hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ! Adalet.az | Faiq QİSMƏTOĞLU: ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Faiq QİSMƏTOĞLU: ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ!

3490    |   2019-12-03 12:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amma buna baxan kimdi, əksər sürücülər sükan arxasında əyləşən kimi bir də görürsən ki, hər şeyi unutdular, kefləri ala buluddan nəm çəkdi, avtomobilləri ildırım sürəti ilə idarə etdilər. Elə sürücü var ki, Allah 50-100 dəfə qoruyur, eləsi də var tay Allah onu qorumaqdan bezir və bir də görürsən ki, maşın qarışıq kəllə-mayallaq oldu. Ürək ağrıdan bu səhnələri görmək və bu faciələri yaşamaq həmin adamların doğmaları üçün çox çətindi. Ona görə çətindi ki, bir ailənin bəzən bir neçə üzvü yüksək sürələ idarə olunan avtomobilin aşması nəticəsində həlak olur. İndi gəl bu dərdi çək görüm, necə çəkirsən?!

Mütəxəssislərin rəylərinə və hesablamalarına görə, ölkənin avtomobil yollarında baş verən qəzaların böyük əksəriyyəti avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində yaranır. Çox təəssüf ki, bu gün bizim əksər sürücülər hətta yollardakı maarifləndirici plakatlara diqqət yetirmirlər Həmin plakatlarda göstərilir ki, sürücülər sürət həddinə əməl etsinlər. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin maariflənməsi üçün bu cür plakatları avtomobil yollarında kifayət qədər yerləşdirib. Məsələn, həmin idarə sürücüləri maarifləndirmək üçün onlar arasında yaydığı bukletlərdə bildirir: "Yüksək sürət təhlükəlidir! Özünü aldatma, unutma ki, idarə etdiyin güc sənin deyil, avtomobilindir. Yol hərəkətinə diqqət həyatımıza verdiyimiz qiymətdir!”. Yaxud başqa bir bukletdə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bildirir: "Yola bax, telefona yox! Unutmayaq ki, sükan arxasında telefondan istifadə etdikdə diqqətimiz yayınır və biz digər hərəkət iştirakçılarına təhlükə yaratmış oluruq”. Yaxud başqa bir bukletdə oxuyuruq: "Velosiped hər bir uşağın arzusudur. Amma valideynlər üçün övladların sağlamlığı ondan qat-qat daha böyük arzudur. Velosiped və moped sürücülərinə sükanı tutmadan və ya təhlükəsiz dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək qadağandır”. Baş Dövlət Yol Polisi İdarəsinin bu cür təbliğat və maarifləndirici işi təbii ki, diqqətəlayiqdir. Eyni zamanda, həmin tövsiyələrin sosial şəbəkədə paylaşması da hərəkət iştirakçılarından xahiş edilir.



Əlbəttə, təbliğat və təşviqat işi düzgün qurulanda həmişə bunun müsbət nəticələrini görmək mümkündür. Çünki bir plakat, bir buklet və bir şüar da bir çox halda sürücünün diqqətini cəlb edir, istər-istəməz yol hərəkəti qaydasına əməl etməyə məcbur olur. Respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyi ilə bağlı şüarlar və plakatlar kifayət qədərdir. Sürücünün gözü tez-tez "Yüksək sürət təhlükəlidir!” plakatına sataşırsa, təbii ki, həmin anda onun gözünün önünə ailəsi, balaları gəlir və o da yüksək sürətlə avtomobili idarə edirsə, sürəti aşağı salır. Amma məsələnin bir tərəfi də var ki, heç də bütün sürücülər bu maarifləndirmə və təbliğat işlərindən bəhrələnmirlər. Bir çoxları sükan arxasında sərxoş vəziyyətdə əyləşir və avtomobilləri çox yüksək sürətlə idarə edirlər. Hələ bəziləri də 16 saat sükan arxasında əyləşir, sərnişin daşıyır və istirahət etmədən nəqliyyat vasitəsini idarə edir və bu zaman da yuxulayaraq ağır qəzalar törədirlər.

Təsadüfi deyil ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımları şənbə-bazar günləri respublikanın avtomobil yollarında reydlər keçirirlər. Bu reydlər birmənalı olaraq hərəkət iştiraçılarının təhlükəsizliyinə xidmət edir. Çox qəribədir ki, reyd zamanı bir çox sürücülər yol hərəkəti qaydalarını kobud surətdə pozduqlarına görə saxlanılarkən peşman olmaq əvəzinə özlərinə haqq qazandırır və elə belə də olmalıdır düşüncəsilə hadisələrə yanaşırlar. Təəssüf ki, bəzən bir sürücüyə yüksək sürətlə avtomobiıi idarə etdiyinə görə dəfələrlə elektron protokol yazılır, amma onlar bundan nəticə çıxarmır. Axırda isə yüksək sürətlə avtomobili idarə edən sürücü ağır qəza törədir, həm özü həlak olur, həm də ki, yanındakılar.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev hərəkətin təhlükəsizliyi ilə bağlı görülmüş və görüləcək tədbirlər barəsində bizimlə söhbət zamanı qeyd etdi ki, sürücülərin maarifləndirilməsi istiqamətində tərəfimizdən çox böyük addımlar atılır. Belə ki, respublikanın avtomobil yollarında baş verə biləcək qəzaların qarşısının alınmasında təbliğat və təşviqat işi önəmli əhəmiyyət kəsb edir. Hər hansı hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi əvvəlcədən sürücülərə xəbərdarlıq edir və onları maarifləndirir. Bax, dekabrın 2-də də ölkə ərazisində çox güclü külək olacağı ilə bağlı hidrometroloqlar bizi məlumatlandırıb. Biz də öncədən küləkli hava şəraiti ilə əlaqədar olaraq sürücüləri xəbərdar etmişik. Bu cür hava şəraitində respublikanın avtomobil yollarında bütün nəqliyyat vasitələri sürət həddinə əməl etməlidir. Yük daşıyan iri maşınlar və eləcə də digər yük maşınlarını idarə edənlər daha diqqətli olmalı, döngələri dönərkən sürəti azaltmalı, ara məsafəsi saxlamalı və bir sözlə, yol hərəkəti qaydalarına əməl etməlidirlər.



Polkovnik-leytenent Rüfət Quliyevin sözünə qüvvət olaraq demək istəyirik ki, bir neçə ay bundan əvvəl küləkli havada Bakı-Qazax yolunun Qaradağ istiqamətindəki yerində iri yük maşını sürətlə idarə olunduğuna görə, küləyə tab gətirməmiş və aşmışdı. Yolun infrastrukturuna ziyan dəysə də, xoşbəxtlikdən ölüm hadisəsi baş verməmişdir.

Bax, dekabrlın 2-də də istər respublikanın avtomobil yollarında, istərsə də Bakı şəhərində sürücülər küləkli hava şəraitini nəzərə almalı, iri gövdəli ağacların altında maşını saxlamamlı, başqa sözlə demiş olsaq, Baş Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə əlaqədar xəbərdarlığına və tövsiyəsinə əməl etməlidirlər.

Yazımızın əvvəlində qeyd etdik ki, baş verən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində yaranır. Və bununla da bağlı Baş Dövlət Yol Polisi İdarəsinin apardığı təbliğat və maariflçilik işlərini hərəkət iştirakçılarının diqqətinə çatdırdıq. Təbii ki, bu qabaqlayıcı addımlar hər bir sürücüdə məsuliyyət hissini artırmalıdır. Daha doğrusu, bir mahnının sözlərində deyildiyi kimi: "Asta sür maşını, amandı, sürücü!”.




İmza:

Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur

Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Cənub Qaz Dəhlizi ilə bağlı Dövlət Komissiyasının tərkibi dəyişdirilib

Xaçmazda avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb

Axtarışda olan 4699 nəfər saxlanıl­ıb

DSX - Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər müəyyən edilib

Prezident Həştərxanın qubernatorunu qəbul edib

Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib

ƏƏSMN rəhbərliyi Abşeron, Xızı və Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsinin heç bir hüquqi əsası yoxdur

Ermənistanın qeyri-konstruktiv yanaşması QDİƏT üzvərinin narazılığına səbəb olub

Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib

SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK