warez forum warez script hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: KİM KİMDƏN OĞURLAYIR? Adalet.az | Faiq QİSMƏTOĞLU: KİM KİMDƏN OĞURLAYIR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: KİM KİMDƏN OĞURLAYIR?

5032    |   2019-12-05 10:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan televiziya məkanlarında maraqlı layihələr var. Amma bu o demək deyil ki, bu layihələrin hamısı tamaşaçılar tərəfindən sevilir və izlənilir. Sirr deyil ki, Azərbaycan televiziyları rəqabətdə bir qədər geri qalır və eyni zamanda Rusiya kanallarına birmənalı olaraq uduzur. Biz bu məsələlərə bir o qədər də müdaxilə edə bilmərik. Çünki Azərbaycanda da kifayət qədər istedadlı, təcrübəli və savadlı telejurnalistlər var. Və bu telejurnalistlər zaman-zaman öz sözlərini deməyi bacarıb və maqarlı, baxamlı layihələri gerçəkləşdiriblər.

Kimdənsə öyrənmək olar, bəhrələnmək mümkündür. Çünki dünyanın hər yerində bu öyrənmək və bəhrələnmək öz nəticəsini verir. Təəssüf ki, bizdə hər hansı verilişlər və layihələr efirə çıxarılarkən sanki xarici kanalların layihələri ekrana gətirilir. Və onu da çox primitiv, bayağı bir formada tamaşaçıya təqdim edirlər. Tamaşaçı da axı bu layihəni xarici kanallarda görüb. Elə gördüyü üçün də bizimkilərin hazırlayıb bərbad vəziyyətdə efirə çıxardığı verilişlərə bir o qədər maraqla baxmırlar. Belə bir deyim var: "Yaxşı sürət olana qədər pis, orijinal daha yaxşıdır”. Yəni loru dildə desək, kimisə yamsılamaqdansa, özünün düşüncən və layihən zəif də olsa, daha maraqlıdı.

Bizim televiziya məkanında da yeniliyə can atan maraqlı və orijinal layihələrə yer verən kanallar var. Təbii ki, bu kanallardakı verilişlər də hardansa öz mənbəyini götürüb. Ancaq verilişi hazırlayan jurnalist bura özünün düşüncəsini, ürəyinin hərarətini və bir az da obrazlı demiş olsaq, milli koloritini qataraq onu daha baxımlı ekrana çıxarır. Bu mənada Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişi tamaşaçı zövqünü oxşayır. Düzdür, bu verilişin də layihəsi Rusiya televiziyasının məşhur aparıcılarından olan Andrey Malaxovun "Jdi menya” verilinə bənzəyir. Veriliş ona bənzəsə də, amma bu layihədə Xoşqədəm xanımın dəsti-xətti, yaradıcı kollektivin birgə axtarışları və ən nəhayət bütün çətinlikləri və sıxıntıları arxada qoyaraq maraqlı bir layihəni gerçəkləşdirməyi onu deməyə əsas verir ki, bu veriliş həqiqətən də hər gün tamaşaçılar tərəfindən səbirsizliklə gözlənilir. Düzdür, bu layihənin də qüsurlu yerləri var. Amma qüsurdan çox uğurları tamaşaçının yadında qalıb.


Biz demirik ki, hər hansı verilişi efirə çıxarmaq su içmək kimi bir işdir. Televiziya jurnalistləri yaxşı bilir ki, bu cür layihələri ortaya çıxarmaq üçün həm maddi, həm də mənəvi dəstək lazımdır. İtkin düşənləri axtarıb tapmaq, unudulmuş və yaddan çıxmış adamlara arxa durmaq, xəstə, problemli insanların dərdinə əlac qılmaq, haqqı tapdalanan adamların arxasında dayanıb onu müdafiə etmək bugünkü cəmiyyətdə elə də asan deyil. Ən azından ona görə ki, bir adamın haqqını, bir adamın hüququnu bərpa etmək üçün nə qədər bürokratik maneələrə rast gəlməlisən və onları dəf etməlisən. Bunları dəf etmək üçün isə həm verilişin aparıcısı Xoşqədəm Hidayətqızından, həm də yaradıcı kollektivdən mübarizlik, əzmkarlıq və möhkəm səbr tələb olunur. Zarafat deyil, 3 saat efirdə olmaq və hər gün müxtəlif problemli insanların dərdini yaşamaq və bununla yanaşı, o insanların dərdinə əlac axtarmaq üçün aparıcıda səbr və möhkəm iradə lazımdır. Və bəzən biz görürük ki, aparıcı çox çətin, sıxıntılı, əsəbi anlarla üzləşir. Bu hər an, hər dəqiqə aparıcının həyatından, ömründən bir zaman qoparır. Gərək bunu nəinki adi insanlar, o verilişi izləyən vəzifəli şəxslər də anlasınlar və başa düşsünlər. Müxtəlif qurumların bürokratik maneələrinə, təpkilərinə və sıxıntılarına məruz qalan çoxlu sayda insanlar bu verilişə üz tuturlar. Və çox vaxt da birmənalı olaraq deyə bilərik ki, "Səni axtarıram” onlara arxa durur və arzularına, istəklərinə qovuşdurur.

Xoşqədəm Hidayətqızı od tutub yanan İraqa, Əfqanıstana və digər ölkələrə gedib. Odun, alovun, güllənin və mərminin içindən reportajlar hazırlayıb. Mənim özüm də Qarabağ müharibəsində döyüş bölgəsindən, səngərlərdən informasiyalar, reportajlar, müsahibələr vermişəm. Müharibəni görən adam bilir ki, odun-alovun içi nə deməkdir. Mən bu anları və bu məqamları dəfələrlə səngərlərdə yaşamışam və dəfələrlə ölümlə üz-üzə gəlmişəm. Onda görün Xoşqədəm Hidayətqızı İraqda, Əfqanıstanda və digər döyüş bölgələrində neçə dəfə ölümlə üzləşib. Və o sağ qalıbsa, onu yalnız və yalnız Allah xilas eliyər...

Çox təəssüf ki, bu gün bizim televiziya məkanlarında Xoşqədəm Hidayətqızının bu layihəsini yamsılayan və onu daha bərbad vəziyyətdə tamaşaçıya ötürən bir çox kanallar da var. Ədalət naminə deyək ki, həmin kanallarda səviyyəli verilişlər az deyil. Amma ATV-də Zaur Baxşəliyevin "Bizimləsən”, SPACE-də "Gəl dərdini bizə danış”, Lider-də və eləcə də ARB TV-də Elgizin apardığı verilişlər Xoşqədəm xanımın layihəsinin çox primitiv və bayağı formada təkrarıdır. Başa düşmək olmur, əgər Azərbaycan televiziya məkanında Xoşqədəm Hidayətqızının "Səni axtarıram” layihəsi öncə varsa, onda digər kanalların bu verilişi yamsılamağı və təkrarlamağı hansı məqsəd güdür?

Təbii ki, hər bir istedadlı jurnalistin öncədən özünün layihəsi olmalıdır. Və belə bir layihə də bir zamanlar var idi. Tay indiki kimi bir kanal maraqlı layihəni gerçəkləşdirən kimi, digərləri də onun "kopyasını” eləmirdilər. Bax, bunu baş düşmək olmur ki, bu cür primitiv düşüncəylə tamaşaçını necə sevindirmək olar? Əlbəttə, indiki televiziya bolluğunda tamaşaçını cəlb etmək, onu saxlamaq və verilişi sevdirmək çox çətin bir məsələdir. Ola bilər bir dəfə sənin verilişin maraqlıdır, ona baxan tapılacaq. Amma iki-üç dəfə tamaşaçı görəndən sonra veriliş bayağıdır, başqa kanallarda daha orijinaldır, bax, onda istər-istəməz həmin verilişdən tamaşaçılar vaz keçməli olacaqlar.

Elə bu gün Azərbaycan televiziyaları da bir çox bəsit verilişlərilə tamaşaçı zövqünü korlayıb. Böyük yazıçı Seyran Səxavətin sözüylə demiş olsaq, Azərbaycan dilini bərbad günə qoyan televiziyalardı. Heç bir savadı, təcrübəsi, peşəkarlığı, elmi və dünyagörüşü olmayan orta səviyyəli bir müğənni bir də görürsən ki, budu ha, iki saatlıq verilişə aparıcılıq edir. Danışanda ağzından üzr istəyirik, sözlər horra kimi tökülür. Elə bil ağzını əriştə yandırıb. Nə vurğunu düz qoyur, nə də fikri dəqiq ifadə edir. Bilmirsən, Azərbaycan dilində danışır, yoxsa moltanı dilində. Üstəlik də verilişə dəvət elədiyi ekspertlərə danışmağa aman vermir. Sanki dilotu yeyib. Balam, əgər özün danışacaqdınsa, bəs onda o eksperti verilişə niyə dəvət eləmisən? Elə özün danış da!

Bax, belə aparıcıların savadsızlığı və qeyri-peşəkarlığından çox istedadlı adamlar o verilişlərə getməkdən imtina eləyir. Yenə Seyran Səxavətin bu günlərdə mətbuata verdiyi bir müsahibəsi yadımıza düşür. Böyük yazıçı deyir ki, iki dəfə məni Lider TV-yə dəvət elədilər. Aparıcı bir dəfə dedi ki, mövzu şəhidlərlə bağlı olacaq, bir dəfə də dedi ki, Qarabağdan danışacağıq. Mən də Mərdəkanda yaşayıram. O yolu gəlib-getmək çox çətindir. Axır birtəhər Lider TV-yə gəlib çatdım. Gördüm ki, aparıcı məni aldadıb. Özü haqqında veriliş hazırlanıb, mən də orda bunu bilib bərk əsəbləşdim. Ona görə də Lider TV-nin prezidenti Ədalət Əliyevdən xahiş edirəm ki, bu cür dələduz aparıcını efirdən uzaqlaşdırsın. Çünki o, kanalın adına şərəf gətirmir.

Hər halda, Xoşqədəm Hidayətqızı kimi öz işini, peşəsini gözəl bilən aparıcılar da var, başqalarını yamsılayan və hətta tanınmış və istedadlı yazıçı Seyran Səxavət kimi bir ziyalını aldadanlar da. Heç mən Xoşqədəm Hidayətqızını şəxsən tanımıram və təbii ki, o da məni tanımır. "Üç nöqtə” qəzetinin redaktoru kimi köşə yazılarını çox oxumuşam. Və həmin yazılar da xoşuma gəlib.

Qəzet jurnalistinin televiziya məkanında belə uğur qazanması həm də çap mətbuatının bir daha böyüklüyünü və peşəkarlığını göstərir. Kiminsə ondan xoşu gəlməyə bilər, amma görünən odur ki, o Azərbaycan televiziya məkanında öz maraqlı layihəsiylə sözünü deməyi bacaran aparıcıdır.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK