ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: «MƏN DƏ AĞAC ƏKDİM»

18065    |   2019-12-11 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən hər ay imkanım olmayanda iki dəfə (söhbət vaxt imkanından gedir), olanda üç dəfə Qarabağa gedirəm. Özü də doğulduğum Ağcabədinin Bayat kəndində su içəndə, ya bir tikə çörək yeyəndə, ya da Seyid Heydər ağanın qəbrini ziyarət edəndə elə bilirəm təzədən doğulmuşam. Ötən həftə rayona getdim. Sabirabaddan keçəndə yazdığımı oxudunuz, gəldim çıxdım təbii ki, Ağcabədiyə. Birinci onu gördüm ki, Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli məmurlarından bir qrupu Ağcabədidədi və rayonda kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən problemlərin həlli ilə əlaqədar öz məsləhətlərini verirlər. Və eləcə də, həm də digər rayonlara bu problemlərlə bağlı səfər edəcəklər. Hətta mən gedəcəkləri rayonlarla bağlı məsləhətlər də verdim, çünki o əraziləri gözəl tanıyıram. Sözüm onda yox.

Ağcabədidə ağacəkmə kampaniyasına qoşuldum.

Mən Qarabağa gedirəmsə Ağdama gedib o kəndləri gəzmirəmsə, onlarla bir stəkan çay içmirəmsə, axşam bir yerdə bir qismət çörək kəsmirəmsə özümü pis hiss edirəm.

Təbii ki, getdim Ağdama. Kəndləri gəzdim, camaatla görüşdüm, bir az da zarafatlaşdıq. Ordan Tərtərə getmək istəyirdim, çünki orda da bizim camaat yaşayır, onlarla da görüşmək istədim. Müstəqim müəllimə zəng etdim ki, gəlirəm Tərtərə. Ağdamın Şəhidlər Xiyabanından keçəndə gördüm ki, minlərlə adam, yüzlərlə maşın var. Mən onsuz da ordan keçəndə şəhidlərimizə ehtiramımı bildirirəm. Maşını saxlatdırdım və düşdüm. Soruşdum ki, nə olub. Dedilər ağac əkirik. Qoşuldum onlara, artıq Tərtərə gedəsi olmadım. Müstəqim müəllimə də telefon açdım ki, dostum, gələsi olmadım, Ağdamda ağac əkirlər, ordayam. O da bildirdi ki, biz də ağac əkirik.

Keçdim təpəyə tərəf, ağac əkməyə. Gördüm rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov da ordadı. Ağac əkdik, təbii ki, birini yox, lap ikisini əkdik.

Təvazökarlıqdan kənar olsa da bu Şəhidlər Xiyabanının layihəsini Ağdamın o zamankı icra başçısı Nizami Sadıqova mən vermişdim. O da sağ olsun, şəhidlərin xatirəsinə gözəl bir xiyaban saldı.

O zaman xiyabanla üzbəüz meşədə kimsə bir yeməkxana tikdi. Çox qəribədir ki, yeməkxananın adını da «Dolu» qoydu.

Ağacları əkəndən sonra gəldik qurulmuş çadırda çay içməyə. Rayonun fəalları da bu çadıra yığılmışdı. Gözəl bir söhbət oldu. «Şur» ansamblı gözəl də bir proqramla çıxış elədi. Qarabağ bülbülü, indi 65 yaşı var, Hüseyn müəllim elə oxudu ki, elə bildik Ağdamdayıq. İnşallah, olacağıq, az qalıb.

Ağdam, Qarabağın toy otağısan,

Bülbüllər oynayan gül yatağısan.

Neçə-neçə böyük imarətin var,

Musiqi diyarısan, öz şöhrətin var.

Və ordan da yenidən qayıtdım Ağcabədiyə.

İlk dəfəydi ki, kəndimizdəki Seyid Heydər ağanın və atamın qəbirlərini də ziyarət eləmədim. Səbəbini də yazmıram.



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK