hacklink Adalet.az | Bu tip "bayramları" bizə niyə sırıyırlar? - İlqar Rəsul yazır Adalet.az | Bu tip "bayramları" bizə niyə sırıyırlar? - İlqar Rəsul yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bu tip "bayramları" bizə niyə sırıyırlar? - İlqar Rəsul yazır

1334    |   2019-11-06 13:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deməli dostlar, onsuz da bu barədə yazacaqdım. Amma bu günlərdə mənə bu məsələ ilə bağlı bir neçə müraciət də olundu. Kimlərsə fikrimi bilmək, kimlərsə mövzuya dair paylaşım etməyimi istədi.


Baxın, bu fotoda gördüyünüz uşaqlar bizim Məmləkətin balalarıdır. Bilmirəm, bu tip "bayramları" bizə sırımaq istəyənlər nə məqsəd daşıyırlar. Amma bu ya pis niyyətlə, ya da qanmazlıqdan atılan addımdı, məncə. Və vər iki halın qarşısı alınmalıdır. 

Düzdü, dünyada ölüləri ilə müxtəlif - hətta maskarad xarakterli rəftar edən millətlər, xalqlar var. Kimisi 50 illiyində ölüsünü çıxardıb yenidən dəfn edir, kimisi evlənəndə ölülərinin skiletini çıxardıb masaya oturdur və s. Olsun, eləsinlər. Amma biz ölüsü ilə ciddi davranan, əcdadlarını mskarad, karnaval predmetinə çevirməyən toplumlardanıq. Və belə radikal təşəbbüslər bizə heç vaxt yaxşı nəsə vəd edə bilməz, çünki mahiyyəti bizim mahiyyətimizlə daban-dabana ziddir. 



Mənim dediklərim kimə pafoslu fikir kimi görünürsə, bir anlıq təsəvvür etsin ki, nəticəsi onun özünün, ya da babasının qəbrini açıb, skiletini məsxərəyə qoyulacaq şəkildə camaata nümayiş etdirir. Niyə də yox? Bu gün budursa, saba o niyə olmasın ki? Ona görə də hətta uşaqların valideyni belə istəyirsə də, ictimai mühitlərdə bu cür təşəbbüslərə yol verilməməlidi. Onsuz da kənardan mətbəximizə soxuşdurulan müxtəlif ərzaq məhsulları ilə genefondumuz yetərincə korlanır. Bir tərəfdən də təfəkkürümüzə belə hücuma yol verilmək çox təhlükəlidir. 

Dövlətin müvafiq orqanları da bu işlə ciddi məşğul olmalıdılar. Təkcə dövlət müəssisələri deyil, özəl müəssisələr də Azərbaycan qanunlarına tabedilər, mövcud qanunlar bu kimi təşəbbüslərə sirayət etməlidir. Bunu nə fikir, nə də özünü ifadə azadlığına aid etmək olar. Uşaqları özgələşdirmək və milli byramlarımız az qala sıradan çıxdığı bir vaxtda belə bayramları milliləşirməyə cəhd birbaşa milli təhlükəsizlik məsələsidir. 

Məncə diqqətli olmalıyıq!


İmza:

YAZARIN ARXİVİ

2019-11-20 : GÜNÜN SİTATI
2019-11-04 : TƏBRİK
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK