hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: FƏRİDƏ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: FƏRİDƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: FƏRİDƏ

Sağlıq durumumla bağlı mənə ağrıkəsici vuran gəlinim "İynə göynədir..." deyib günahkar bir hal yaşadı...

17853    |   2020-01-08 14:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sən vuran iynə göynətmir
Göynəyir ürək , Fəridə...
Allahın bütün zülümün -
Eyləyir ürək, Fəridə...

Baxır, susur...içdə gülür
Bir əliylə gözün silir...
Ovcunun içi tək bilir -
Neyləyir, ürək, Fəridə!

Yaşıma, halıma baxıb
Fələk ta falıma baxıb...
Məni lap yandırıb, yaxıb -
Kövrəlir ürək, Fəridə!

Üzməsin bu halım səni
Fərəhdi ruhumun təni!
Kədər ta qorxutmaz məni -
Öyrənir ürək, Fəridə!..



İmza:
SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK