəntiqin və prokurorun nəzərinə çatdırdı. Bir neçə gündən sonra isə həmin cinayət işinin məhkəmə istintaqı başlandı...

... Elə ilk gündən məhkəmə istintaqında bəzi şübhəli məqamlar üzə çıxdı. Məlum oldu ki, ekspertiza rəyində göstərilən mərhumun dırnaqlarının arasındakı tüklər o iki qardaşın heç birinə məxsus deyil. Elə bu şübhəli məqamlar hakimə məhkəmə istintaqında şərait yaratdı ki, kələfin ucunu ələ keçirsin. Kələfin ucunu isə ələ keçirməksə elə də asan deyildi; çünki raykomun birinci katibi Qədim Əhmədov, prokuror Zeynalov və müstəntiq Əhmədov çalışırdılar ki, məhkəmə istintaqı tezliklə yekunlaşsın və müttəhimlərə cəza təyin edilsin.

... Cinayət işinin acı bağırsaq kimi uzanması davam edirdi. Zərərçəkmiş tərəf də cinayətkarın tapılıb cəzalanması üçün Mərkəzi Komitədən tutmuş Respublika Prokurorluğuna, Ədliyyə Nazirliyinə qədər şikayətlər yazırdı. Və bu şikayətlərin də ardı-arası kəsilmirdi...

(Ardı növbəti şənbə nömrəmizdə)




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK