ANA SƏHİFƏ / SİYASƏT

Hikmət Hacıyev: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

13495    |   2019-10-26 16:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edir. Ölkəmiz bu quruma 2011-ci ildə üzv olmasına baxmayaraq, az müddət ərzində böyük hörmət və nüfuz qazana bilib. Məhz bu səbəbdən 2018-ci ildə üzv dövlətlərinin yekdil rəyi ilə XVIII Zirvə Görüşünün ölkəmizdə keçirilməsinə qərar verilib. Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Azərbaycana etimad göstərərək 2019-2022-ci illərdə təşkilata sədrliyi də Azərbaycana həvalə ediblər.

Bu fikirləriAZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Zirvə Görüşünün proqramına uyğun olaraq Venesuela Prezidenti sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təhvil verdi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədrliyi missiyasını yerinə yetirərək Azərbaycan Respublikasının mövqeyini əks etdirən geniş və məzmunlu nitq söylədi. Prezident öz nitqində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyində prioritetləri və bu hərəkat çərçivəsində əməkdaşlıq, həmçinin ölkəmizin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə rolundan danışdı, Bandunq Prinsiplərinin Azərbaycanın Hərəkata sədrliyinin əsas təməl prinsiplərini təşkil edəcəyini vurğuladı.

"Tarixi Bandunq Prinsiplərinin bünövrəsində dövlətlərin ərazi bütövlüyü, suverenlik, dövlətlərin və xalqların bir-biri ilə qarşılıqlı hörmət prinsipləri əsasında yaşaması, bir-birinin daxili işlərinə qarışmaması kimi meyarlar dayanır. Dövlətimizin başçısı vurğuladı ki, məhz bu prinsiplər Azərbaycan Respublikasının məramının özəyini təşkil edir və ölkəmizin xarici siyasətini əks etdirir. Azərbaycan beynəlxalq münasibətlərdə məhz bu məqsədləri, məramları təşviq edir. Ona görə də ölkəmiz quruma sədrliyi dövründə Bandunq Prinsiplərinin təşviq edilərək güclənməsinə səy göstərəcək. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin konkret mövqeyini, Azərbaycanın uğurlu inkişaf modelini faktlar və rəqəmlərlə auditoriyanın diqqətinə çatdırdı. Dövlətimizin başçısı öz nitqində ölkəmizin ərazi bütövlüyünün pozulması, Ermənistanın gücdən istifadə edərək ərazilərimizi işğal altında saxlaması, Xocalı soyqırımı, mülki Azərbaycan əhalisinə qarşı törədilən etnik təmizləmə və işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti, eləcə də beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyini dəstəkləməsi barədə faktları diqqətə çatdırdı. Prezident İlham Əliyev bir məqamı xüsusilə vurğuladı ki, beynəlxalq ictimaiyyət deyəndə bir qrup ölkə və ya dövlətdən söhbət getmir. Beynəlxalq ictimaiyyət elə Qoşulmama Hərəkatının özü deməkdir. Dünyanın 120 dövlətinin nümayəndəsi burada iştirak edir və ümumilikdə 2300-dən çox qonaq var. Bakı Zirvə Görüşündə çoxsaylı ölkələrin dövlət başçıları və digər yüksək vəzifəli şəxslər iştirak edir və öz ölkələrinin problemlərini ortaya qoyurlar. Bütün bunlar onu göstərir ki, beynəlxalq ictimaiyyətin mövqeyinin hərtərəfli şəkildə dinlənilməsi və Hərəkata üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin inkişaf etdirilməsinə xüsusi ehtiyac var”, – deyə Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Sammitdə Qoşulmama Hərəkatı və BMT-nin gündəliyində olan məsələlərin bir-biri ilə sinxronluq təşkil etdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Zirvə Görüşünün xarakterik xüsusiyyətlərindən biri də Azərbaycanın uğurlu gənclər siyasətindən çıxış edərək ilk dəfə bu Hərəkat çərçivəsində Gənclər Sammitinə ev sahibliyi etməsidir. Azərbaycan təşkilata sədrliyi dövründə gənclər siyasətinə xüsusi önəm verəcək. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkəmiz üzv olduğu digər beynəlxalq və regional təşkilatların Qoşulmama Hərəkatı ilə əməkdaşlığının möhkəmləndirilməsində öz töhfəsini əsirgəməyəcək. Azərbaycan Respublikası sivilzasiyalar və mədəniyyətlərarası dialoqda fəal iştirak edən dövlətdir. Onun sədrliyi dövründə bu məramlar da diqqətdə saxlanılacaq.

"Sammitin sonunda mühüm sənəd imzalanacaq ki, burada Bakı görüşünün nəticələri öz əksini tapacaq. Bu sənədin qəbul olunması məhz Bakıda təşkil edilən Zirvə Görüşünün konkret məqsədə, məramlara xidmət etməsini göstərən yekun sənəd olacaq. Burada beynəlxalq ictimaiyyəti və Azərbaycanı narahat edən məsələlər öz əksini tapacaq. Yekunda dörd sənəd qəbul ediləcək. Azərbaycan sədrlik funksiyasını yerinə yetirərək kompromislər əsasında konsesusun tapılması, toplantıda aparılan müzakirələrin sənədlərdə əks olunnmasına öz töhfəsini verəcək. İlk növbədə söhbət Bakı bəyannaməsindən gedir. Bu, yığcam sənəddə prioritetlər öz əksini tapacaq. İkinci sənəd Bakı zirvə toplantısının nəticələrini əxz edəcək. Fələstinlə bağlı ayrıca sənəd qəbul ediləcək. Təşkilatda məhz Fələstin problemi ilə bağlı xüsusi komitə fəaliyyət göstərir. Müzakirələrin yekununda daha bir sənəd imzalanacaq. Belə ki, Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət, o cümlədən Sammitdə iştirak edən müşahidəçi dövlətlər, beynəlxalq təşkilatlar, xüsusi qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə, eləcə də 2019-2022-ci illərdə təsisata sədrlik kimi məsuliyyətli funksiyasını öz üzərinə götürdüyünə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür sənədi imzalayacaq. Yekunda dörd əsas sənədin qəbul olunması Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün səmərəliliyindən xəbər verir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

O, həmçinin əlavə edib ki, sammitin başa çatması təsisata sədr kimi Azərbaycan üçün yeni və məsuliyyətli dövrün başlaması deməkdir. Çünki Qoşulmama Hərəkatına sədrlik böyük siyasi iradə, məsuliyyət, diplomatik güc və imkanlar tələb edir. 2019-2022-ci illərdə bu çərçivədə müzakirə olunan prioritet məsələlərin həlli üçün bacarıqlar ortaya qoyulacaq. Əminik ki, Azərbaycan Respublikası dövlətimizin başçısının rəhbərliyi ilə xüsusi diplomatik bacarıq və məharət nümayiş etdirərək bu missiyanın da öhdəsindən layiqincə gələcək və Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək.




İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Ermənistanın sərhəddə təxribatı və beynəlxalq reaksiyalar - Aqil Abbas, İbrahim Rüstəmli

Türkiyə parlamentindən Azərbaycana dəstək - VİDEO

Ukrayna Ali Radasının deputatları erməni təxribatını pisləyən bəyanatla çıxış edib

Cəbhə xəttində son günlərdə baş verən hadisələrlə bağlı Aydınlar partiyasının Bəyanatı

Sahibə Qafarova: "Ermənilərin törətdiyi təxribatı qınamağa çağırırıq"

XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır

Pakistandan Ermənistana SƏRT BƏYANAT

Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir

Spikerdən erməni təxribatlı ilə bağlı müraciət

Hikmət Hacıyev: Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir + VİDEO

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

SON XƏBƏRLƏR
2020-07-15
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK