hacklink Adalet.az | Bu gün Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək Adalet.az | Bu gün Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Bu gün Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək

3621    |   2019-11-09 10:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağlam həyat naminə" qaçış marafonu keçiriləcək.

Adalet.az-ın məlumatına görə, milli parkda ilk dəfə keçiriləcək qaçış marafonunun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

"Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!" şüarı ilə keçirilən marafona Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri də qoşulacaq və 6 kilometr məsafə qət ediləcək.

Sonda qaliblərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən hədiyyələr veriləcək, bütün marafon iştirakçılarına isə mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq.



İmza:
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK