hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | 40-ı çıxmış inqilabdan sonra İran - Ulucay Akif yazır Adalet.az | 40-ı çıxmış inqilabdan sonra İran - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

40-ı çıxmış inqilabdan sonra İran - Ulucay Akif yazır

4687    |   2020-01-14 16:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son hadisələrdən sonra İranda etirazlar dalğası başlayıb. Bir çox siyasi ekspert bunu yeni inqilabın başlanğıcı kimi qiymətləndirir.

Nəyin necə olacağını əvvəlcədən təxmin etmək asan deyil, amma gəlin İranda son inqilabdan sonra nə kimi dəyişikliklərin baş verdiyinə baxaq.

***

1979-cu il 11 fevral tarixində Ayətullah Xomeyninin hakimiyyətə gəlməsi ilə İranda İslam inqilabı başa çatdı. O vaxtdan 41 il keçib. Dəyişən isə bunlardı:

1. Əhalinin artımı

Ayətullah Xomeyni Paris sürgünündən sonra 1979-cu il inqilabına rəhbərlik etmək üçün Tehrana qayıdanda, İran əhalisinin sayı 36 milyon idi. O vaxtdan ölkə əhalisi 2 dəfədən də çox artaraq 81 milyona çatıb.

Bu artım Xomeyninin yeni nəsil müsəlman-şiələrinin yaradılmasına çağırışından sonra başladı və ölkədə doğuş "partlayışı” müşahidə olundu.

Amma...

1980-ci illərin sonlarında, İran-İraq müharibəsinin iqtisadi fəsadları nəticəsində əhalinin artımını nəzarətdə saxlamaq üçün ailə planının proqramlaşdırılması tətbiq olunmağa başlandı.

Daha sonra əhalinin yaşlı təbəqəsinin sayının artması və milli təhlükəsizlik probleminin yaranması hakimiyyətin öz mövqeyini bir daha gözdən keçirməyinə səbəb oldu.

2010-cu ildə iranlılara dünyaya daha çox uşaq gətirmə səslənişləri başladı. Ölkənin prezidenti Mahmud Əhmədinecad sələflərinin demoqrafik siyasətini tənqid etdi və dini liderlərin də dəstəyi ilə ailə planlama proqramını qadağan etdi.


Əhali artımı ilk olaraq ölkənin iri şəhərlərində müşahidə olunurdu. 1980-ci illərdə İranın cəmi 2 şəhərinin əhalisi 1 milyondan çox idi. İndi isə belə şəhərlərin sayı 7-ə çatıb.

Paytaxt Tehranın əhalisi 5 milyondan (1970-ci illər) İran-İraq müharibəsinin də bitməsiylə 7,5 milyona qədər qalxdı (1980-ci illər). Bu gün Tehran əhalisinin sayı 12 milyonu keçib.

2. İqtisadiyyatın zəifləməsi

İran əhalisinin artımı, müharibə və beynəlxalq sanksiyalar daha çox neft ixracından asılı olan ölkə resurslarına böyük (mənfi) təsir göstərdi. Son 41 ildə İranda yaşam səviyyəsi ciddi dərəcədə endi. Adam başına düşən ÜDM 10200 dollardan (1976) 6900 dollara kimi endi (dolların indiki kursu ilə).

Müqayisə üçün deyə bilərik ki, əhali artımının müşahidə olunduğu Türkiyə bu müddətdə öz ÜDM-nu düz 3 qat artıra bildi.

Əhalinin gəlirinin dəyişməsi neft emalının azalması ilə müşaiət olunurdu. İran-İraq konflikti zamanı neft sənayəsinə vurulan zərbə ölkə iqtisadiyyatına çox mənfi təsir göstərdi.


İran ilk növbədə neft məhsullarının ixracı və qida idxalı ilə məşğuldur.

Maaş nisbəti ilə götürəndə ərzaq qiymətlərində ciddi bahalaşma müşahidə olunub.

1978-ci ildə minimum əmək haqqı ilə 74 kq qırmızı ət almaq olurdusa, bu gün İranda minimum əmək haqqı ilə cəmi 10 kq ət almaq olar.

Bu gün İranın ən böyük problemi işsizlikdir.

Son illər artan bu problem daha çox gənclərə toxunub. Dünya Bankının məlumatına görə, 2018-ci ildə gənclər arasında işsizlik sayı 30 faizə çatıb.

3. Su təchizatı problemi

Bu gün İran 40 il əvvələ nisbətdə daha quraqlıqdır və ölkənin su ehtiyatı tükənməyə davam edir. İllik yağıntı ortalaması 228 mm. təşkil edir ki, bu da dünya ortalamasından 5 dəfə azdır.

Bundan başqa, İran su ehtiyatlarının 90 %-ni kənd təsərrüfatına sərf edir ki, dünya təcrübəsində bu 69% olmalıdır.


Ölkənin şimalında, yəni Cənubi Azərbaycanda yağıntıların səviyyəsində ciddi azalma müşahidə olunur və buna görə də dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölü qurumağa davam edir.

Böyüyən şəhərlərdə suya böyük tələbatın olması su təchizatının İranın ən böyük problemlərindən birinə çevrilməsinə səbəb olub.

Əgər əvvəl Zəyəndərud çayı ölkənin üçüncü ən böyük şəhəri olan İsfahandan da keçirdisə, bu gün o qədər quruyub ki, artıq heç şəhərə çatmır.

4. Boşanmaların sayının artması

1979-cu ildən nigah sayında ciddi artım müşahidə olunsa da, 2009-cu ildən azalma başladı.


Boşanmaların sayına gəldikdə:

1978-ci ildən bu yana boşanmaların sayı 4 dəfə artıb.

5. Ali təhsilli qadınların sayında artım

1970-ci illərdən qadınların ali təhsil alma sayında artım olsa da, əmək bazarında qadınların sayı hələ də çox azdır.

Əgər 1978-ci ildə qız şagirdlərin sadəcə 2,9 % universitetlərə qəbul olmuşdusa, 2016-cı ildə bu göstərici artıq 65,5%-ə kimi qalxdı.


Son 41 ildə hər iki cinsin nümayəndələrinin ali təhsil almasında irəliləyiş olsa da, qadınlar arasında işsizlik kişilərə nisbətdə 2 dəfə çoxdur.

6. Daha az kino və kitab

Son 41 ildə kinoya getmə imkanlarında da dəyişiklik olub.

İslam İnqilabından əvvəl İranda 450 kinoteatr var idisə, YUNESKO-nun 2015-ci il hesablamasına görə , İranda 380 kinozal fəaliyyət göstərib.


Əhali artımını da nəzərə alsaq, əvvəl İranda 80 min adama bir kinoteatr düşürdüsə, indi 208 min adama bir kinoteatr düşür.

Eyni vəziyyət kitab bazarında da müşahidə olunur:

1980-ci illərdə kitabların ortalama tirajı 7 min idisə, bu gün tiraj ortalaması 200-ə kimi enib.

Tanış mənzərədir?

Hə, hə. Çox tanış mənzərədir!

İslam dini qonşusu ac olanda rahat yatan adamı qınayır.

İran da bizim yaxşı, pis qonşumuzdur, ona görə biz də narahatıq və qonşumuzun evində nələrin baş verəcəyini müşahidə etməkdəyik.

Düzü, biz də çox ac olmuşuq. Həm də İranın lap tox olduğu vaxtlarda, 1990-cı illərdə.


Ulucay Akif





İmza:

YAZARIN ARXİVİ

2020-01-14 : Türk qambiti
2020-01-10 : MUŞTULUQ
2019-12-25 : ŞƏRHSİZ!!!
2019-12-20 : TƏBRİK
2019-12-19 : ŞƏRHSİZ!!!
SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK