hacklink Adalet.az | Başımıza hörülən corab başımıza keçirilən çuvaldan böyükdür - Yılmaz Özdil yazır Adalet.az | Başımıza hörülən corab başımıza keçirilən çuvaldan böyükdür - Yılmaz Özdil yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Başımıza hörülən corab başımıza keçirilən çuvaldan böyükdür - Yılmaz Özdil yazır

8388    |   2019-11-02 09:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kirk Kerkorian.

Erməni idi.

Köçdən çox-çox əvvəl, 1800-cü illərin sonunda Maraşdan ABŞ-a köç etmiş bir ailənin övladı idi.

1917-ci ildə Kaliforniyada doğuldu.

Hələ uşaq ikən məktəbdən uzaqlaşdı, girib çıxmadığı iş qalmadı, boksçu oldu, nəzarətçi oldu, pilot oldu, ikinci əl kiçik təyyarələri alıb satmağa başladı, pul yığdı, Los Angelesdən Las Veqasa uçuşlar həyata keçirən aviareys şirkəti qurdu, ərazi alıb satmağa başladı, Las Veqasda qumarxana otelləri inşa etdirdi, Las Veqasdakı yataq tutumunun yarısına, qumar aparatlarının 40 faizinə sahib oldu, Ford General Motorsun şəriki oldu, Hollivuda girdi, Metro Goldwyn Mayer film studiyasını aldı, 16 milyard dollar sərvətə sahib oldu, dünyanın ən varlı 41-ci insanı oldu, Time jurnalı tərəfindən ABŞ-ın ən vacib 10 xeyirxahından biri elan olundu.

İki qızı var idi, Linda və Tracy.

Qızlarının adını birləşdirdi, "Lincy” vəqf qurdu.

Ermənistana 1 milyard dollardan çox pul bağışladı, bircə qəpik də əvəz güdmədən şose qurdurdu, zəlzələdə evini itirən yoxsullar üçün 3000-dən çox mənzil verdi, məktəblər, xəstəxanalar tikdirdi.

Bir şərti var idi, "heç birinə adımı verməyin” deyirdi, inanılmaz sərvətinə rəğmən mütəvazi bir insan olaraq qalmağı seçdi.

Ermənistanın milli qəhrəmanı oldu. Ermənistan prezidenti ona ölkənin ən böyük mükafatı olan "Yurd” medalını verdi.

Gümrü şəhərinin fəxri həmyerlisi oldu.

Erməni diasporasının milyard dollarlarla ifadə edilən sərmayəsini Vatikan bankı İOR-ə köçürtdü, bunun qarşılığında Papanın 1915-ci il hadisələrini "soyqırım” olaraq tanımasını təmin etdi.

Lobbi qurdu.

ABŞ əyalətlərinin tək-tək sözdə soyqırımı tanımasını təmin etdi.

Los Angeles Universitetinə 20 milyon dollar pul bağışladı. Erməni tarixi adı altında "soyqırım” kafedrasının qurulmasını təmin etdi.

Bu kafedranın Cənubi Kaliforniya Universitetində qurulan və Steven Spilberq tərəfindən dəstəklənən Yəhudi soyqırımı institute kimi fəaliyyət göstərməsini təmin etdi.

Hollivudda ilk dəfə "soyıqırım” filmi çəkilməsini təmin etdi.

100 milyon dollarlıq büdcəsini şəxsən özü təmin etdi.

(The Promise adlı film romantik səhnələrlə dolu bir sevgi hekayəsi ətrafında soyqırım propaqandasıdır.

Biz Türklərin uşaq, qadın demədən bütün erməniləri öldürdüyümüzdən, soylarını qurutmağa çalışdığımızdan bəhs edir.)

Türk nifrətiylə dolu olan bu böhtan filmi 2017-də nümayiş etdirildi. Los Angelesdəki qala gecəsinə George Clooney, Sylvester Stallone, Cher, Kim Kardashian kimi məşhurlar da gəldi.

Baş rol ifaçısı Christian Bale bu qalada açıqlama verdi və "erməni soyqırımı o tarixdən bu yana bütün soyqırımları kölgədə qoydu” dedi.

İspaniya, Portuqaliya və Maltada çəkilən "The Promise” filmi ABŞ-la bərabər Avropadan Avstraliyaya, Kanadadan Misirə, Taylanddan İrana, Türkiyə xaric, bütün dünyada göstərildi.

Kirk Kerkoriansa bu filmə baxa bilmədi.

Film çəkildiyi vaxtlarda öldü.

Amma…

Məqsədinə çatmış oldu.

Pulunu, dostlarını, maddi-mənəvi bütün imkanlarını səfərbər edərək Vaşinqtonda, xüsusilə son 10 ildə yaranan Türkiyə əleyhdarları mühitini dəyərləndirərək sözdə soyqırımla bağlı film çəkməyi qəbul etməyən Hollivudu razı saldı.

Cəhənnəm qapısını araladı.

Hollivud demək, Amerika dövlətinin rəsmi xarici siyasəti deməkdir, 1942-ci ildən bəri Pentaqonda Hollivudun əlaqə bürosu var.

Dolayısıyla…

Hörmətli iqtidarımız "vız gəlir, tırıs gedir” filan deyir, amma ABŞ milli məclisinin aldığı soyqırım qərarı bundan əvvəl alınan qərarlara bənzəmir, hamısının xəbəri olsun.



Dilimizə uyğunlaşdıran Eminquey


İmza:

YAZARIN ARXİVİ

2019-11-20 : GÜNÜN SİTATI
2019-11-04 : TƏBRİK
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK