hacklink Adalet.az | Məlumatsız cəmiyyət(lər)... Adalet.az | Məlumatsız cəmiyyət(lər)... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məlumatsız cəmiyyət(lər)...

Vüqar Abbasov, Niderland

10252    |   2020-01-14 13:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Doğru mühakimə yeridilərsə, onda heç bir oyun olmaz. Oyun olmazsa, daha nə qalır ki?

Lev Tolstoy "Uşaqlıq”


Niderlanda yeni gəldiyimiz vaxtlar idi. Hazırda yaşadığımız şəhərə yeni köçmüşdük. Günlərin birində şəhərə xəbər yayıldı ki, filankəs (bir kişi) əlində silah evinə gələrək həyat yoldaşını öldürmək istəyib, ancaq atəş açan zaman həyat yoldaşı qaçıb, atılan güllələr onların iki övladına dəyib və uşaqlar yerindəcə ölüblər. Buna dözməyən ata da intihar edib. Şəhərimiz balaca olduğu üçün xəbər tez yayıldı. Hər kəs şokda idi. Qısası, dəfni bələdiyyə yüksək səviyyədə təşkil etdi, insanlar axışaraq anaya, yerdə qalanlara təskinlik verməyə gəlirdilər; tanıyan da, tanımayan da. Qeyd edim ki, ailə bura sonradan gəlmə idi. Vida mərasimi vaxtı gəlmələrdən kimsə "Gəlmələrdən də nələr çıxır” dedi, özü də gəlmə ola-ola. Həmən vaxt bizim yanımızda dayanan yerli sakinlərdən biri, Niderlandlı bir nəfər də: "Elə deyil. Bu cür hadisələrin törənməsində milli kimliyin, harda doğulmağın və.s. aidiyyatı yoxdur. Belə hadisəni ancaq psixoloji problemi olan biri törədə bilər” – deyə cavab verdi.

Niderlandlı haqlı idi. Sonralar bu və bu kimi xəbərləri çox eşitdim. Məsələn, elə ötən ilin sentyabr ayında Niderlandın Dordrext (Dordrecht) şəhərində ata özünün iki övladını (8 və 12 yaş) və həyat yoldaşını qətl etmiş və sonda da özü intihar etmişdi (mənbə: https://www.ad.nl/binnenland/nabestaande-gezinsdrama-dordrecht-vader-was-geen-agressief-persoon~aead4aa9/). Qonşuların dediyinə görə bu ailədən belə bir şey gözləmirdilər, çünki ailə başçısı olduqca sakit və ailəsinə nəvazişlə davranan biri olub.

Ondan bir il öncə, yəni 2018 – ci ildə başqa bir xəbər hər kəsi şoka salmışdı: bir kişi özünün 13 yaşlı qızı ilə cinsi əlaqədə olub və qızı da atasından hamilə qalıb (mənbə: https://www.telegraaf.nl/nieuws/2633400/meisje-13-raakte-zwanger-na-misbruik-door-vader-broertje-mishandeld).

Gedək bir qədər də əvvələ, 2011 – ci ilə və keçək Niderlanda qonşu olan Almaniyaya, başqa bir Avropa dövlətinə. Almaniyanın Nürnberq şəhərinin 69 yaşlı sakini öz qızını ölümlə qorxudaraq onunla mütəmadi cinsi əlaqəyə girib və atanın öz qızından üç övladı olub (mənbə: https://www.ad.nl/buitenland/duitser-69-maakt-dochter-drie-keer-zwanger~a011c4c7/).

Siyahını istədiyiniz qədər uzada və istədiyiniz qədər misallar verə bilərəm. Bunları niyə yazdığımı maraq edə bilərsiniz və haqsız da deyilsiniz. Son günlərdə sosial şəbəkələrdə məmləkətimizdə baş verən, utanc gətirəcək olayların paylaşıldığını gördüm. Açıq desək, bu və buna bənzər hadisələrin sosial şəbəkələrdə müzakirə olunması adi hal alıb və əgər buna müzakirə demək mümkündürsə. Çoxlarımız ittiham edirik. Kimi və niyə ittiham etdiyimiz isə heç bəlli deyil. Ən pisi də odur ki, özümüzü aşağılayırıq, "Biz niyə beləyik?”, "Ancaq bizdə belə olar” və.s. bu kimi yersiz ittihamlarla. Yuxarıda yazdıqlarımdan da bir daha aydın olur ki, belə cinayətlər ancaq bizdə olmur. Ancaq yanaşma... Bəli, bu kimi məsələlərə Azərbaycandakı yanaşmanı Niderlandda görmədim. Burda hər kəs öz işini peşəkarlıqla görməyə çalışır, həmçinin hər hansı bir hadisə baş verdikdə. Jurnalistlər hadisə yerindən, aidiyyatı qurumlardan mümkün qədər dəqiq məlumatlar almağa və ictimaəti məlumatlandırmağa çalışırlar. Aidiyyatı dövlət qrumları öz işlərinə peşəkarlıqla yanaşır və həmçinin onlar da cəmiyyəti məlumatsız qoymurlar. Hadisənin, deyək ki, hər hansı bir qətl hadisəsinin baş verdiyi ərazidə yaşayanlar öldürülənin ruhuna hörmətlə yanaşır, qətlin baş verdiyi yerə gül dəstələri gətirirlər. Bununla yanaşı digər qrumlar da öz səlahiyyətləri daxilində tədbirlər görürlər. Misal olaraq qeyd edim ki, əgər qətl olunan məktəblidirsə onun təhsil aldğı məktəbə mütləq psixoloq gedir və öldürülənin sinif yoldaşları ilə müvafiq söhbətlər edirlər və həmçinin eyni proses hadisənin baş verdiyi küçədəki, məhəllədəki insanlarla da aparıla bilir. Nə televiziyalarda, nə qəzetlərdə, nə sosial şəbəkələrdə insanların psixologiyasını pozacaq müzakirələr gedir. Mətbuat işçiləri hadisələrin sonrakı gedişatını diqqətdə saxlayır və sonda cinayətkarın kimliyi, taleyi haqqında cəmiyyətə məlumat verirlər. Heç yerdə milləti, yəni özlərini aşağılayacaq sözlərə rast gəlinməz. İnsanlara açıq izah olunur ki, bu və bu kimi hadisələr psixoloji pozğunluğun nəticəsidir, yaxud da arxasında filan səbəb var. Qısasını desək, hər kəs öz işinə peşəkarcasına yanaşır və bu səbəbdən də insanlar arasında çaşqınlıq yaranmır. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, burda, Niderlandda, məsələn, tv – lərdə insanların psixologiyasına mənfi təsir edə biləcək demək olar ki, heç bir proqrama rast gəlmək mümkün deyil.

Azərbaycanda isə tamamilə fərqli olur. Təsəvvür edin ki, psixologiyasında problem olan biri hadisə törədir. Həmən dəqiqə tv – lərdəki bəzi proqramlar, sosial şəbəkələr, İP dalınca qaçan saytlar az qala bütün funksiyaları öz üzərlərinə götürürlər. İttiham ittiham dalınca. Hakimlik edib hökm çıxartmaqdan belə çəkinmirlər. Rəsmi orqanlar ya heç məlumat vermirlər, ya da çox gec verirlər. Bunun nəticəsində də şayələr baş alıb gedir. Çox vaxt da onların verdikləri məlumata inanan olmur. Bunun günahı kimdədir, artıq başqa mövzudur. Ən pisi odur ki, ittihamlar bütün millətə, yəni özümüzə yönəlik olur: "Biz beləyik”, "Bizdən nə desən çıxar” və.s. Bir çoxlarımız anlamırıq ki, bu cür yanaşma ilə başımızı, bir millət kimi, könüllü olaraq gilyotinin (ölüm cəzasına məhkum olanların başını kəsmək üçün maşın) altına qoymuş oluruq. Bir çoxlarımız anlamaq istəmirik ki, bu gün şəxsi anlamda qazandıqlarımız, tv – lərdə reytinq, saytlarda İP, sosial şəbəkələrdə "like” bizim gələcəyimizi uçruma apara bilər. Sanki hanısa əl bütün bunları idarə edir. Kimsəyə sirr deyil ki, tv – lərdəki bəzi şoular insanların əsəblərinə olduqca pis təsir edə bilər və çəkinmədən edir də deyərdim. Studiyada oturub onun-bunun üstünə səsini qaldırmaq, ittiham etmək və.s. tv qarşısındakı və həmçinin studiyadakı tamaşaçıların psixologiyasına pis təsir edə bilər, yumşaq desək. Bunu kim bilmir? Hara baxır aidiyyatı qurumlar? Ümumiyyətlə, tv – lərimizdə, saytlarımızda, qəzetlərimizdə gedən materiallarda insanların, yəni millətimizin psixologiyasına vura biləcəyimiz zərərləri mütləq nəzərə almaq lazımdır. Çünki onları hamımızın övladı oxuyur və hamımızın övladı baxır.

Yaxud da hər hansı bir hadisə baş verən zaman cəmiyyət niyə vaxtında məlumatlandırılmır? Niyə şayələrin yayılmasına şərait yaradılır? Ən təhlükəli olan da cəmiyyətin məlumatsız olmasıdır. Məlumatsız cəmiyyət(lər) uçruma gedərlər. Məsələn, Tovuz rayonunda baş verən son hadisə zamanı yuxarıda yazdıqlarımın hamısını, hətta daha artığını görmək mümkün idi; cəmiyyət məlumatsız idi deyə şaiyələr baş alıb gedirdi. Özümüzü aşağılayan yazılar, sosial şəbəklərdəki paylaşımlar hədsiz dərəcədə çoxluq təşkil edirdi. Sözünü etdiyim verilişlərin birində olunan müzakirə də, mütəxəsislərin fikrincə, daha acı nəticələrə səbəb olub (mənbə: https://ayna.az/news/7053).

Dəyərli oxucu, əziz soydaş, bu yazını yazmaqda məqsədim odur ki, sizlərə bildiyiniz bir həqiqəti bir də mən deyim, deyim ki, bu cür hadisələr tək Azərbaycanda olmur. İstədim bir daha deyim ki, psixoloji problemli insanlar tək bizdə deyil, onlardan dünyanın hər yerində var. Bir də demək istəyirəm ki, buna bənəzr hadisələr hər dövrdə, əvvəllər də, olub, sadəcə bu qədər geniş müzakirəyə verilməyib. Demək istədiklərim çoxdur, hələlik bu qədər bəsdir. Ancaq bizim tv – lərdəki bəzi proqramların, bizim bəzi saytlar kimi saytların və.s. başqa yerlərdə, hər halda özünə hörmət edən ölkələrdə olduğunu deyə bilmərəm, məsələn, Niderlandda yoxdur. Hələ MTRŞ (Milli Televiziya və Radio Şurası) kimi heç bir iş görməyən qurum isə ümumiyyətlə yoxdur.


P.S. Ümumi yanaşanda isə, Tv – lərimizin, mətbuatımızın bu gündə olduğu, kitabxanalarımızın sayının sürətlə azaldığı, savadın, biliyin, mənəviyyatın deyil, başqa dəyərlərin önə çıxarıldığı yerdə və.s. biz böyük millətik ki, belə qalmışıq.


vugarabbasov@hotmail.com





İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK