hacklink Adalet.az | Leyla Əliyeva Nəsimi ilə bağlı konfransda Adalet.az | Leyla Əliyeva Nəsimi ilə bağlı konfransda Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Leyla Əliyeva Nəsimi ilə bağlı konfransda

4151    |   2019-11-01 16:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Rusiya Elmlər Akademiyasında "Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Adalet.az xəbər verir ki, konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Heydər Əliyev Fondunun, Rusiya Fəlsəfə Cəmiyyətinin və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda "Müasir fəlsəfə, Nəsiminin mədəni-tarixi metodologiyaları və mənəvi irsi”, "Nəsimi ideyaları və hürufilik: anlayış məsələləri və müasir interpretasiya”, "Nəsimi yaradıcılığında humanizm problemi”, "Nəsimi poeziyasında insan və mədəni dəyərlərin təsdiqi”, "Nəsimi estetikasında mənəvi kamillik” və digər mövzularda məruzələr dinlənilib.

Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Fəlsəfə İnstitutunun direktoru Andrey Smirnov, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi rəhbəri Abdulsalam Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.

Konfransın işində müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya, Özbəkistan alimləri iştirak ediblər.

Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri, akademik Abdulsalam Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Nəsimi dahi şair, humanizmin bünövrəsini qoyanlardan biridir. O deyib: "Nəsiminin "Sığmazam” qəzəli insan himnidir. XIV əsərdə insanı belə qüvvə, dərinlik və ardıcıllıqla vəsf etmək böyük cəsarət tələb edirdi. Bu gün Nəsimi ideyaları olduqca aktualdır”.




İmza:

Pərvin Kərimzadə Gəncədə müvəqqəti məskunlaşan xankəndililərlə görüşüb

Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrılıb

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

Suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb

Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı

650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

“Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim” - Komitə sədri

Naxçıvanda nağdsız ödənişlərin həcmi 36 milyonu ötüb

Azərbaycanda KİV-lərin sayı 5300-ə çatıb

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

ATA ABDULLAYEVƏ ÇOX QİYMƏT VERİRİK EY…

«VERTOLYOT DUMANA DÜŞÜB, DAĞA DƏYİB»

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK