ANA SƏHİFƏ / SİYASƏT

Komitə sədri: “Bu, YAP-ın siyasi mədəniyyətini göstərir”

11069    |   2019-12-02 13:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"2016-cı ildə keçirilən referendum və bu zaman konstitusiyaya edilən əlavə və dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion bazadır. Konstitusiyanın 98-1-ci maddəsi Milli Məclisin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını, məhkəmə hakimiyyətini əhatə etmiş oldu: "Bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib. Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir".

Ə.Hüseynli qeyd edib ki, bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir: "Hesab edirəm ki, bir sıra ekspertlər və bəzi opponentlərin Milli Məclisin buraxılmasının konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yalnış yanaşmadır. Çünki bu məsələ konstitusiyasının 98-1-ci maddəsində qeyd olunub. Milli Məclisin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur”.



İmza:Nicat

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Çavuşoğlu Azərbaycanın yeni XİN başçısını təbrik etdi

AKP-dən erməni təxribatı ilə bağlı - Bəyanat

Həm Azərbaycan, həm də Ermənistan.... - Zaxarova

Azərbaycanın Milli QHT Forumu erməni təxribatı ilə bağlı bəyanat yayıb

Belarus XİN Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə məlumatlandırılıb

Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə səfər edib

Azərbaycan xalqı Prezidentinə inamını bir daha nümayiş etdirdi

Hikmət Hacıyev “Al Jazeera İnternational”da Z.Mnatsakanyanı faktlarla susdurdu - VİDEO

Aqil Abbas: "Adama general rütbəsi vermək olar, amma ürək vermək olmaz"

İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

Ceyhun Bayramov Xarici işlər naziri təyin edildi

Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edildi

SON XƏBƏRLƏR
2020-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.04%)
Pullsuz (10.96%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK