Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BEYNİMİZDƏKİ TIXAC Adalet.az | BEYNİMİZDƏKİ TIXAC Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BEYNİMİZDƏKİ TIXAC

19614    |   2011-11-29 08:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər qəzetlərdə, saytlarda hamı qar yağan günü baş verən tıxacdan yazır. Ölkədə elə bir nazirlik, dövlət qurumu qalmayıb ki, bu tıxaca görə suçlu sayılmasın, məhşər ayağına çəkilməsin. Hətta bəzi deputatlar hansısa nazirin, dövlət qurumu rəhbərinin, icra başçısının, Dövlət Yol Polisi rəisinin məsuliyyətə cəlb olunmasını, istefaya göndərilməsini tələb edirlər. Dünyanın ən inkişaf etmiş ölkələrində - Nyu-York, Vaşinqton, London, Berlin, İstanbul və s. bu kimi meqapolislərdə tez-tez baş verən və həmin şəhərləri iflic edən təbii fəlakətlərdən biri də bizim Bakıda baş verib. Amma biz bu təbii fəlakəti siyasi fəlakətə çevirmişik. Kimin kimdən xoşu gəlmir - vur ki, vurasan: Nəqliyyat Nazirliyi, FHN, "Azəryolservis", "Azərenerji", Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Yol Polisi və sair və ilaxır.
   
   Mən bu yazıda kiminsə məsuliyyətini azaltmaq fikrində deyiləm. Həmin gün tıxacda qalan, amma gözləməyə səbri çatmadığı üçün düşüb evinə piyada gedən və soyuqlayanlardan biri də mənəm. Mən bu yazıda həmin tıxacın və hər gün rastlaşdığımız tıxacların yaranmasının tamam başqa və daha böyük səbəbinə toxunmaq istəyirəm.
   
   Əvvəlcə son tıxac barədə.
   
   Neçə gün idi Hava Bürosu Bakıda və eləcə də ölkədə havanın qəflətən dəyişəcəyi, qar yağacağı, şaxtalar düşəcəyi ilə bağlı məlumatlar verirdi, hətta dəqiq gününü, saatını deyirdi.
   
   Dövlət Yol Polisi də həm televiziya kanalları, həm də qəzetlər vasitəsilə havaların qəfil sərtləşəcəyi ilə bağlı yolların donacağını əhaliyə çatdırır, sürücüləri ehtiyatlı olmağa, imkan daxilində - zəruriyyət olmadığı hallarda şəxsi avtomobillərdən istifadə etməməyə, qabaqlayıcı tədbirlər görməyə (daz təkərlərlə yola çıxmamaq, mümkünsə təkər zəncirləri götürmək, nasaz maşınlardan istifadə etməmək) çağırırdı.
   
   Amma nə fayda? Kimə deyirsən? Eşitdikmi, eşidən oldumu? Biz Allahın dediklərinə qulaq asmırıq, onda ki hər hansı bir Dövlət Yol Polisi ola!
   
   Tıxacın 50 faizi havanın və əlaqədar təşkilatların üzərinə düşürsə, 50 faizi də bizim üzərimizə düşür. Deməli, əgər biz öz məsuliyyətimizi dərk edə bilsəydik, tıxac əlli faiz az olardı və onda da kimlərisə qınamağa daha çox haqqımız çatardı.
   
   Tərs yola girənlər, qarşı şəridə keçənlər, yol qovşaqlarında bir-birinin yolunu kəsənlər, işıqfora əhəmiyyət verməyib kəsişən küçələri kilidləyənlər...
   
   Tıxac bütün Bakını əhatə etmişdi. Yolları enişli-yoxuşlu, yəni dağlıq ərazisi olduğundan əsasən Yasamal rayonunda yaşandı bu problem. Bu tıxaclar daha bir problem yaratdı ki, həmin ərazilərə qum və duz daşımaq da mümkün olmadı.
   
    Böyük meqapolislərdə, elə bizim İstanbulda 3-cü şərid var - itfaiyyə (yanğınsöndürənlər), polis və ambulans üçün. Heç kim, hətta başbakan da o şəridə girmir. Bizdə bir balaca vəzifən, qırmızı vəsiqən, bir az pulun varsa qarşı şərid də sənindi. Amma özünün yaratdığın tıxaca düşəndən sonra nə vəzifən, nə vəsiqən, nə pulun, nə də dayın köməyinə çata bilmir...g
   
   Yaponiyada qarşı şəridə keçənlər bizdə olduğu kimi yol hərəkəti qaydalarını pozduğuna görə məsuliyyət daşımır, Cinayət Məcəlləsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir, çünki hər an ağır cəza törədə bilər.
   
   Bizdə isə elə bil qarşı şərid dədəmizdən bizə miras qalıb. Keçirik, qarşıdan gələn maşınların yolunu bağlayırıq, nə onlar geri qayıda bilir, nə də özümüz. Al bu da sənə tıxac.
   
   Yeri gəlmişkən bir təklif. Bəlkə şəhərimizdəki bütün küçələrin ortasını hörək ki, kimsə qarşı şəridə keçməsin...
   
   Bilə-bilə ki, yaşıl işıqda keçə bilməyəcəksən, başqa avtomobillərin yolunu bağlayacaqsan, özün də bağlanıb qalacaqsan, nə deyirsən, elə şey olar, keçməlisən və dörd yolu bağlamalısan. Al bu da sənə tıxac. Aç görüm necə açırsan?!
   
   Qadağan edilmiş yerlərdə maşını saxla - özü də küçənin hansı tərəfində istəyirsən, küçəni daralt, hərəkətə mane ol! Bəs necə, küçə dədəmizdən bizə miras qalıb axı! O dədəndən ki, hərəkətə mane olduğuna görə yüz adam söyür. Qoy söysün, eşidilməyən söyüş söyüş sayılmır axı! Al sənə taxıc!
   
   Avropada qadağan olunmuş yerlərdə maşın saxlamağın cəzası 300 avrodan başlayır və müsadirəyəcən gedir. Bizdə isə nadir hallarda evakuator götürür, bu da 50 manat.
   
   Bu yaxınlarda, gərək ki, Vilnusda şəhər meri hamıya görk eləmək üçün tankla şəhərə çıxıb qanunsuz yerdə saxlanmış "Mersedes"in belindən keçdi.
   
   g Qanunsuz yerdə saxlanılan maşın yağınsöndürənin hadisə yerinə yaxınlaşmasına imkan vermir. Bəlkə bizdə də görk eləmək üçün yanğınsöndürən həmin avtomobilin və ya avtomobillərin belinə çıxsın? Hər halda evdə yanmaq təhlükəsi altında qalan insan həmin o avtomobillərdən çox-çox qiymətlidi.
   
   Tıxac yaratmısan - ambulans xəstəyə, yanğınsöndürən yanğına çata bilmir. O xəstə sənin anan, o ev sənin evin ola bilər.
   
   Küçələr genişləndirilir, təmir olunur, körpülər, qovşaqlar tikilir. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Yol Polisi mətbuat vasitəsilə alternativ yollardan istifadə etməyə çağırır. Alternativ küçələrdə isə yolumuz 1 kilometr, yaxud 500 metr uzanır. Getmərik. Tıxac yaratmaqdan ötrü ölürük axı!
   
   Sonuncu tıxac və hər gün rastlaşdığımız tıxaclar. Hamını günahkar bilirik: Nəqliyyat Nazirliyini, Fövqəladə Hallar Nazirliyini, "Azəryolservis"i, "Azərenerji"ni, Bakı Şəhər İcra Hakimiyyətini, Dövlət Yol Polisini... Hamını, hamını, təkcə özümüzdən başqa!
   
   Tıxac yollarda, küçələrdə deyil, mənim qardaşım! Tıxac beynimizdədi. Nə qədər beynimizdəki tıxacı çıxara bilməmişik, həyatımız tıxaclarda keçəcək. İstəyirsən küçəni iki dəfə enlət, 20 körpü, 30 yol qovşağı çək, xeyri yoxdu!
   
   Sonda! Avropa standartlarına uyğun yollar çəkilir, körpülər, yol ötürücüləri, qovşaqlar tikilir, Bakı şəhəri güngən-günə abadlaşır, gözəlləşir. Bu təşkilatların fəaliyyətinin üstündən təbii fəlakətə görə bircə anda xətt çəkmək bir az insafsızlıq deyilmi?!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK