nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | “Polisə qarşı kampaniyanın arxasında böyük məqsədlər var” - Əliməmməd Nuriyev Adalet.az | “Polisə qarşı kampaniyanın arxasında böyük məqsədlər var” - Əliməmməd Nuriyev Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

“Polisə qarşı kampaniyanın arxasında böyük məqsədlər var” - Əliməmməd Nuriyev

58336    |   2019-10-28 15:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qanunvericiliyin tələblərinə uyğun olaraq polislərə qarşı şantaj, hədə-qorxu, təhqir və digər kampaniyalarla bağlı məsələlər ciddi şəkildə araşdırılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq qərarlar qəbul edilməlidir.

BunuAzvision.az-a Hüquq müdafiəçisi, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Son günlər sosial şəbələlərdə müxalifətçilər tərəfindən polis əməkdaşlarının əleyhinə aparılan kampaniyaya münasibət bildirən Ə.Nuriyev vurğulayıb ki, dövlət qurumları bunun qarşısını almaq üçün fəallıq nümayiş etdirməlidir.

"Məsələlər obyektiv olaraq araşdırılmalı və hər bir araşdırma ilə bağlı şəffaf şəkildə cəmiyyətə məlumat verilməlidir ki, konkret olaraq sifariş hardan gəlib, məqsəd nə olub, edənlərin arxasında kimlər durub və necə planlaşdırılıb. Sosial şəbəkələr vəKİVüzərindən hədə-qorxu, şantaj, ölüm və digər məsələlərlə polisi hədələmək qanunun kobud şəkildə pozulması deməkdir”.

Ə.Nuriyev əlavə edib ki, əgər sübut olarsa, cinayət qanunvericiliyi və İnzibati Xətalar Məcəlləsinin konkret maddələrinə uyğun olaraq iş qaldırıla və müvafiq araşdırma aparıla bilər: "İşlər məhkəməyə göndərilə və müvafiq qərarlar qəbul oluna bilər. Belə bir kampaniyanın başlanılmasının hansı sosial nəticələrə gətirib çıxaracağını düşünmək lazımdır. Əslində ictimai qaydanın pozulmasında vəzifəsi olan şəxslərə qarşı kampaniyanın aparılması onları bu işlərdən sadəcə çəkindirmək məqsədi daşıyır. Polis əmrə tabedir, onun vəzifəsi var. İstər Azərbaycan qanunvericiliyi, istərsə də ayrı-ayrı ölkələrin qanunvericiliyində polisin üzərinə ictimai qaydanın qorunması, vətəndaşların özlərini və əmlakını cinayətkar kəslərdən qorunması funksiyası daxil edilib və onlar bu funksiyasını yerinə yetirirlər. Bu gün ayrı-ayrı kəslərin apardığı kampaniya polisin öz funksiyasını yerinə yetirməkdən imtina etməsinə yönəlik çağırışlardan ibarətdir. Əslində bunun arxasında böyük məqsədlər durur".

Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycanda heç kimə qanunvericiliyin tələblərini pozaraq hərəkət etmək azadlığı verilməməlidir. Hər kəs qanun qarşısında cavabdeh olmalıdır.

"Polislərin ölümlə hədələnməsi, onlara edilən hədə-qorxu, şantaj sübut olunarsa, bunu edənlərə uzun müddət azadlıqdan məhrumetmə cəzası verilə bilər. Konkret olaraq bunu məhkəmə müəyyənləşdirəcək. Polisi hədələyənlər ictimai qayda əleyhinə olan cinayətlərə, şəxsiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyətə cəlb edilə bilərlər. Əgər həmin şəxslərin və ya qrupların əməlində bu tərkib müəyyənləşdirilərsə, cərimədən tutmuş azadlıqdan məhrum etməyə qədər bütün cəzalar tətbiq oluna bilər”.



İmza:

Azərbaycan Prokurorluğunun kollektivi Ələddin Sultanovun vəfatı ilə bağlı başsağlığı verib

Konstitusiya Məhkəməsinin sabiq hakimi vəfat edib

Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir

Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Konstitusiya Məhkəməsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edild

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib - Bakı şəhər prokurorluğu

Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri bəlli olub

Elmar Vəliyevə sui-qəsd edənlərin məhkəməsi təxirə salındı

Konstitusiya Məhkəməsinin onlayn iş rejimi belə olacaq

Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

SON XƏBƏRLƏR
2020-04-05
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir azərbaycanlı alim deyir ki, ərlə arvad koronavirusa yoxulmamaq üçün ayrı-ayrı otaqlarda yatırlar.

Əgər ailənin bir otağı varsa, biri balkonda yatmalıdır onda?

Sms-lə icazə alıb 2 saat bir otaqda yata bilərlər?



digər lətifələr
ARXİV
FACEBOOK